Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haubitsa
Haubitsa (alm. haubitze‎, çex. houfnice, ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.
Qambiya
Qambiya (ing. The Gambia) və ya rəsmi adı ilə Qambiya Respublikası (ing. Republic of The Gambia) — Qərbi Afrikada dövlət. Qambiya ərazicə Afrikanın ən kiçik ölkələrindəndir. Şimaldan, şərqdən və cənubdan Seneqalla həmsərhəddir. Qərbdən isə Atlantik okeanı ilə əhatə olunmuşdur. Paytaxtı Bancul, ən böyük şəhəri Serekunda ümumi sahəsi 10,689 kvadrat kilometrdir. Qambiya 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq və Millətlər Birliyinə daxil olmuşdur. Ölkə iqtisadi inkişafı səviyyəsinə görə dünyanın ən yoxsul ölkələrindən biridir. == Tarix == === Qambiyanın Müstəqiliyi === 1960-cı ildə Britaniya Protektoratı olan Qambiyaya seçki hüququ verildi və Qanunvericilik Şurasını 34 nəfərdən ibarət Nümayəndələr Palatası (House of Representatives) əvəz etdi.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i daricə, 27%-i puştunca, 17%-i isə paşayi dilində danışır.
Qambiya Respublikası
Qambiya (ing. The Gambia) və ya rəsmi adı ilə Qambiya Respublikası (ing. Republic of The Gambia) — Qərbi Afrikada dövlət. Qambiya ərazicə Afrikanın ən kiçik ölkələrindəndir. Şimaldan, şərqdən və cənubdan Seneqalla həmsərhəddir. Qərbdən isə Atlantik okeanı ilə əhatə olunmuşdur. Paytaxtı Bancul, ən böyük şəhəri Serekunda ümumi sahəsi 10,689 kvadrat kilometrdir. Qambiya 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq və Millətlər Birliyinə daxil olmuşdur. Ölkə iqtisadi inkişafı səviyyəsinə görə dünyanın ən yoxsul ölkələrindən biridir. == Tarix == === Qambiyanın Müstəqiliyi === 1960-cı ildə Britaniya Protektoratı olan Qambiyaya seçki hüququ verildi və Qanunvericilik Şurasını 34 nəfərdən ibarət Nümayəndələr Palatası (House of Representatives) əvəz etdi.
Qambiya bayrağı
Qambiya bayrağı — Qambiyanın Dövlət bayrağı
Qambiya sıçovulu
Qambiya sıçovulu (Cricetomys gambianus) — Nezomidlər fəsiləsinin Cricetomys cinsinə daxil olan gəmirici növü. Siçananabənzərlər altdəstəsinin ən böyük nümayəndələrindən biridir. Bədən uzunluğu təxminən 0,9 metr (3 fut) qədər böyümyür. Bununda təxminən yarısını quyruq hissəsi təşkil edir. Onlar gecə həyat tərzi keçirirlər. Böyük Səhradan cənubdakı ərazilərdə, Seneqaldan Keniyaya və Anqoladan Mozambikə qədər olan bölgələrdə yayılmışdır. Bəzən bu canlılar ev heyvanları kimi saxlanılır. Floridada təbiətə sızan siçovullar invaziv bir növə çevrilmişdir. == Xüsusiyyətləri == Qambiya siçovulunun görmə qabiliyyəti çox zəifdir. Bu səbəbdən qoxu və eşitmə qabiliyyətinə əsaslanır.
