Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DOI
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) == Istinadlar == International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.
DOS
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər. DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var: DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər; DOS təkprosessorlu əməliyyat sistemidir; O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir. DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir.
Doj
Doj (it.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Qoç
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. == Qoyun dünya mədəniyyətində == === Məhsuldarlıq rəmzi === Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
SoC
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si" )) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür.Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər.Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir.Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . == Daxili komponentləri == Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.Proqramlaşdırıla bilən ÇüS-də əlavə olaraq proqramlaşdırılan məntiq matrisası (ing. PLC), proqramlaşdırıla bilən analoq-rəqəmsal ÇüS-də həmçinin proqramlaşdırılan analoq bloklar olur. Bloklar bir-biriləri ilə standart konstruksiyalı və ya istehsalçının özü tərəfindən yaratdığı şinlə (məsələn AMBA ARM şirkətinin istehsalı olan çiplərdə) birləşdirilir. Əgər çipin tərkibində yaddaşa birbaşa müraciət kontrolleri vardırsa, onun vasitəsi ilə məlumatları xarici yaddaşdan mərkəzi prosessoru adlayaraq birbaşa çipin yaddaşına yükləmək olur, bununla avadanlığın iş sürətini artırmaq olar.
Dol-dol bulağı (Takab)
Dol-dol bulağı (fars. دل دلبلاغي‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Dom-dom Əli (personaj)
Dom-dom Əli və ya Dom-dom — əsl adı Əli İrkan olan Rıfat İrqazın "Hababam sinfi" adlı romanında yaratdığı xəyali personaj. Roman əsasında çəkilmiş eyniadli film seriyasında Firudin Savlının canlandırdığı personajın türk əhali arasında populyarlıgı artmışdır. == Personaj xüsusiyyətləri == Hababam sinfinin kök, həm də nadinc tələbələrindən biridir. Tulum Hayri və Yıxılmaz Hadiylə birlikdə sinfin ən köklərindən hesab olunur. Güdük Nəcmi ilə durduq yerə dava edir. Daha çox Tulum Hayri və Avara İsmayıl ilə gəzir. Həmişə sinif nümayəndəsi olan üçün dərs ilinin əvvəlində Tulum Hayri ilə qol güləşi edir.
Ad hoc
Ad hoc (IPA: [at hɔk]); "Məqsəd üçün spesifik, niyyətə məxsus, məqsədəmüvafiq" mənasını verən Latın dilində ifadədir. Əsasən bir problem üçün müvəqqəti həll yolunu təsvir etmək üçün istifadə olunur. Bəzən bir çatışmazlığı və ya cəlbedici həlləri vurğulamaq üçün istifadə olunur. Məsələn, müvəqqəti olaraq yaradılan məhkəmələr və ya tədqiqat istintaq komissiyaları "ad hoc" komitələrdir. == Ad hoc hipotez == Bir nəzəriyyənin etibarlılığını dəstəkləmək üçün nəzəriyyəyə əlavə edilən bir fərziyyədir. Öz-özlüyündə heç bir dəyəri olmasa da, bir nəzəriyyəni təkzibdən qorumaq üçün "ad hoc hipotezi" istifadə olunur. Elmi fərziyyələrə zidd olan real məlumatların izahında da bəzən "ad hoc hipotezlər" yalnız vəziyyəti izah etmək üçün istehsal edilə bilər. Tanınmış bir nümunəsi, Albert Einşteynin Xüsusi Nisbilik Nəzəriyyəsinə əlavə etdiyi "kosmoloji sabit"idir. Nisbilik tənliklərinin göstərdiyinin əksinə olaraq, Einstein, fəzadakı sabit quruluşu izah etmək üçün tarazlıq vəziyyətini ortaya qoyan tənliyə bir sabit əlavə etmişdir. Əvvəlcə özü tərəfindən "mənim ən böyük səhvim" kimi xarakterizə olunsa da, sonradan qara enerji nəzəriyyəsi tərəfindən dəstəkləndi.
Atomic Dog
Atomic Dog — Corc Klintonun 1982-ci ildə çıxardığı Computer Games albomunda yer alan sinql.
DOS (dəqiqləşdirmə)
DOS
DoS-attack
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
DoS-hücum
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
DoS hücum
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Dol (rayon)
Dol (fr. Dole) — Fransanın Franş-Konte regionun rayonlarından biri. Departamenti — Yura. Suprefektura — Dol. Rayon əhalisi 2006-cı ildə 79 734 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 68 nəf / km². Rayon ərazisi — 1180 km².
Dol mahalı
Dol mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xan-Tavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: "Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi.
Dol nahiyəsi
Dol mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xan-Tavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: "Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi.
Don (dəqiqləşdirmə)
Don — Dünyada işlədilən şəxs adı.Digər Don — paltar növü. Don — şaxta, soyuq hava Don - İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı.Çaylar Don — Rusiyada çay.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri çılpaq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. == Tarixi == === XI əsr === XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Don Balón
Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 1975 və 2011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi. == Tarix və Profil == Jurnal 1975-ci ildə tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir.Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi. Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi.1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi.Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı. 2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır.
Don Covanni
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Dop sülaləsi
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar. == Tarixi == Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi. Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur.