Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güzgü
Güzgü və ya Ayna — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur. Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur. Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır. Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir.
Güzgü (dəqiqləşdirmə)
Güzgü
Düzgü
Düzgü — uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Lakin bu heç də o demək deyil ki, düzgülərdə yalnız forma var. Müşahidələr göstərir ki, ibtidai, primitiv şəkildə olsa da, düzgülərin hər birində pərakəndə şəkildə müəyyən məzmun nəzərə çarpır. Düzgülərin daha əvvəllərdə -alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edənlər var. Son vaxtlar düzgülər “Təkərləmə” adı ilə də təqdim olunur. == Düzgülər == === Üşüdüm ha, üşüdüm === == Xarici keçidlər == Ustub idi, ha ustub idi... (düzgü) Beşdi-beşdi ha beşdi...
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Quzğun
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Alisa güzgü arxasında
Alisa güzgü arxasında (ing. Through the Looking-Glass, and What Alice Found There) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" əsərinin davamı olaraq yazdığı və 1871-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. == Ədəbiyyat == Tymn, Marshall B.; Kenneth J. Zahorski and Robert H. Boyer (1979). Fantasy Literature: A Core Collection and Reference Guide. New York: R.R. Bowker Co. p. 61. ISBN 0-8352-1431-1. Gardner, Martin (1990). More Annotated Alice.
Güzgü (film, 1990)
== Məzmun == Kədərli komediya janrında çəkilmiş film toyla bağlı adət-ənənələrimizdən bəhs edir. == Festivallar və mükafatlar == 1) 2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Film qalib gəldiyi üçün rejissor Mehriban Ələkbərzadəyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film rejissor Mehriban Ələkbərzadənin kinoda ilk işidir. Film yazıçı İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Mehriban Ələkbərova kimi) Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim üzrə rəssam: Nizami Bəydəmirov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Nazim Məmmədov Montaj edən: Nelli Mahmudova Operator assistenti: Kamal Məlikov Qrim edən: Gülnarə Qasmova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Davud Zöhrabov Mətni oxuyan: Arif Quliyev (titrlərdə yoxdur) === Rollarda === Ramiz Əzizbəyli — Nəsir Etibar Baxşıyev — Əlibala Fatma Mahmudova — Sara Lalə Bağırova — növbətçi qadın Fikrət Məmmədov — musiqiçi Dadaş Kazımov — kəndli Muxtar Avşarov — Muxtar Nazir Əliyev — müştəri === Filmi səsləndirən === Hacı İsmayılov — Nəsir (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Güzgü (film, 1997)
Güzgü — 1997-ci ildə azərbaycanlı rejissor Cəfər Pənahinin çəkdiyi filmdir. == Sujet xətti == 1997-ci ildə çəkilmiş “Güzgü” filmində dərsdən çıxanda həmişə onu qarşılayan anasını gözləməyə səbiri çatmayan balaca məktəbli Minanın (Ayda Məmmədxani) sərgüzəştləri diqqət mərkəzinə gətirilir. Sonuncu rəfiqəsi də arxasınca gələn atasının avtomaşınına oturub getdikdən sonra, bir əli gipsdə olsa da, evlərinə təkbaşına yola düşməklə tərsliyini, müstəqilliyini, yaşından böyük görünmək istəyini ortaya qoyan Minanın səs-küylə şığıyıb keçən iri avtomaşınların təkərləri fonunda olduqca köməksiz görünməsi xırda adamı böyük şəhərlə qarşılaşdırır. İlk baxışdan inamlı görünən Minanın qara çadralı bir qadının ətəyindən tutaraq yolu keçməsi maneənin dəf olunması yolunda ilkin qələbəyə çevrilsə də, motosikldəki müəllimlə dostunun avtomobil qəzasına düşməsinin şahidinə çevrilməsi psixoloji gərginliyi artırır. Səhvən mindiyi növbəti avtobusda oğlu ilə münaqişəsindən gileylənən çarşablı qadının, ərlərin xəyanətini çözən qadınların söhbətini, İranla Cənubi Koreyanın söhbəti fonunda balaca Minanın kiminsə verdiyi pulu akkordeon çalıb oxuyan atasını dəfdə müşayiət edən balaca oğlana ötürməsi kimi uzun planda kameranın sevdiyi Aida Məmmədxaninin daxili monoloqunun bir an belə səngimədiyini təsdiqləyir. Nəhayət ki, kameraya baxmaqla rejissorun iradını eşitməklə səbir kasası daşaraq oynamaqdan cana doyub yaylığını, əlinin gipsini çıxarıb, paltosunu soyunan Minanın evlərini özü tapmaq istədiyini birbaşa kinokameraya deməsi ilə ekran personajının, ifaçı Aidə Məmmədxaniyə çevrilməsi ilə kinolentin