Özüyeriyən haubitsa
Özüyeriyən haubitsa və ya Özüyeriyən Artilleriya Sistemi (SPG), başqa bir nəqliyyat vasitəsinin çəkmə gücünə ehtiyacı olmadan təkərli və ya tırtıllı şassi üzərində hərəkət edə bilən bir artilleriya növüdür. Bu termin həm özüyeriyən haubitsalar, həm də raket siniflərini əhatə edir. Bu nəqliyyat vasitələri, ümumiyyətlə, üstündə haubitsalar, minaatanlar, raket və ya idarəolunan raketlər daşıyan yüksək hərəkət qabiliyyəti olan tırtıllı nəqliyyat vasitələridir. Bu silahlar döyüş regionlarında uzun mənzilli olduqlarına görə lazım olan atəş qüvvəsini təmin edirlər. Keçmişdə özüyeriyən haubitsalar qrupuna hücum topları və tank məhv edənlər də daxil edilmişdilər. Bu ağır zirehli maşınlar əvvəlcə piyada birləşmələrini dəstəkləmək üçün istehsal edilmişdi və daha sonra tank əleyhinə silahlara çevrilmişdirlər. Modern dövrdə özüyeriyən haubitsa sistemləri görünüşü ilə tanka bənzəsə də, incə zirehlərinə görə yaxın döyüşə dəstək ola bilmirlər. Zirehləri heyəti yalnız yüngül atəşli silahlardan və ya qəlpə qırıntılarından qoruya bilər. Bir çoxunun piyadaların atəşinə qarşı pulemyotları vardır. Bu silahların ən böyük üstünlüyü, onları çəkməyə başqa bir vasitəyə ehtiyacı olmadan tapşırıq yerinə çox tez gedə bilmələridir.
Bibos gauris
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Matteo Qabbia
Matteo Qabbia (21 oktyabr 1999, Busto Arsitsio, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda müdafiəçi kimi çıxış edir. == Karyera == Futbolçu karyerasına "Milan" klubunda başlayıb. 2015-ci ildən 2017-ci ilə kimi "Milan"ın U17 və U 19 komandalarında çıxış edib. 2017-ci ildə "Milan"ın əsas komandasına dəvət edilir. Futbolçu 2017-ci ilin avqustunda UEFA Avroliqa oyunları üçun "Milan" klubunun iştirak ərizəsinə daxil edilir.Futbolçu 2018-ci ildə "Lukkeze" klubuna bir illik icarəyə verilir. 2020-ci ildə futbolçu "Tuttomercatoweb" tərəfindən İtaliyanın TOP-100 gənc oyunçusu siyahısına salınır.4 fevral 2022-ci il tarixində "Milan" futbolçu ilə 2026-cı ilin yayına qədər yeni müqavilə imzalayır.
Qadişa vadisi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Qamışa (Sərdəşt)
Qamışa (fars. قاميشه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (9 ailə).
Qarbis Zakaryan
Qarbis Zakaryan (2 iyun 1930, İstanbul – 25 yanvar 2020, İstanbul) — Türkiyənin ilk peşəkar boksçusu, erməni əsilli idmançı. == Həyatı == İstanbulda doğulmuş Zakaryan Türkiyənin 50-ci və 60-cı illərdə rinqlərdə bir-birinin ardınca yalnız qələbə qazanmış ilk peşəkar boks idmançısı hesab olunur. 1949-cu ildə Türkiyə və İspaniya arasında keçirilmiş boks yarışında idman forması geyinmiş Zakaryan daha sonra 1950-ci ildə Almaniyadan tutmuş, Argentina, Misir, Livan, Fransa, Braziliya kimi ölkələrdə Türkiyənin idman şərəfini qoruyub. 1964-ci ildə isə o, Yaxın Şərq çempionu olub. 22 il idman karyerası yaşamış Zakaryan peşəkar olaraq 51 dəfə pinqə çıxıb. 1966-cı ildən təqaüdə çıxaraq məşqçiliyə başlayıb. Avropa çempionu Camal Kamaçi onun yetirməsidir. Zakaryan italyan əsili xanımı Esiliya ilə hazırda Sislidə qocalıq həyatını yaşayır.
Tatyana Qubina
Tatyana Qubina (d. 15 noyabr 1977) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Tatyana Qubina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Tatyana Qubina, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Azərbaycan–Qambiya münasibətləri
Azərbaycan–Qambiya münasibətləri — Azərbaycan Respublikası ilə Qambiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 11-də qurulmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Daniel Quisa
Daniel Quisa (17 avqust 1980[…]) — İspaniya futbolçusu 2007/2008 mövsümündə "Malyorka"nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb. Hal hazırda Türkiyənin Fənərbaxça klubunda çıxış edir.