Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borago
Göyzaban (lat. Borago) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Gorani
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Qaraçı
Qaraçılar — Hind-Avropa mənşəli köçəri xalq
Qorbaçov
Mixail Sergeyeviç Qorbaçov (rus. Михаил Сергеевич Горбачёв, 2 mart 1931[…], Privolnoye[d], Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ – 30 avqust 2022[…]) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 89-cu şəxs olaraq daxil edilib. Qorbaçovun Sovet İttifaqında dövlət başçısı və Sov. İKP rəhbəri kimi fəaliyyəti dövründə bütün dünyaya təsir edən və aşağıdakı tarixi hadisələrin nəticəsi olan ciddi dəyişikliklər baş verdi: sovet sistemini islahat üçün genişmiqyaslı cəhd ("Yenidənqurma"); qlasnost siyasəti, "yeni siyasi təfəkkürün", söz və mətbuat azadlığının, demokratik seçkilərin tətbiqi; sosialist iqtisadiyyatından bazar iqtisadiyyatı modeli istiqamətində islahatların aparılması; Sovet İttifaqında yeni siyasi və iqtisadi azadlıqlar, Şərqi və Mərkəzi Avropada marksist-leninist administrasiyaların süqutu, Almaniyanın yenidən birləşməsi, soyuq müharibənin sonu; sovet qoşunlarının Əfqanıstandan çıxarılması (1989); Varşava Müqaviləsi Təşkilatı və Sovet İttifaqının dağılması. 1931-ci il martın 2-də Stavropol vilayətində kəndli ailəsində anadan olmuşdur. Atası-Serqey Andreyeviç Qorbaçov (1909–1976) Anası- Mariya Panteleyevna Qorbaçova (1911–1993). Yoldaşı- Raisa Maksimovna Qorbaçova. M. V. Lomonosov adına MDU-nin hüquq fakültəsini (1955) və Stavropol Kənd-təssərüffatı İnstitutunu aqronom-iqtisadçı kimi qurtarmışdır.(1967) 31.08.2022-ci ilde vəfat etmişdir.
Qorlaqo
Qorlaqo( it. Gorlago ) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisinun sayı 4860 nəfərdir. Sahəsi 5.56 km² ərazini əhatə edir. Əhali sıxlığı 874 nəfər / km² . Poçt kodu - 24060. Telefon kodu - 035.
Sorano
Sorano — İtaliyanın Toskana regionunda şəhər.
Draco draco
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Qolac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qoryo
Koryo (kor.- 고려) — X əsrdə Taebonq dövlətinin 4 general tərəfindən devrilməsindən sonra yaradılmış dövlətdir.918-ci ildə yaradılmış bir Koreya krallığı olub, 1392-ci ilə qədər hökm sürmüşdür.Goryeo Koreya tarixçiləri tərəfindən "əsl milli birləşmə" adlandırılmışdır. Koreya sözü Koryö-dən yaranmışdır. Koryo, ilk dəfə 5-ci əsrin əvvəllərində Goguryeo tərəfindən istifadə edilmişdir. İlk kralının adı Sejo adı ilə tanınan Wang Ryung olmuşdur. VII əsrin sonlarından etibarən Koreya yarımadasının çox hissəsini idarə edən Şila krallığı bir müddətdən sonra siyasət hadisələrin baş verməsi səbəbindən, IX əsrin sonlarında dağılmağa başlamış və asiya tarixdə tanınan Baekje və Koquryeo kimi qədim dövlətlərin dirçəlməsinə gətirib çıxarmışdır. Daha sonra Koquryeonun (həm də Taebong kimi tanınırdı), yerində Goryeonu quran Goguryeo nəslinin görkəmli generalı Wang Geon tərəfindən 918-ci ildə devrildi. 935-ci ildə Goryeo sülh yolu ilə Silla'ya qoşuldu və Koreya yarımadasını uğurla birləşdirərək, 936-cı ildə Baekje'ni fəth etdi. 993-cü ildən başlayaraq Goryeo , şimalda güclü köçəri imperiya olan Xitan Liao sülaləsi tərəfindən çox sayda işğallara məruz qalıb, 1019-cu ildə həlledici müharibədə Goryeo qələbə çalaraq qızıl dövrünə daxil olmuş, bu da bir əsrlik sülh və firavanlıq gətirmişdir.Bu dövrdə Koryo,Şərqi Asiyada Liao və Song arasındakı balansı qorumağı bacramışdır. Goryeo sülaləsi dövründə ticarət sürətli idi. Xanədanlığın əsas limanı Byeokrando idi.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qorbo
Qorbo (fr. Gorbio) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Uest kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,02 km², əhalisi — 1279 nəfərdir (2006) artım tendensiyası ilə: 1304 nəfər (2012), əhalinin sıxlığı 185,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1294 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1304 nəfər.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
El Dorado
Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb. El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir. == Ədəbiyyatda == Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər. Uzun müddət axtardıqdan sonra tapılmayan və ya tapılma ehtimalı olmayan bir şeyi ifadə etmək üçün də Eldorado sözü işlədilir.
Emma Morano
Emma Morano (it. Emma Martina Luigia Morano) — Dünyanın ən uzunömürlü insanlarından biri. 2016-cı ilin 13 mayından, 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunmuşdur. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olmuş şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən sonra ən uzunömürlü avropalı olaraq tanınır. == Həyatı == Emma Morano 1899-cu ilin 11 noyabr tarixində İtaliyanın Verbaniya şəhərində Covanni Morano və Matilda Breşiyananın ailəsində anadan olmuşdur. 8 övladın ən böyüyü olan Emma Moraonun 5 bacısı, 3 qardaşı vardı. Ailəsində anası, xalası və bacısı 90 yaşına qədər yaşamışdır. Bacısı Angela Morano 1908-ci ildə anadan olmuş və 2011-ci ildə 102 yaşında vəfat etmişdir. Ailə başçısı Covanni Moranonun işi səbəbindən ailə bir müddət sonra Ossola şəhərinə köçür.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Gorani dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Keşəli (Qaraçöp)
Keşəli (gür.: g.ə. ქეშალო, l.ə. keşalo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2014-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 2.438 nəfər (1.314 nəfəri kişilər, 1.124 nəfəri qadınlar) əhali yaşayır.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Mixail Qorbaçov