Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Donia canariensis
Vieraea (lat. Vieraea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Vieraea laevigata (Willd.) Webb ex Sch.Bip. === Sinonim === Buphthalmum coriaceum Hort. ex Loudon Buphthalmum laevigatum Brouss. ex Willd. Donia canariensis Less.
Qonca Naxçıvanlı
Qonca Naxçıvanlı (d. 29 iyun 1979) — Türkiyəni təmsil edən həndbolçu. Qonca Naxçıvanlı, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Qonca Naxçıvanlı, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Qonio Apsar
Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi; Batumidən 15 km cənubda yerləşən qədim abidələrdən biri; qədim şəhər-qala. == Tarixi == Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur. Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır. 1994-cü ildən muzey kimi fəaliyyət göstərir. Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır. Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır.
Sonia Aktar
Sonia Aktar (15 iyul 1997) — Banqladeşli üzgüçü. Sonia Aktar Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sonia Aktar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 29.99 saniyəlik nəticəsi ilə 69-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sonia Tumiotto
Vael Qonim
Google" korporasiyasının Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim İran müxalifətinə müraciət edib. İran müxalifətçiləri fevralın 14-də Tehranda etiraz yürüşünə çıxmağa hazırlaşırlar. "İranlılara məsləhət görərdim ki, vaxtılə biz onlardan öyrəndimiyiz təki, indi də onlar bizdən öyrənsinlər. Xalq istəyəndə hər şeyə nail ola bilər. Məqsədlərimizə inanırıqsa, birləşmişiksə, istənilən arzularımızı gerçəkləşdirə bilərik", - Qonim deyib. O, etiraf edib ki, Misir prezidenti Hüsni Mübarəkə qarşı kütləvi xalq etirazlarını hər vasitə ilə genişləndirməyə çalışıb. İki həftə həbsxanada olan Qonim Misir ictimaiyyətinin tələblərindən sonra azad edilib və xalq hərəkatının liderlərindən birinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, prezident Hüsni Mübarəkin istefasından sonra yaradılacaq keçid hökumətində Qonim nazir postu ala bilər. Vael Qonim isə siyasətçi olmayacağını, inqilab başa çatandan sonra işinə qayıdacağını deyib.
Şuyçi Qonda
Şuyçi Qonda (d. 3 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Thaleropis ionia
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. == Həyat tərzi == Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Begonia
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Cenia
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qdnya
Qdınya (pol. Gdynia) — Polşanın şimalında şəhər. 2014-cü il siyahıyaalmasına əsasən əhalisi 247,8 min nəfərdir. Qdansk və Sopot ilə birlikdə Truymuka aqlomerasiyasını təşkil edirlər. == Tarixi == Qdınya gənc bir şəhərdir. O, Birinci Dünya müharibəsindən sonra, 1253-cü ildə balıqçılığı ilə məşhur olmuş kəndin adını alaraq yaranmışdır. Polşa dənizə çıxış əldə etdikdə, Dançiq vilayəinin tərkibinə daxil olmadı. Buna görə Qdınyada yeni bir dəniz limanı tikməyə başladı. Seym limanının tikintisi ilə bağlı akt 23 sentyabr 1922-ci ildə təsdiq edilib. Dəniz gəmisi ilk dəfə olaraq 1923-cü ildə Qdınya limanına daxil olmuşdur.
Qınıq
Qınıq boyu
Donda
Donda — amerikalı repçi Kanye Vestin onuncu studiya albomu. 29 avqust 2021-ci ildə GOOD Music və Def Jam Recordings tərəfindən buraxılıb.
Eenia
Anisopappus (lat. Anisopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ganja
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Abies conica
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Amblyseius boina
Amblyseius boina (lat. Amblyseius boina) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius boina Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Andrea Doria
Andrea Doria (30 noyabr 1466 – 25 noyabr 1560) — Cenevizli admiral və condottieri. 1538 dəki Preveze Dəniz döyüşünə Barbaros Xeyrəddin Paşanın əmrindəki Osmanlı Donanmasıyla döyüşən Müqəddəs İttifaq donanmasına rəhbərlik etmişdir. == Gəncliyi == Onegliada doğuldu. Ailəsi Cenovanın köklü ailələrindən Dorialardan gəlirdi. Hər ikisi də Doria ailəsindən gələn Andrea Coeva və Maria Caracosa'nın oğlu. Anasının ölümünün ardından 19 yaşındakı Andrea Romaya göndərildi. Ailənin daha köhnə bir qolundan gələn qohumu Dominikan Doria Papa VIII Innokentinin əmrindəki papalıq gözətçi birliyində kapitan idi. Burada bütün hərbi təlimlərdəki üstün müvəffəqiyyəti səbəbindən sürətli bir şəkildə yüksəldi. VIII Innokentinin ölməsindən sonra papa seçilən xələfi VI Aleksander Doria ailəsinin iddialı olmasından məmnun deyildi. Gənc Andrea beləcə Dominikin tövsiyəsinə uyğun gələrək hərbi karyera istəyən zadəganların başvurabiləcəyi ən yaxşı məktəb olaraq qəbul edilən Dük Urbinonun sarayına müraciət etdi.