bitməsi, digər kameranın başqa rakursundan Cəfər Pənahi də daxil olmaqla çəkiliş qrupunun ekrana gəlişi filmin gedişatını dəyişir. Bu epizod bədii təxəyyüllə real həyatın sərhədlərini şəffaflaşdırmaqla saxtalıqla, gerçəklik güzgüsünü üzləşdirən rejissorun daxili azadlığını önə çəkir. Bundan sonra çarşablı qadının evdə münaqişəsinin olmadığını Aydaya bildirməsindən sonra bədii-oyun filminin estetikasının durdurulması, “dördüncü divar”ın dağılması ilə gerçək zaman-məkan parametrlərinin önə keçməsi, müəllifin sufi təbiətinə uyğun təəssürat üzərində qurulan, anilikdə yaranan impersionizmə meydan verilir. == Mükafatları == Finalda sərnişinlərinin, sürücünün iştirakı ilə qadın-kişi münasibətlərini arakəsmədən çözdükləri taksinin vicdanlı sürücünün evlərinə gətirib çıxardığı, böyük şəhərin qaydalarına müqavimətini bildirən balaca Minanın vasitəsi ilə güzgü tutulan Tehranın sosiodinamik mühitinin öz əksini karnaval estetikasında tapdığı bu film kinofestivallarda dəyərləndirilərək Lokarnoda “Qızıl bəbir”, İstanbulda “Qızıl lalə” mükafatlarına layiq görülür.
Qara güzgü (serial)
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı.Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur. Hərkətli kranlar özləri bir yerdən başqasına gedə bilirlər.
Quzlu (Germi)
Quzlu (fars. قوزلو‎‎‎) - İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. == Etimologiya == Quzlu sözü Oğuzlardan gəlir. Bu bölgədə qoz ağacları çox böyük sahə tutarmış ki, bu səbəblə də burada yaşayan oğuzlar bura Qozlu demişdir. == Əhalisi == Quzlu kəndində 1987, 1992 və 1997-də uyğun olaraq 403, 375 ve 295 nəfər yaşayırdı. Amma 2006-cı il siyahıya alınmaya görə kənddə 222 nəfər yaşayır (47 ailə).
Quzlu (Kövsər)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (111 ailə).
Quzlu (Üngüt)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (22 ailə).
Radioverici qurğu
Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. == Struktur sxemləri == Vericidə üç əsas proses baş verir: Yüksək tezlikli rəqsin generasiyası; Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Quzlu (Mahnişan)
Quzlu (fars. قوزلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 270 nəfər yaşayır (58 ailə).
Quzu plaunu
Tunahan Quzu
Tunahan Quzu(türk. Tunahan Kuzu; 5 iyun 1981, İstanbul) — Türk əsilli Niderland siyasətçisi == Həyatı == 1981-ci ildə İstanbulda anadan olmuşdur Kiçik yaşında Niderlandın köçüb və orada böyümüşdür. 2001-ci ildən 2006-ci ilə qədər Erasmus Universitetində idarəçilik ixtisası üzrə oxumuşdur.
Güzgü (bədii film, 1990)
== Məzmun == Kədərli komediya janrında çəkilmiş film toyla bağlı adət-ənənələrimizdən bəhs edir. == Festivallar və mükafatlar == 1) 2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Film qalib gəldiyi üçün rejissor Mehriban Ələkbərzadəyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film rejissor Mehriban Ələkbərzadənin kinoda ilk işidir. Film yazıçı İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Mehriban Ələkbərova kimi) Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim üzrə rəssam: Nizami Bəydəmirov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Nazim Məmmədov Montaj edən: Nelli Mahmudova Operator assistenti: Kamal Məlikov Qrim edən: Gülnarə Qasmova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Davud Zöhrabov Mətni oxuyan: Arif Quliyev (titrlərdə yoxdur) === Rollarda === Ramiz Əzizbəyli — Nəsir Etibar Baxşıyev — Əlibala Fatma Mahmudova — Sara Lalə Bağırova — növbətçi qadın Fikrət Məmmədov — musiqiçi Dadaş Kazımov — kəndli Muxtar Avşarov — Muxtar Nazir Əliyev — müştəri === Filmi səsləndirən === Hacı İsmayılov — Nəsir (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Güzgü (cizgi filmi, 1990)
== Məzmun == Bu multiplikasiya filmi fantasmaqoriyadır, həyat güzgüsündə xeyir və şər qüvvələr qarşı-qarşıya dururlar... Xeyir baş verə biləcək bəlanın qarşısını alır. Təmizlik rəmzi olan xeyir, yəni su, çirkabı yuyub aparır... == Film haqqında == Filmdə Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Mirzəyev (Tofiq Mirzə kimi) Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Elçin Axundov, Gülşən Quliyeva Kinooperator: Ramiz Ağayev Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Gülşən Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova, Ziya Xəqani Rəssam: Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov === Filmi səsləndirən === Həmidə Ömərova (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Güzgü (film, 1990)(I)

