Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Aruba
Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti. 1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir. Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir. XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır. == Coğrafiya == İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Tarixçə == Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rübai
Rübai — Şərqdə yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. == Haqqında == Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Arabat boğazı
Arabat boğazı - Kryac adasını Arabat əqrəbindən (Ukrayna, Krım yarımadası) ayırır. Azov dənizini Sivaş körfəzi ilə birləşdirir. Uzunluğu 6 km, eni ortalama olaraq 100 m, Azoz dənizi ilə birləşdiyi yerdə 150 m təşkil edir. Yaxın zamanlara qədər boğaz mövcud olmamış və Arabat bərzəxi üzərində dəmir yolu fəaliyyət göstərmişdir. 1970-ci ilin mart ayında bölgədə baş verən və gücü 30–35 km/s-a çatan fırtına baş verir və nəticədə bərzəx boğaza çevrilir. Rusiya vətəndaş müharibəsində Ağlarla Qırmızılarla baş verən əsas döyüşlər burada olmuşdur. Sahillərində yaşayış məntəqəsi yoxdur.
Arabat körfəzi
Arabat körfəzi (ukr. Арабатська затока, krımtat. Arabat körfezi, Арабат корьфези) — Azov dənizinin cənubunda körfəz. Arbat körfəzi Arbat əqrəbi ilə Kerç yarımadası arasında yerləşir. Körfəzin girişi ( ayrıca dənizlə məhdudlaşmır) 45 km-dir. Kerç yarımadasına doğru 20 km daxil olmuş. Körfəzin qərb sahilləri alçaqdır, cənub-şərq və cənub sahillər isə yarğan tiplidir. Körfəz öz adını keçmişdə sahildə mövcud olmuş Arbat qəsrindən almış. Arbat körfəzinin sahilində bir neçə kənd yerləşir. Bunlardan daha böyük olanı Semyonovka, Zavodskoe, Nasır və Kamenskoe.
Arabat əqrəbi
Arabat əqrəbi və ya Arabat dili (ukr. Арабатська стрілка, krımtat. Арабат бели, Arabat beli) — uzun və ensiz coğrafi obyekt, Krım yarımadasının şimal-şərqində yerləşir. Arabat əqrəbi əsasən balıqqulağından təşkil olunmuşdur. Arabat Sivaş körfəzi ilə Azov dənizi arasında yerləşir. Uzunluğu 100 kilometrdən çox, eni 270 m - 8 km arasında dəyişir. == Coğrafiyası == Arabat əqrəbi şimalı kiçik Kryaçin adasından Arabat boğazı ilə ayrılır. Adada öz növbəsində materikdən ensiz Qenices boğazı ilə ayrılır. Kryaçin adası Arabat oxunun davamıdır. Promoina və Qeniçeski boğazları ilə Sivaş körgəzi Azov dənizi ilə birləşir.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. == Sinoninləri == Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Turbat (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Arabat qalası
Arabat (Rebat,ərəbcə "rabat" - "hərbi post") — Krımın Azov sahilində yerləşən yeganə tatar-türk qalası. Qala Ak-Monay (müasir Kamenskoye) kəndindən iki kilometr şimal-qərbdə tikilmişdir. Or Qapı qalası və Yeni Qala qalası ilə birlikdə Krımı şimaldan və şərqdən düşmən hücumlarından qoruyurdu. O, perimetri boyu daha qədim dərin xəndəklə əhatə olunmuş səkkizguşəli formaya malikdir. Bəlkə də Azov dənizinə yeraltı keçidlə də cıxışı var idi. Əvvəllər, qədim zamanlarda bu yerin yaxınlığında Herakl məbədi olan Herakleon yerləşirdi. == Tarixi == Osmanlı səyyahı Övliya Çələbi Tavriyanı təsvir edərkən, Arabatdan rus ordusunun, kazakların, polyakların və kalmıkların Krıma gedən yolunu kəsməli olan bir qala kimi yazırdı. Lakin 1668-ci ildə İvan Roqun komandanlığı altında kazaklar Arabatı fırtına ilə ələ keçirdilər və orada olanların hamısını məhv etdilər. Sıtin Hərbi Ensiklopediyasında deyilir ki, 1737-ci ildə Krım yürüşü zamanı feldmarşal qraf P.P.Lassi 40.000 ordu ilə Arabat qalasına hücum etməmiş, Arabat dilinin ortasında, Salqir çayının mənbəyinə qarşı körpü tikmişdir. Sərbəst şəkildə yarımadaya soxularaq orada düşmənə böyük dağıntılar törətmiş, iyunun 12-də və 14-də iki döyüşdə xan ordusunu məğlub etmişdir.1771-ci ildə Arabat V. M. Dolqorukovun komandanlığı altında rus ordusunun hücumuna tab gətirə bilməyib məğlub oldu.
Arbat (Ermənistan)
Arbat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Arbat kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi, Qafqazın 5 verstlik xəritəsində Arbat formasında qeyd edilmişdir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla bu kənddən Azərbaycana köçürülmüşdür. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır.
Arbat (Miyanə)
Arbat (fars. ارباط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,744 nəfər yaşayır (417 ailə).
Arbat (Moskva)
Arbat — Moskvanın tarixi mərkəzində təxminən 1 km uzunluqlu piyada küçəsidir. Arbat küçəsi XV əsrin sonlarında salınıb və bu da onu Moskvanın bu günə gəlib çıxmış ən qədim küçələrindən biri edir. Moskvanın Arbat rayonunun mərkəzi hissəsini təşkil edir. Əvvəllər küçə ticarət yolunun bir hissəsi idi və bir çox sənətkarlar burada yaşayırdı. XVIII əsrdə rus zadəganları Arbatı Moskvanın ən nüfuzlu yaşayış sahəsi hesab edirdilər. Napoleonun Moskvanı işğalı ilə əlaqədar 1812-ci ildə baş vermiş böyük yanğınla, demək olar ki, tamamilə məhv edildi və bundan sonra küçənin yenidən qurulmasına ehtiyac yarandı. XIX əsrin sonu və XX əsrdə kiçik zadəganların, sənətkarların və alimlərin yaşadığı yerə çevrildi. Sovet dönəmində isə bir sıra yüksək vəzifəli dövlət məmurları Arbatda yaşayırdılar.
Arbat (Çaroymaq)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (14 ailə).
Arbat (Üskü)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (112 ailə).
Aruba florini
Aruba florini (Niderlandca: Arubaanse florijn; ISO 4217 : AWG) - 1986-cı ildən bəri Arubada istifadə edilən rəsmi pul vahididir. 1 Aruba florini təqribən 100 sentə bərabərdir. Aruba florini Aruba Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Aruba florini = 0.558659 ABŞ dolları.
Oranyestad (Aruba)
Oranyestad (nid. Oranjestad) — Arubanın paytaxtı. 2005-ci ildə əhalisi 35000 nəfər idi.
Qubat Əliyev
Əliyev Qubat Hüsür oğlu (Sumqayıt şəh., 04.02.1994 - 08.11.2020, Şuşa şəh.) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == 4 fevral 1994-cü ildə Sumqayıtda doğulub. Şuşa şəhərində həlak olmuşdur.
Rabat (Urmiya)
Rabat (fars. ربط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (36 ailə).