Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diptix
Di`ptix (yun. δίπτυχος "ikiqat qatlanmış") qədim zamanlarda yunanlar və romalılar tərəfindən içəri üzü yazı üçün nəzərdə tutulmuş taxtadan, sümükdən, metaldan hazırlanmış bir birinə bərkidilmiş ikiqatlanan lövhələr. Adətən lövhələrin üzü müxtəlif növ naxış və ornamentlərlə bəzədilir. Sonralar diptix qədim kilsə liturgiyalarında yad edilən adlar siyahısı mənasında işlədilmişdir. Bu cür kitabələr əlavə lövhələrə də malik olduqları üçün onları səhifələrə müvafiq triptixa (yun. τρίπτυχα), pentaptixa (yun. πεντάπτυχα), poliptixa (yun. πολύπτυχα) və s. adlandırılır. Günümüzdə bu termin adətən ümumi ya eyni ideya və süjet xəttli təsviri sənət əsərlərinə (şəkil, qravür, fresk), eyni zamanda kiçicik ədəbiyyat formalarına, xüsusən şeirlərə tətbiq edilir.
Siptah
Siptah (e. ə. XIII əsr – təq. 23 oktyabr e.ə.
Dietil efiri
Dietil efiri (etil efiri, etoksietan). Kimyəvi xassəsinə görə - tipik alifatik sadə efirdir. Həlledici kimi geniş istifadə olunur. İlk dəfə olaraq orta əsrlərdə alınmışdır. == Tarix == Dietil efirinin ilk dəfə IX əsrdə əlkimyaçı Cabir ibn Xəyyam və ya 1275-ci ildə əlkimyaçı Raymund Lul (2,3) tərəfindən alındığı fərz edilir. Daha dəqiq tarix olaraq 1540-cı ildə Valerius Kordus tərəfindən sintez olunduğu göstərilir. V. Kordus onu həmin dövrdə “kuporus yağı”(2) adlandırılan etil spirti və sulfat turşusu qarışığının distilləsi yolu ilə almış və onu “şirin kuporus yağı” (lat. oleum dulce vitrioli) adlandırmışdır. Kordus həmçinin onun anesteziya xassəsinə malik olduğunu da göstərmişdir. 1680-cı ildə Robert Boyl tərəfindən efir ikinci dəfə sintez edilir.
Merilin diptixi
Merilin diptixi (ing. Marilyn Diptych) — amerikalı rəssam Endi Uorholun pop-art stilində işlədiyi məşhur rəsm əsəri. Uorhol rəsm üzərində işləməyə Merilin Monronun ölümündən bir həftə sonra, 1962-ci ilin avqustunda başlamışdır. Rəssam Trafaret çapının vasitəsilə aktrisanın 1953-cü ildə çəkildiyi "Niaqara" filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkili kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır. Monronun diptixin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsmlər ağ-qara çalarlarla qismən dağılmış, cızma qaranı xatırladan və solğun haldadır. Belə hesab edilir ki, Uorhol rəsmi iki, parlaq və solğun hissəyə bölməklə Merilin Monronun təzadlarla dolu olan həyatını və ölümünü assosiasiya etmişdir. 2011-ci ilə olan məlumata görə, "Merilin diptixi" əsəri Londonun Teyt qalereyasının Liverpul şəhərində yerləşən filialında sərgilənir. 2 dekabr 2004-cü ildə "The Guardian" qəzeti müasir incəsənətin 500 ən parlaq əsərlərinin siyahısını açıqlayıb. Siyahıda Uorholun bu işi üçüncü yerə layiq görülüb.
Köln Mərkəzi DİTİB Məscidi
Köln Mərkəzi DİTİB Məscidi (DITIB-Zentralmoschee Köln), Köln şəhərin və bütün Almaniyanın ən böyük məscididir. == Tarixi == 2009-cu ilin May ayında, Kölndə yerləşən əvvəlki məscid sökülüb və əvəzində noyabr ayının 7-si yeni tikinti işləri başlanmışdır. 2011-ci ilin fevral ayının 2-də 55 metr yekə Minarələr və 37 metr yekə günbəz düzəldilmişdi. 9 iyun 2017-də, Ramazan ayında, Məscid ilk dəfə istifadə edilmişdi. 2018-ci il sentyabr ayının 29-da Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri Başçısı Prof. Dr. Əli Erbaş rəsmi olaraq Məscidin açılışında iştirak etmişdirlər. == Dezayn == 4500 m² ərazini əhatə edən məscid 2–4 min nəfəri qəbul edə bilir. Restoran, ibadət yeri, kitabxana və İslam mədəniyyət mərkəzini özündə birləşdirən bu İslam kompleksinin tikintisinə 40 milyon dollar ayrılıb. Layihə Türk-İslam Diyanət İşləri Birliyi tərəfindən dəstəklənir.