Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darçını
Darçını — Azərbaycanın milli rəqsi. Rəqs mübaliqəli aram tempdə səslənən rəqsdir. Onun qüvvətli hissəsində zərblər və vurğuların səsi aydın seçilir.
Acmella darwinii
Acmella darwinii (lat. Acmella darwinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes darwinii D.M.Porter Spilanthes diffusa Hook.f. [Illegitimate] Spilanthes diffusa var. minor Hook.f.
Baccharis darwinii
Baccharis darwinii (lat. Baccharis darwinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Berberis darwinii
Darvin zirinci (lat. Berberis darwinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Nothura darwinii
Darvin tinamusu (lat. Nothura darwinii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Senecio darwinii
Senecio darwinii (lat. Senecio darwinii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Spilanthes darwinii
Acmella darwinii (lat. Acmella darwinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Spilanthes darwinii D.M.Porter Spilanthes diffusa Hook.f. [Illegitimate] Spilanthes diffusa var. minor Hook.f.
Darçınlı burma
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Darçınlı burmalar
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Darçınlı rulet
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Kafur darçını
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Ustad dərgisi
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Dargin dili
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). == Tərkibi == 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Dargin dilləri
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). == Tərkibi == 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Ankara daşqını (2022)
2022-ci il Ankara daşqını — 7 iyun 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada başlayan daşqın. Güclü yağışdan sonra baş verən seldə ümumilikdə 5 nəfər həlak olmuşdur. == Hadisələr == 7 iyun 2022-ci ildə başlayan şiddətli yağış və doludan sonra Ankarada daşqınlar baş vermişdir. Bir çox ev və iş yerləri su altında qalmış, avtomobillər yollarda ilişmişdir. Buna görə Ankara valisi Vasip Şahin Ankarada təhsil prosesinin bir günlük dayandırıldığını açıqlamışdır. 13 iyun 2022-ci il tarixində Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu və Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyə sədri Mansur Yavaş ilə təbii fəlakətlə bağlı görüş keçirmişdir. Daşqınlar Ankara Böyükşəhər Bələdiyyəsi məclisində müzakirə mövzusu olmuşdur. 1 iyul 2022-ci ildə Ankara Böyükşəhər Bələdiyyəsi 1 saatda orta hesabla 20 kq yağıntı aldıqlarını, 15 xilasetmə halının olduğunu və 1,024 hadisəyə müdaxilə etdiklərini açıqlamışdır. İyunun 7-dən iyulun 2-dək baş verən daşqınlar nəticəsində ümumilikdə 5 nəfər həlak olmuşdur. == Nəticə == Daşqınların abadlıq işlərinin sıxlığından və dərələrin üstünün plansız bağlanmasından qaynaqlandığı iddia edilmişdir.
Kür daşqını (2010)
Kür daşqını — 2010-cu ilin may ayında Azərbaycan Aran zonasını əhatə edən genişmiqyaslı daşqın. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdır. == Dəymiş zərər == 50 min hektara yaxın ərazini su basmış və 20 mindən çox ev suyun altında qalmışdır. 300-dən çox ev tamamən dağılmışdır. 10 min hektarlarla əkin sahələrini və otlaqları su basması ilə təsərrüfata böyük zərər dəymişdir. 10 minlərlə insan isə öz ev-eşiklərini tərk edərək çadırlara yerləşdirilmişdi. == Nəticələrin aradan qaldırılması == Nəticələrin aradan qaldırılması məqsədilə güc strukturları bura cəlb edilmişdir. Kürə daxil olan suyun həcmini azaltmaq məqsədilə Araz çayı tarixi məcrasına buraxılmışdır.
Mürsəlli Daşqını (1929)
Xüsusi buraxılış Kür sahilində yerləşən Mürsəlli kəndində bəndin partladılması və bunun nəticəsində pambıq sahələrini su basması haqqındadır. Kinoxronika Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır.
Odlu Yurd dərgisi
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Sumqayıtçay daşqını (2010)
Sumqayıtçay daşqını (2010) — 2010-cu ilin may ayında Abşeron yarımadasının şimal-qərbində baş vermiş daşqın. Daşqın Sumqayıtçayın qəfil daşması və yatağını basması ilə meydana gəlmişdir. Başlanğıcını Şamaxı rayonundan götürərək Xəzər dənizinə tökülən çayın uzunluğu 198 km, hövzəsinin sahəsi isə 1751 km²-dir. Başlanığıcını Gülümdostudağından (2000 m) götürən çay Sumqayıtçay adını Qozlu və Çikilçayın birləşməsindən sonra alır. Az sulu olması və mənsəbə yaxın qumsal ərazidən axması suyunun süzülməsi effektini yaradır. Bu səbəbdən insanların hafizəsində bu çayın daşması nadir hadisədir. Axımı əsasən yağış (90%) sularından əmələ gəlir. Orta illik su sərfi 1,34 kub m/san olan çayın daşqın zamanı bu rəqəmi on dəfələrlə aşması ehtimal edilir. Daşqın baş verən zaman çayın hündürlüyünün 5 metrə çatmışdır. Nəticədə çayın yaxınlığından axdığı Pirəşükül kəndin girişindəki körpü yuyularaq tamamilə yararsız vəziyyətə düşmüşdür.
Tbilisi daşqını (2015)
Tbilisi daşqını — 14 iyun 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş vermiş daşqın. Daşqın nəticəsində azı 12 adam ölüb. Hadisə ilə bağlı iyunun 15-də Gürcüstanda matəm elan olunub. Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib. Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altında qalıb. Daşqın zamanı şəhər zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb. Qaçan heyvanların axtarışı aparılır. Heyvanlardan bəzilərini tutmaq mümkün olub, bəziləri isə öldürülüb.
Türk Yurdu dərgisi
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.