Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoroskop
Qoroskop və ya ulduz falı (q.yun. ὥρα - saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός - müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur. Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı.Həmçinin, ulduz falı el arasında Alan Leo tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır. Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu “neoastrologiya” adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Qoroskop (qəzet)
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. == Həyatı == Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. == Sərgilər == 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... == Mükafatları == Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. == Qalereya == == Ədəbiyyat == Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. == Qarşıdurmanın gedişatı == Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Dünya görüşü
Dünyagörüşü çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s.
Toruko-buro
Türk hamamı (トルコぶろ, toruko-buro) – Yaponiyada seks xidməti göstərən xüsusi hamamları bildirmək üçün istifadə olunmuş seks termini. Hazırda bu cür hamamları bildirmək üçün "soaplend" terminindən istifadə olunur. == Tarixi == 1953-cü ildə Yaponiyada kişilər üçün seks xidmətləri təqdim edən özəl hamamlar ortaya çıxmışdır. Bu növ hamamlar 1984-cü ilə qədər "türk hamamı" (toruko-buro) və ya qısaca "türk" (toruko) adı ilə tanınmışdır. Yaponiyada adi türk hamamları ilə yanaşı "mantoru" (mənzillərdə fəaliyyət göstərən) və "hotetoru" (hotellərə masajist göndərən) kimi türk hamamı növləri mövcud olmuşdur. 1980-ci illərdə Yaponiyada 1700-dən çox türk hamamı fəaliyyət göstərirdi və bu hamamlarda 18.000-dən çox şəxs işləyirdi. Onlar əsasən Tokio, Yokohama və Osaka kimi şəhərlərin əyləncə bölgələrində fəaliyyət göstərirdi. == Türklərin etirazı == Yaponiyada yaşayan və Yaponiyaya qonaq gələn türklər seks xidməti ilə məşğul olan belə məkanların "türk hamamı" adlandırılmasından narazı olmuş və buna etiraz bildirmişdirlər. Yaponiya türkləri Türkiyə səfirliyinin yerini öyrənmək istəyəndə səhv başa düşülürdülər. Türk hamamı xidmətindən yararlanmaq istəyən yaponlar bəzən səhvən Türkiyə səfirliyinə zəng edirdilər.
Ağbulaq (Gorus)
Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur.
Ballıqaya (Gorus)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Bayandur (Gorus)
Bayandur — İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir. Toponim bayandur türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.V.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Vağatur qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 101 nəfər, 1873-cü ildə 514 nəfər, 1886-cı ildə 869 nəfər, 1897-ci ildə 363 nəfər, 1904-cü ildə 830 nəfər, 1914-cü ildə 409 nəfər azərbaycanlı yaşamışdır.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Gorus (dəqiqləşdirmə)
Gorus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. İndi Gorus rayonunda şəhər və rayon mərkəzi. Gorus rayonu — indi Ermənistan adlanan respublikada rayon. Gorus çayı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda çay. Gorus Hava Limanı — Ermənistan Respublikasında Sünik mərzinin Gorus şəhəri Şinuyar kəndi yaxınlığında yerləşən fəaliyyətsiz mülki hava limanı.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Gorus rayonu
Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Tarixi == Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər.
Görüş Babayev
Görüş Nurəddin oğlu Babayev (17 fevral 1943, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyat və yaradıcığı == Görüş Babayev 17 fevral 1943-cü ildə Bakıda, Nurəddin Babayevin ailəsində anadan olmuşdur. O, 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxumuş və 1959-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq şöbəsinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasının monumental heykəltaraşlıq fakültəsində davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltaraşlıq sənətini öyrənməyə davam etmişdir. Görüş Babayev həm Azərbaycanda, həm də digər ölkələrdə təşkil olunan müxtəlif sərgilərdə iştirak etmiş, beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Onun əsərləri sırasına 1981-ci ildə Mirzə Şəfi Vazehə Gəncədə ucaldılmış abidə, Türkiyənin Ərzurum şəhərində "Arfa çalan qız", Sumqayıtda "Nizami Gəncəvi", "20 Yanvar şəhidlərinə abidə" və başqaları daxildir. Heykəltaraşın əsas işləri Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıdakı "Dədə Qorqud" abidəsinin hesab olunur. Heykəltaraş həm də pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, on il Türkiyədə müəllim kimi fəaliyyət göstərərək heykəltaraşlıqdan dərs demiş və "Türkiyə yuxuları" silsiləsindən əsərlərini işləmişdir.
Qaladərəsi (Gorus)
Qaladərəsi, Halidzor, Qalidzor, Alidzor — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
Qurdqulaq (Gorus)
Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Qurdqulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında qurdqulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s.
Xınzırək (Gorus)
Xınzırək — Ermənistanın Sünik mərzinin Gorus bələdiyyəsində yerləşən kənd. Kəndin ilkin tarixi adı "Xanzirək"dir. Ermənilər çox vaxt "a" səsini "ı" kimi tələffüz etdiklərindən "Dağ" kəndini "Dığ" adlandırdıqları kimi "Xanzirək" kəndini də əvvəlcə "Xınzirək", sonra isə "Xnzoresk" adlandırmışlar. == Tarixi == Bu kənd Orta çağda Sünik bölgəsinə bağlı idi. XIII əsr tarixçisi Stepanos Orbelinin əsərlərində adı çəkilir. Qarabağ xanlığı dönəmində Tatev mahalının ərazisində qərar tuturdu.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Şahverdilər (Gorus)
Şahverdilər (erm. Որոտան; Vorotan) — Ermənstanın Gorus rayonunun Sünik mərzində kənd. == Tarixi == Şahverdilər kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına bağlı olmuşdur. Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında kəndə basqın edib dağıtmış, kənd camaatını qətlə yetirmişlər. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyəti qarşısında qalmışdır. SSRİ dövründə bəzi kənd sakinləri geri dönmüş və kənddə yaşamağa başlamışlar. 1961-ci ildə Tatev su elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar Ermənistan SSR-də yaşayan digər soydaşları kimi deportasiyaya məruz qalmışlar və öz yurd-yuvalarını tərk etmişlər. == Mədəniyyəti == 1933-cü ildə kənddə kolxoz qurulmuş, 1935-ci ildə isə ibtidai məktəb açılmışdır. Şahverdilərdə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza fəaliyət göstərirdi.
Dostların Görüşü (1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların Görüşü (1977)
Macarıstan görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Qorski-Kotar dağları
Qorski-Kotar dağları (Qorski-Kotar, xorv. Gorski kotar — «dağlıq rayon» deməkdir.) == Coğrafiyası == Qorski-Kotarın hər bir tərəfi dağlarla əhatə olunmuşdur. Dağlar əsasən meşə ilə örtülmüşdür. Ən hündür zirvəsi Belolaşiça (1534 m) və Bpyük-Risyan (1528 m)-dir. Qərb hissədə Adriatik dəniz sahillərində yerləşən Rieka şəhərində bitir. Dağın son hissəsində Kup və Karlovac çaylarının hövzələri yerləşir. Şimal hissədə rayon Sloveniya ilə həmsərhəddir. Cənub hissə isə Lik və Velebit yerləşir. Xorvatiyada iki hissəyə bölünür:Dənizsahili Qorski-Kotar və Karlovaçdır. Qorski-Kotar Risnyak Milli Parkında yerləşir.