Mihaj Çokonay Vitez (mac. Csokonai Vitéz Mihály; 17 noyabr 1773[1][2][…], Debretsen[4] – 28 yanvar 1805[1][2][…] və ya 1805[3], Debretsen[5]) — macar şair. Macarıstan maarifçiliyinin ədəbi canlanmasında ən əsas rolu olan şəxslərdən biridir.
Mihaj Çokonay Vitez | |
---|---|
mac. Csokonai Vitéz Mihály | |
Doğum tarixi | 17 noyabr 1773[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 yanvar 1805[1][2][…] (31 yaşında) və ya 1805[3] |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı |
Əsərlərinin dili | Macar dili[4] |
Mihaj Çokonay Vitez Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Doğulduğu Debreçen şəhərində təhsil alan Çokonay hələ çox cavan yaşlarında peşəkar şair kimi fəaliyyət göstərmişdir. Qısa müddət sonra əxlaqsız davranışlarına görə vəzifəsindən məhrum edilmişdir.
Qısa həyatının qalan on iki ilində də, demək olar ki, davamlı bədbəxtliklər yaşamış və öz doğma şəhərində, anasının evində, yalnız otuz bir yaşındaykən vəfat etmişdir.
Çokonay öz şeirlərində Şandor Petöfinin lirik üslubundan istifadə etmişdir və Dorottya (ing. Dorottya ) və ya Karnavaldakı xanımların zəfəri (ing. Triumph of the Ladies at the Carnival) adlı poema, eləcə də bir sıra digər sevgi mövzulu əsərlər yazmışdır. Əsərlərinin böyük hissəsi Şedel (1844–1847) tərəfindən nəşr etdirilmişdir.