Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Kokona Hiraki
Kokona Hiraki (yap. 開 心那; 26 avqust 2008) — Yaponiya skeytbordinqçisi, 2019-cu ildə Boysedə keçirilən X Oyunlarının gümüş medalçısıdır. 2020 Yay Olimpiya Oyunlarında Yaponiyanı təmsil edərək 12 yaşında gümüş medal qazanmışdır. == Həyatı == Kokona Hiraki 26 avqust 2008-ci ildə Yaponiyanın Hokkaydo şəhərində anadan olmuşdur. Tomakomayda yaşamışdır. 5 yaşında skeytbordinqçiliyə başladı və Sapporoya köçərək burada məşqlərə davam etdi. 2018-ci ildə qatıldığı Yapon Skeytbordinq Çempionatında 4-cü yeri tutdu. İlk qələbəsini 10 yanvar 2019-cu ildə eyni turnirdə əldə etdi. 2019-cu ildə Aydahonun Boyse şəhərində keçirilən X Oyunlarında iştirak etmişdir. Bu oyunlarda ilk dəfə ölkə hüdudlarından kənara çıxan Kokona gümüş medal almışdır.
Mihaj Çokonay Vitez
Mihaj Çokonay Vitez (mac. Csokonai Vitéz Mihály; 17 noyabr 1773[…], Debretsen – 28 yanvar 1805[…] və ya 1805, Debretsen) — macar şair. Macarıstan maarifçiliyinin ədəbi canlanmasında ən əsas rolu olan şəxslərdən biridir. == Həyatı == Doğulduğu Debreçen şəhərində təhsil alan Çokonay hələ çox cavan yaşlarında peşəkar şair kimi fəaliyyət göstərmişdir. Qısa müddət sonra əxlaqsız davranışlarına görə vəzifəsindən məhrum edilmişdir. Qısa həyatının qalan on iki ilində də, demək olar ki, davamlı bədbəxtliklər yaşamış və öz doğma şəhərində, anasının evində, yalnız otuz bir yaşındaykən vəfat etmişdir. Çokonay öz şeirlərində Şandor Petöfinin lirik üslubundan istifadə etmişdir və Dorottya (ing. Dorottya ) və ya Karnavaldakı xanımların zəfəri (ing. Triumph of the Ladies at the Carnival) adlı poema, eləcə də bir sıra digər sevgi mövzulu əsərlər yazmışdır. Əsərlərinin böyük hissəsi Şedel (1844–1847) tərəfindən nəşr etdirilmişdir.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.