Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qavurd
Qara Arslan Qavurd bəy (XI əsr – 1073) —Səlcuq şahzadəsi, Kirman Səlcuqlu dövlətinin qurucusu. == Həyatı == Atası Çağrı bəyin Xorasan valisi olduğu dövrdə doğulmuşdur. Büveyhilər dövlətinin Səlcuqlar tərəfindən işğalından sonra 1048-ci ildə Kirmana vali təyin edilmişdi.Titulu İmadəddövlə idi. == Hakimiyyəti == === Toğrul bəy dövründə === 1055-ci ildə Omana yürüş etmiş və bölgəni ələ keçirmişdi.1056-cı ildə Sistan da fəth olunmuşdu. 1059-cu ildə İbrahim İnal üsyanı çıxmış, Qavurd bəy əmisi Toğrul bəyə üsyanı yatırmaqda kömək olmuşdu. === Alp Arslan dövründə === 4 iyul 1063-cü ildə Toğrulun ölümündən sonra qardaşı Alp Arslanın tərəfini tutmuş və Şirazda adına xütbə oxutdurmuşdu.Bundan sonra özünü vəliəhd kimi görən Qavurd bəy Şabanqara hökmdarı əmir Fəzləveyhə qarşı yağmalar edirdi. Fəzləveyhin şikayətindən sonra 1064-cü ildə qardaşı tərəfindən göndərilən cəza dəstəsinə məğlub olub Kirmana geri çəkilmişdi. 1067-ci ildə yenidən üsyana qalxmış, lakin yenə məğlub olaraq qardaşı tərəfindən bağışlanmışdı. 1068-ci ildə başqa bir üsyana başlayan Qavurd bəy bu dəfə Nizamülmülkün ordusu ilə hesablaşmalı oldu. Amma Səlcuq ordusu Qavurd ilə döyüşməyə həvəsli deyildi.
Qavurd bəy

Qovurma
Qovurma (qırğ. куурдак; qaz. қуырдақ/Qýyrdaq; türkm. gowurdak; uyğ. قورداق/қордақ/qordaq; özb. qovurdoq; monq. Хуурдаг; türk. kavurma; hind क़ोरमा; urdu قورمہ; benq. কোরমা; fars. قورمه‎) — Azərbaycan, Mərkəzi Asiya, Türkiyə, Bolqarıstan, Pakistan, Hindistan və İranda mətbəxlərinə aid olan xörək.
Qovurğa
Qovurğa — Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir == Tərkibi və hazırlanma qaydası == Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.
Qravüra
Qravür (fr. gravure alm. graben‎dən — qazmaq, kəsmək fr. graver) — çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyirlər. Daş üzərində həkk olunmuş qravürə litoqrafiya (yun. lito — “daş”), ağac üzərindəkilərə isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənir. == Metalları qravür vasitəsi == Bir kəsici olaraq istifadə olunanlar: ştihel, bor (frez), puanson (dırnağa bənzər alət, müxtəlif ölçülü və dərinlikdəki nöqtələrdən kəsikli bir xətt ilə oyma zamanı istifadə olunur).
Gvarda
Gvarda (gürc. გვანდრა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 60 m hündürlüktə, Qara dənizdən 15 km və Suxumidən 2 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 603.
Qauda
Qauda (nid. Gouda) Niderlandın qərbində Cənubi Hollandiya əyalətində yerləşən şəhərdir. Bu şəhər dünyada qauda pendiri ilə məşhurdur.
Anna Gavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970, Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Anna Qavalda

Boz qovurma
== Tərkibi == Qoyun əti – 163q, Ərinmiş yağ – 30q, Baş soğan – 50q, Zəfəran – 0,1q, Keşniş – 15q Şüyüd – 15q, Duz – zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti 15-20 qramlıq tikələrə doğranılır, duzlanılır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üzərinə göyərti səpilir.
Nar qovurma
== Tarixi == Bu yeməyin vətəni Göyçaydır. == Sadə nar qovurma == === Ərzaqlar === nar - 3 ədəd yumurta - 2 ədəd baş soğan - 1 ədəd === Hazırlanma qaydası === Narı dənələyib soğanla qovurursan. duz - istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar. == Ətli nar qovurma (I) == === Ərzaqlar === Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz. === Hazırlanma qaydası === Qoyun əti 60-70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Qanunda oğru
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Qovurma bozbaş
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
Sesar Qaviria
César Augusto Gaviria Trujillo (d. 31 mart, 1947) iqtisadçı və Kolumbiyalı siyasətçi. 1990-1994-cü illərdə Kolumbiya prezidenti olmuşdur. 1994-2004-cü illərdə Amerika Dövlətləri Təşkilatı baş katibi, 2005-2009-cu illərdə Kolumbiya Liberal Partıyası sədri olmuşdur. == Həyatı == Pereyrada anadan olan Gaviria ailəsi 30 ildən artıqdır ki, Kolumbiya siyasətində və iqtisadiyyatında mühüm fiqur olub. Sezar Qaviriya 1988-1997-ci illərdə Bancolombia-nın baş direktoru olmuş Xose Narces Qaviriyanın uzaq əmisi oğludur. Xose N. Qaviriya Sezar Qaviriyanı erkən uşaqlıqda Kolumbiya Konqresinə namizəd olmağa təşviq etmişdir. O, ilk dəfə 1974-cü ildə Konqresə seçilib. O, Virgilio Barko hökumətində əvvəlcə maliyyə naziri, sonra isə daxili işlər naziri vəzifələrində çalışıb. Tələbə ikən Qaviriya AFS Mədəniyyətlərarası Proqramları ilə ABŞ-da mübadilə tələbəsi olaraq bir il keçirdi.
Səbzi qovurma
Səbziqovurma — xörək növü, aş-plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.
Turşu qovurma
== Tərkibi == 3x3 sm həcmində doğranmış qoyun əti Baş soğan Şabalıd Albuxara Limon turşusu Sarıkök Duz, istiot == Hazırlanması == Əti yuyub bişirin. Şabalıdı çərtib 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3-4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun.
Qala gavuru
Qala gavuru (Kale gavuru) - İraqda yaşayan xristian inanclı türkmanlar. Kərkükda təxminən 30 min qala gavuru yaşayır.
Qatarda (film, 1981)
Qatarda — Rejissor Ramiz Həsənoğlunun televiziya tamaşası. == Məzmun == Televiziya tamaşasında hadisələr qatarda baş verir. Yol gedən bəzi sərnişinlər Dadaşov familiyalı şəxsə böyük hörmət göstərməyə başlayırlar. Lakin görəsən Dadaşov həqiqətən mi böyük-vəzifəli adamdır? Tamaşada gözü kölgəli, rüşvətxor adamlar tənqid edilir. Həmçinin göstərilir ki, insanları gözü kölgəli edən onların natəmizliyidir.
Gavur arxı
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. == Gavur arxının tarixi == Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Kristina Qarda
Kristina Qarda (d. 16 iyul 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Qarda, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Gavur arxı (Qarabağ)