QARAÇÖP

(Basarkeçər, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göyçay, Xanlar, Qubadlı, Zəngilan)
dincə qoyulmuş əkin yeri. – Löhran da de:yük, qaraçöp də de:yük biz o yerə ki, ora boş qaley, əkilmey (Cəlilabad)
◊ Qaraçöp qalmax (Basarkeçər) – dincə qalmaq. – Mənim Əyriarxın altındakı yerim bu il qaraçöp qalıb
QARAÇÖLGƏT
QARAÇÖRƏK
OBASTAN VİKİ
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. == Tarixi == Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. == Əhalisi == Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Keşəli (Qaraçöp)
Keşəli (gür.: g.ə. ქეშალო, l.ə. keşalo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2014-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 2.438 nəfər (1.314 nəfəri kişilər, 1.124 nəfəri qadınlar) əhali yaşayır.
Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Muğanlı (Qaraçöp)
Muğanlı (gür.: g.ə. მუღანლო, l.ə. muğanlo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Kənddə, Acı Vadi adlanan yerdə, 42 milyard kubmetr dəyərləndirilən təbii qaz yatağı var. 2004-cü ilədək adı Yormuğanlı olmuşdur. == Maraqlı faktlar == 2005-ci ilin iyun ayında güclü bir qasırğa burada baş verdi ki 13 nəfər yaralanmaqla, bir neçə evə isə zərər dəydi. == Əhalisi == 2023-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 51,000 nəfər (26,010 nəfəri kişilər, 24,990 nəfəri qadınlar) əhali yaşayır. Bu Kənddə olanlar Muğan düzündən köçmüş Şahsevənlərdilər.
Qarabağlı (Qaraçöp)
Qarabağlı (rəsmi olaraq gür.: g.ə. წიწმატიანი, l.ə. tsitsmatiani) və yaxud Qaramanlı Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində məhəllə. 2023-ci il siyahıyaalınmasına əsasən məhəllədə azərbaycanlılardan ibarət 2500 nəfər (1352 nəfəri kişilər, 1148 nəfəri qadınlar) əhali yaşayır.
Qaraçöp xalçaları
Qaraçöp xalçaları — "Qaraçöp" xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan xovlu xalçalardır. == Ümumi məlumat == Gəncə-Qazax tipinin Qazax qrupuna daxil olan bu xalçanın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən bir neçə kəndin adı ilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə "Qaraçöp" adı ilə tanınırdı. Ümumiyyətlə, bu kəndlər, xüsusilə Ləmbəli, Muğanlı və Tüllər Qazax xalçaçılıq qrupunun əsas inkişaf mərkəzlərindəndir və Borçalı xalçaçılıq mərkəzi onlara bitişikdir. Burada toxunan xalçalar "Qarabirçək" adı ilə də tanınır. V. Muradovun "Qazax-Borçalı bölgəsinin xalçaçıları" kitabında dərc olunan məlumatlara əsasən qeyd etmək olar ki, Qaraçöp xalçaları bu gün də Gürcüstan Respublikası ərazisində yerləşən və azərbaycanlıların məskunlaşdığı Bolnisi (Çörük Qəmərli), Marneuli (Sarvan) və Dmanisi (Başkeçid) rayonlarında toxunur. "Qaraçöp" sözündə "qara" – Dədə Qorqud ağzında "böyük" deməkdi, "çöp" isə yerlilərin deyimində "yurd", "oba", "olacaq" mənasına gəlir" == Bədii analiz == XIX – XX əsrlərdə hazırlanmış "Qaraçöp" xalçalarının nümunələri bədii baxımdan sadədir. Nadir hallarda xüsusi sifarişlə istehsal olunan ən keyfiyyətli və yüksək kateqoriyalı xalçalara rast gəlmək olar. "Qaraçöp" xalçalarının ara sahəsini əhatə edən haşiyə zolaqları "Gəncə" və "Qazax" xalçalarının haşiyə zolaqları ilə eynidir. Yaşıl rəngli ara sahə daha çox "Qaraçöp" xalçaları üçün xarakterikdir.
Qaraçöp xalçası

Zemo Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Salman Qaraçöplü
Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır. Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin"). == Mükafatları == Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Nə gözəldir bu dünya... (film, 1999) Ovsunçu (film, 2002) Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) Dayanacaq (film, 2009) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Səhərə inan...