Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Məhəmməd Quri
Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 1149 – 15 mart 1206, Qəzni) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib. Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib. == Uşaqlıq və gənclik illəri == Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur.
Quri Sultanlığı
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Gürz
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Luri
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Qori
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. == Tarixi == Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Quru
Quru (informatika)
Türi
Türi (est. Türi, alm. Turgel‎) — Estoniyanın mərkəzində, Yarvamaa bölgəsində şəhər. Əhalisi 6 minə yaxındır. == Qardaşlaşmış şəhərlər == Türi 1991-ci ildən aktiv olaraq Douzelage adlı birliyə daxil oldu. Bu birliyə Avropa Birliyindən həmçinin 24 şəhərdə daxildir. Hər il bu şəhərlərdə müxtəlif festivallar və bayram şənlikləri keçirilir.
Yuri
Yuri — Rus adı. Yuri Andropov — SSRİ-nin dövlət və partiya xadimi. Yuri Daniloçkin — Belaruslu dağ-xizək idmançısı. Yuri Fidler — şair-tərcüməçi. Yuri Osipov — Rusiya riyaziyyatçısı və mexaniki. Yuri Pompeyev — mədəniyyətşünas. Yuri Xaçaturov — general-polkovnik. Yuri Karyakin — Sovet və Rusiya ədəbiyyatşünası. Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
Küri
Pyer Küri
Geri
Geri (ad)
Quri hökmdarlarının siyahısı
Quri hökmdarlarının siyahısı — 1148–1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Onlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. == Siyahı == Mavi sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir. Sarı sətirlər, Səlcuqların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Xarəzmşahların vassallığında olan hökmdarları göstərir. === Bamiyan hakimləri === Yaşıl sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
URI
URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı. == Əsaslar == URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir. == URL və URN arasında əlaqə == URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Abdelhak Nuri
Abdelhak Nuri (nid. Abdelhak Nouri; 2 aprel 1997, Amsterdam) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Niderland futbolçusu. Əsasən hücumameyilli yarımmüdafiəçi kimi oynayan Nuri, bəzən vinger vəzifəsini də yerinə yetirirdi. "Ayaks" klubunun yetirməsi olan futbolçu klubun əvəzedici və əsas komandasında 2 il çıxış edib. O, həmçinin müxtəlif yaş qruplarında Niderland millisini təmsil etmişdir. Nuri 2017-ci ilin iyul ayında, 20 yaşında olarkən mövsüm əvvəli yoldaşlıq oyunu zamanı yerə yıxılaraq huşunu itirib. Ürək aritmiyası keçirən futboçu, nəticədə ağır və daimi beyin zədəsi almış və bu səbəbdən futbolçu karyerasını davam etdirə bilməmişdir. == Erkən illəri == Amsterdamda doğulan Nuri Mərakeş əsillidir. O, əsasən gənclər komandasında çıxışı ilə tanınmışdır. Bir çox nəşrlər onu gələcəyin ulduzu hesab edirdilər.
Amin Quiri
Amin Quiri (16 fevral 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Quiri 2013-cü ildə Olimpin Lion akademiyasına qəbul olmuşdur. O, 3 iyul 2017-ci ildə Lyon klubu ilə 3 illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Beynəlxalq səviyyədə perspektivi ilə tanınan Quiri 10 sentyabr 2016-cı ildə 16 yaşı olarkən Bordo klubu ilə keçirilən Liqa 1 görüşü üçün əsas heyətə cəlb edilmişdir. O, Lyon B klubu ilə debütünü 17 yaşında etmişdir. == Milli karyerası == Quiri Fransanın gənclər millilərində çıxış etmişdir. O, milli ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və yeddi qolla turnirin bombardiri seçilmişdir. Turnirdə uğur qazandıqdan sonra Quiri bir sıra Avropa klublarının diqqətini cəlb etmiş və The Guardian nəşri tərəfindən dünyanın ən istedadlı gənc futbolçularından biri elan edilmişdir. 2017-ci ildə Quiri Fransanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Amriş Puri
Amriş Puri (22 iyun 1932, Calandhar[d], Britaniya Hindistanı – 12 yanvar 2005[…], Mumbay) - tanınmış hind aktyorudur. == Seçilmiş filmoqrafiya == 1970: Prem Pucari (film,1970 1984: Üç muşketyor kimi 1986: Okean 1995: Karan və Arcun 1997: Kömür 2005: Mənə ərə gəl (film,2005) == Hәyatı == Amriş Puri firavan ailədə Calandxar şəhəri yaxınlığında kiçik pəncab şəhərcikində dünyaya gәlib. Ailәdә 4 nәfәr olublar. Şımlada humanitar kolleci bitirib. Ximaçal-Pradeş-in hind ştatında, sonra universitetin və 20 ilin siyasi-iqtisadi fakültəsi Əmək Nazirliyində və İndira Qandinin hökumətində Bombeydə işləyib. Hələ məktəb illərində fizikayla maraqlanırdı, kimya, həmçinin fleytada oyunla və həmişə teatr və kinoda oynamağı arzu edirdi.
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.