Güzgü (film, 1990)(II)
== Məzmun == Kədərli komediya janrında çəkilmiş film toyla bağlı adət-ənənələrimizdən bəhs edir. == Festivallar və mükafatlar == 1) 2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Film qalib gəldiyi üçün rejissor Mehriban Ələkbərzadəyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film rejissor Mehriban Ələkbərzadənin kinoda ilk işidir. Film yazıçı İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Mehriban Ələkbərova kimi) Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim üzrə rəssam: Nizami Bəydəmirov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Nazim Məmmədov Montaj edən: Nelli Mahmudova Operator assistenti: Kamal Məlikov Qrim edən: Gülnarə Qasmova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Davud Zöhrabov Mətni oxuyan: Arif Quliyev (titrlərdə yoxdur) === Rollarda === Ramiz Əzizbəyli — Nəsir Etibar Baxşıyev — Əlibala Fatma Mahmudova — Sara Lalə Bağırova — növbətçi qadın Fikrət Məmmədov — musiqiçi Dadaş Kazımov — kəndli Muxtar Avşarov — Muxtar Nazir Əliyev — müştəri === Filmi səsləndirən === Hacı İsmayılov — Nəsir (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sehrli güzgü (veriliş, 1990)
"Sehrli güzgü" — 1990-cı ildən 2015-ci ilə qədər Azərbaycanın AzTV kanalında yayımlanan uşaq verilişi. Verilişin aparacıları müxtəlif illərdə Bəxtiyar Məmmədov və Tofiq İsgəndərli olublar. Verilişdə daim "Savalan baba" kimi tanınan aktyor Sadıq Hüseynov da iştirak edib.
Qara güzgü (teleserial, 2011)
Qara güzgü (ing. Black Mirror) — Çarli Bruker tərəfindən yaradılmış bir İngilis elmi fantastika antoloji televiziya serialı. Serialın leytmotivi informasiya texnologiyalarının insan münasibətlərinə təsiridir. Hər bölüm əvvəlki hissələrlə, nə süjet, nə aktyorlar, nə də povestin yeri və yeri ilə əlaqəli deyil. Brookerə görə, bütün süjetləri yalnız müasir cəmiyyətdə yaygın olan həyat satırında bir satira birləşdirir.
Aşağı Quzlu (Sayınqala)
Aşağı Quzlu (fars. قوزلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (31 ailə).
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Buzeu
Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər. == Əhalisi == Əhailisi 108,4 min (2011). == Coğrafiyası == Buzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır. == Tarixi == 1431-ci ildən məlumdur. 15–16-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (16–17-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır). == Memarlığı == Banu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (1899–1903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var. == Sənayesi == Qara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir.
Cuzqun
Cuzqun (lat. Calligonum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == GRIN saytında cuzqun cinsinə aid taksonların aşağıdakı siyahısı verilib: Calligonum aphyllum (Pall.) Gurke — Yarpaqsız cuzqun — Qafqaz, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir, Orta Asiya Calligonum arborescens Litv. — Ağacşəkilli cuzqun Calligonum azel Maire Calligonum bakuense Litv. — Bakı cuzqunu Calligonum caput-medusae Schrenk — Meduzbaşlı cuzqunCalligonum caput-medusae var. rubicundum Herder ex RegelCalligonum comosum L'Her.Calligonum comosum var. turkestanicum KorovinCalligonum elatum Litv. — Hündür cuzqun Calligonum eriopodum Bunge Calligonum leucocladum (Schrenk) Bunge — Джузгун белокорый Calligonum membranaceum Litv. Calligonum microcarpum I.G.Borshch. Calligonum persicum (Boiss.
Duyğu
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Güdgüm
Gomaran (erm. Գոմարան) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən Güdgüm (Geğanuş; erm. Գեղանուշ) kənd icmasına daxil olan kənd. Kənd Oxçuçayın sağ sahilində Qafan şəhərindən 3 km cənub-şərqdə yerləşir. 1930-1995-ci illərdə kənd Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Güdqum
Güdqum — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Erm. SSR AS RH-nin 29. VI. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Geğanuş qoyulmuşdur. == Əhalisi == Burada 1897-ci ildə ermənilərlə yanaşı 19 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.