Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalqançı
Qarqasar
Qarqasar - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. == Toponimi == 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda "qarğa" sözünün iştirakı ilə düzəlmiş çoxlu toponim vardır. Toponimlərdə bu söz üç mə'nadadır. Qədim türk mənşəli karqa tayfasının adını əks etdirir. Qərbi Sibirdə, qırğızlarda və özbəklərdə Karqa tayfası mə'lumdur. Azərbaycanda Masallı, Xaçmaz və Naxçıvandv Qarqalıq kənd adları məhz bu tayfanın adını əks etdirir (yenə orada). Bə'zi mikrotoponimlərdə bu söz qarqa quş adını əks etdirir. Bə'zi toponimlərdə isə "qarqa" sözü türk dillərində karka - "üst-üstə düşmüş buzlaq mənşəli daşlar (qaya parçaları)"sözünün təhrifidir. Qarqasar toponimi də məhz karka və hasar "qalaça", "hörükda ş", "tsiklopik tikinti" sözlərindən ibarətdir.
Qarğalar
Qarğalar (lat. Corvidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qayğanaq
Qayğanaq və ya Qayqanaq-Təbriz mətbəxinə aid bir növ şirin krep və ya blin.
Galeana
Galeana (lat. Galeana) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Galeana hastata La Llave Galeana pratensis (Kunth) Rydb.
Qalasar
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Akustik dalğalar
Akustik dalğalar, səs dalğaları – fəzada yayılan elastiki maddi mühitin (qaz, maye və ya bərk) həyəcanlanmaları. Həyacanlanmalar mühitdə sıxlığın və təzyiqin tarazlıq qiymətlərindən lokal yayınmaları və mühit hissəciklərinin tarazlıq vəziyyətindən yerdəyişmələridir. Mühitin hal dəyişmələrinin maddənin bir hissəciyindən digərinə ötürülməsi səs sahəsini səciyyələndirir. Akustik dalğalarda enerjinin və hərəkət miqdarının ötürülməsi maddənin özü daşınmadan baş verir. Həcmi elastikliyə malik olan qaz və maye mühitlərdə hissəciklərin yerdəyişməsi yalnız dalğanın yayılma istiqamətilə üst-üstə düşən uzununa Akustik dalğalar ilə yayıla bilər. Bu halda səs təzyiqi skalyar kəmiyyət olur. Həcmi elastiklikdən başqa həm də yerdəyişmə elastikliyinə malik olan qeyri-məhdud bərk mühitlərdə uzununa Akustik dalğalarla yanaşı eninə Akustik dalğalar da yayıla bilər; onlarda hissəciklərin yerdəyişməsi və dalğaların yayılma istiqamətləri bir-birinə perpendikulyardır. Bərk mühitlərdə səs təzyiqinin analoqu mexaniki gərginlik tenzorudur. Bərk cismlərdə sərhəd mövcud olduğu zaman digər növ Akustik dalğalar da yaranır. Akustik dalğalar forması səs sahəsinin xarakteristikalarınn zamandan asılılığına uyğun olaraq dəyişir.
Mexaniki dalğalar
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. == Dalğanın növləri == Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik.
Qalqanlı gölü
Qalqanlı gölü (fars. قالغانلو دریاچه‎) — İran Azərbaycanının ən kiçik təbii göllərindən biridir. Göl Germinin Xankəndi kəndi ilə Azərbaycan sərhədi arasında yerləşir. == Göstəriciləri == Qalqanlı gölünün uzunluğu təqribən 70 metr, eni 45 metr, sahəsi 3150 kvadratmetrdir. Ən dərin yeri 1.5 m, orta dərinliyi isə 1 m təşkil edir.
