VARAX

(Qazax)
güzgü düzəltmək üçün şüşənin arxasına çəkilən xüsusi təbəqə. – Güzgü çüşdü əlimnən, varağı töküldü
VARA
VARALLAYI
OBASTAN VİKİ
Varaxşa
Varaxşa — Buxara vilayətinin Condor rayonunda, Buxaradan (Özbəkistan) 30 kilometr qərbdə yerləşən qədim yaşayış məskəni. Qədim yaşayış məskəninin bu hissəsi, ərəb istilasından əvvəl Buxara vahəsini idarə edən Buxarxudatların iqamətgahı olub. Burada həyat XI əsrdə dayanıb. Varaxşanın tənəzzül səbəblərindən biri vahənin suvarma sistemlərində suyun qıtlığı olub. Yaşayış məskəninin sahəsi 100 hektar olub. Varaxşa vahənin qərb sərhəddində mühüm hərbi forpost olmaqla yanaşı, həm də Buxara vahəsinin mühüm siyasi və mədəni mərkəzi idi. Varaxşa həmçinin, Buxara ilə Xarəzm arasındakı yolda yerləşən ticarət mərkəzi olub. X əsr tarixçisi Əbu Bəkr Narşahi Varaxşa haqqında aşağıdakı məlumatları verib: Bura böyük yaşayış yerlərindən biridir. Böyüklüyünə görə Buxara şəhərindən geri qalmayan ərazi təməli baxımından da Buxaradan daha qədim olub. Bəzi mənbələrdə kənd, Varaxşa adı ilə deyil, Rəcfəndun adı ilə də qeydə alınıb.