Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pyer İmbert Derevet
Pyer İmbert Derevet (22 iyun 1697[…], Paris – 27 aprel 1739[…], Paris) — Cavan Pyer adı ilə də tanınan rəssam. == Həyatı və karyerası == Pyer İmbert Derevet 22 iyun 1967-ci ildə Parisdə anadan olub. Atası Drevet ona bu sənəti öyrətmişdi və o 13 yaşında olarkən oyma işi ilə məşğul olurdu. Əvvəllər o Şarlz Lebrunun tərzini davam etdirirdi, lakin qısa müddət sonra o öz tərzini yaratdı və inkişaf etdirdi. O, atasının dəyişilməz ortağı oldu. 1723-cü ildə Pyer İmbert Riqaudun ardınca Bossetin portretini tamamladı. 1724-cü ildə Kardinal Dubanın portretini həkk etmişdi. 1730-cu ildə Adrienna Lükovrerin lövhəsini hazırlayıb. Samuel Bernard üçün hazırladığı qravüraya Riqaud rəsm çəkmişdi. Onun portretləri ilə yanaşı Pyer İmbert Derevet bir çox dini və tarixi lövhələr hazırlamışdı.
Dişəvər
Dişəvər (lat. Anthriscus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Desert
Desert (fr. dessert-dən) — nahar və şam yeməyindən sonra verilən və xoş dad əhvalı yaratmaq üçün verilən yemək. Bir qayda olaraq şirin delikateslər verilir.
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur. Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
MakKenna DeBever
MakKenna DeBever (d. 5 iyun 1996) — Perulu üzgüçü. MakKenna DeBever Perunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == MakKenna DeBever birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:03.16 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Oxşar dişəvər
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Palıdı dişəvər
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-ci ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. Desert Eagle bir çox video, oyun, filmlər və televiziya tamaşalarında yer alıb. == Mənbə == ↑U.S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Laminqton (desert)
Laminqton (ing. lamington) — Avstraliya deserti, şokolad qlazuru və kokos yonqarı ilə örtülmüş biskvitli düzbucaq formasında təqdim olunur. Bəzən iki birləşmiş laminqton bir krem və ya çiyələkli cemin köməyi ilə bir pirojna olur. == Mənşəyi == Laminqton deserti Laminqtonun ikinci baronu, 1896-1901-ci illərdə Kvinslend ştatının qubernatoru Çarlz Uollis Aleksandra Napira Kokreyn-Beyllinin (Charles Wallace Alexander Napier Cochrane-Baillie) şərəfinə adlandırılıb. Bu desertin yaranmasına dair bir neçə versiya mövcuddur. Bir əfsanəyə görə, qubernatora gözlənilmədən qonaq gəlir, evdə bayat biskvitdən başqa heç nə olmur. Aşpaz şokolad biskvitini 4-5 sm-lik kubik şəklində doğrayır və doğranmış kokosla dilimləri örtür. Digər versiyada isə deyilir ki, biskvitin keçə forması Laminqton baronu Xomburqun sevimli forması olub. Qəribə təsadüfə görə, desert Laminqtonda bəyənilmir, o «acı, kobud, boş biskvit» adlandırılır. == Bu günkü gündə == Laminqton snek (yüngül qəlyanaltı) kimi Avstraliya və Yeni Zelandiyada populyar olaraq qalır.
Sandey (desert)
Sandey (ing. sundae) — dondurmadan desert. Adətən meyvə şərbəti və ya jele, doğranmış qoz-fındıq, şokolad, çalınmış krem və giləmeyvə ilə bəzədilmiş dondurma toplarından hazırlanır. == Həmçinin bax == Dondurma Affoqato == Xarici keçidlər == The Ice Cream Sundae’s Birthplace? That’s the 64,000-Calorie Question New York Times. 6 August 2006.
Şeyx Bəşərət (Bicar)
Şeyx Bəşərət (fars. شيخ بشارت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (68 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az.-əbcəd دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər. "Dəvət-Qoç" qəzetlərinin aparıcı qələm insanları, publisistləri, partiya fəalları daxil idi.