Seysmik dalğalar
Seysmik dalğalar — zəlzələ ocağında baş verən qırılma zamanı ayrılan enerjinin böyük bir hissəsi süxurlarının yerdəyişməsinə və istilik yaranmasına, bir hissəsi isə ocaqdan ətraf ərazilərə yayılan seysmik dalğalar adlanan elastik dalğaların əmələ gəlməsinə sərf olunur.Bu dalğalar yer səthinə çatarkən qruntu (torpağı) titrədir və insanlar zəlzələni hiss edirlər. == Elastik dalğalar == Elastik dalğalar ətrafa yayılarkən süxurları deformasiyaya uğradır, yəni onların ölçülərini və ya formasını dəyişir, lakin dalğanın təsirindən sonra süxurlar öz ilkin vəziyyətinə qayıdır. Elastik cisimdə (o cümlədən, dağ süxurlarında) əsas iki cür deformasiya qeyd olunur. === Həcmi deformasiya === Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi dəyişir, lakin onun forması dəyişməz qalır. === Sürüşmə deformasiyası (forma deformasiyası) === Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi deyil, forması dəyişir. == Seysmik dalğaların növləri == İki əsas növü vardır: həcmi dalğalar və səthi dalğalar. === Həcmi dalğalar === Sərhədsiz mühitdə baş verən deformasiyanın tipindən asılı olaraq iki cür dalğalar əmələ gəlir: uzununa dalğalar (P) və eninə dalğalar (S). ==== Uzununa dalğalar (P) ==== Həscmi deformasiya zamanı uzununa dalğa (P) əmələ gəlir və nəticədə bu dalğanın keçdiyi mühitdə sıxılma və gərilmə zonalarının növbələnməsi, hissəciklərin öz ilkin vəziyyətləri ətrafında dalğanın yayılma istiqamətində rəqsi hərəkətləri müşahidə edilir. Hissəciklər gərilmə zonalarında bir-birindən uzaqlaşır, sıxılma zonalarında isə yaxınlaşırlar. Uzununa dalğalar səs dalğalarının havada yayılmasına analoji formada yayılırlar.
Dalğalar (film)
Dalğalar (ing. Waves) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru və ssenari müəllifi Trey Edvard Şultsdur. Film cənubi Floridada yaşayan afroamerikalı ailənin övladları, Tayler və Emili Vilyamsın həyatından bəhs edir. Filmin premyerası 30 avqust 2019-cu ildə Tellurayd Film Festivalında baş tutub. Film ABŞ-də A24 tərəfindən 15 noyabr 2019-cu ildə yayımlanıb.
Qalalar (Heris)
Qalalar (fars. قلعه لر‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (40 ailə).
Qalalar (Sulduz)
Qalalar (fars. قلعه لر‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 455 nəfər yaşayır (87 ailə).
Qalasar (Dərələyəz)
Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.
Alqacar (Minudəşt)
Alqacar- İranın Gülüstan ostanının Minudəşt şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,780 nəfər yaşayır (1,428 ailə). === Milli tərkibi === Əhalisi əsasən Xorasan türklərinin qolu sayılan yerli Qızılbaş türklərindən ibarətdir və Türk dilində danışırlar. Alqacarda eləcə sonradan məskunlaşan Sistan əsilli Farslar, Bəluc və Kürd azlıqlar də yaşayırlar. == Din == Alqacar əhalisinin əsas hissəsini təşkil edən yerli Qızılbaş türkləri və Sistanilər islam dininin şiə məzhəbinə azlıqda olan Bəluc və Kürdlər isə sünnü məzhəbinə etiqad edirlər. Bəluclar sünniliyin hənəfi qoluna Kürdlər isə şafi qoluna aiddir.
Uzununa dalğalar (P)
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. == Haqqında == Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.
Zireh Qalalar (1983)
== Məzmun == Film Azərbaycan ərazisində yerləşən tarixi qalalar haqqında danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Cəfər Qiyasi Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 377.
Dalğalar Dənizə Qayıdır (1986)
Zireh qalalar (film, 1983)
== Məzmun == Film Azərbaycan ərazisində yerləşən tarixi qalalar haqqında danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Cəfər Qiyasi Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 377.
Dalğalar dənizə qayıdır (film, 1986)