DOD

dod vermək – bax dodu vermək (“dodu”da).
DO₂
DODAĞABƏNZƏR
OBASTAN VİKİ
Alfons Dode
Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu. == Həyatı == Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb. Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və... Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi.
Allophylus dodsonii
Allophylus dodsonii (lat. Allophylus dodsonii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Aloysia dodsoniorum
Aloysia dodsoniorum (lat. Aloysia dodsoniorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin aloysia cinsinə aid bitki növü.
Anemone dodecaphylla
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Kiçik dodaqlar
Kiçik dodaqlar (labia minora), qadın reproduktiv sistemlərindən biridir. Vaginal bucağın hər iki tərəfindən sallanan dərilərdir. Kiçik dodaqlar, müxtəlif boyda, rəngdə və şəkildə ola bilər. Kişi üretrası və penis dərisi ilə bərabərdir Kiçik dodaqlar böyük dodaqların tam altında yerləşir. Uşaqlıq yolunu əhatə edən, iki kiçik dəri qatından ibarətdir. Ölçüləri qadından qadına fərqli olur. Adətən kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqları ilə örtülü olur. Bəzi qadınlarda kiçik cinsiyyət dodaqları nisbətən iri olub böyük cinsiyyət dodaqlarından xaricə çıxır və buda bəzi qadınlarda kompleks yaradır. Kiçik dodaqlarda yağ və tük olmaz. Qan damarları və sinir hüceyrələri olduqca çoxdur.
Mesila Doda
Mesila Doda (alb. Mesila Doda; 6 fevral 1971, Kukes) — alban siyasətçi, 2001-ci ildən Albaniya Xalq məclisinin deputatı, Albaniya Demokrat partiyasının yaradıcılarından biri. 6 fevral 1971-ci ildə Kukes şəhərində anadan olub. Mesila Doda Tirana universitetində iqtisadiyyatı, Roma universitetində isə fəlsəfəsini öyrənirdi. Siyasət karyerasına 1991-ci ildə tələbə etirazları zamanı başladı, bu etirazlar alban əmək partiyasının hakimiyyətdən getməsi ilə nəticələndi. Doda müxtəlif siyasi mövqelərdən çıxış edərək jurnalist və teleaparıcı kimi işləmişdi. O, Albaniya Demokrat partiyasını təsis etdi, 2001-ci ildə Albaniya Parlamentinə daxil oldu. 2016-ci ildə o, partiyanı tərk etdi və açıq məktub yazaraq bildirdi ki, 25 il bundan əvvəl yaratdığı partiyadan getməyinə təəssüflənir. 2016-ci ildən o, İnteqrasiya, ədalət və birlik uğrunda partiyasının üzvüdü və Çameriya albanlarının hüquqlarını qoruyur. Doda dindar katolikdi və ənənəvi dəyərlərin müdafiəçisidi.
Miconia dodsonii
Miconia dodsonii (lat. Miconia dodsonii) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania dodsonii
Mikania dodsonii (lat. Mikania dodsonii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Milorad Dodik
Milorad Dodik (bosn. Milorad Dodik; xorv. Milorad Dodik; serb. Милорад Додик; 12 mart 1959, Laktaşi[d], Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — Bosniya və Herseqovina rəyasət heyətinin hazırkı serb üzvü. Dodik 1996-cı ildə yarandığı gündən bəri Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti vəzifəsində çalışır və Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi ərazi olan Serb Respublikasında bir sıra siyasi vəzifələr tutur. Dodik 1998–2001-ci illərdə və 2006–2010-cu illərdə Serb Republikasının Baş naziri və 2010–2018-ci illərdə Serb Republikasının Prezidenti olub. MSDİ-ın Prezidenti kimi Dodik öncə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Serb Demokrat Partiyasına mülayim və islahatçı alternativi olaraq qəbul edildi. Lakin, o vaxtdan bəri Dodik və MSDİ getdikcə daha çox millətçi və separatçı xətt tutaraq, Bosniya serblərinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etdilər. Onun hakimiyyətdəki dövrü avtoritarizm, Bosniya federal qurumlarının pozulması və Serbiya və Rusiya ilə daha yaxın əlaqələri ilə xarakterizə olunur. Dodik Banya Lukada anadan olub.
Neoseiulus dodonaeae
Neoseiulus dodonaeae (lat. Neoseiulus dodonaeae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rembert Doduns
Rembert Doduns (nid. Rembert Dodoens; 29 iyun 1517 – 10 mart 1585[…], Leyden, Hollandiya qraflığı) — Belçika botaniki. Rembert Doduns bitkilər üzrə ixtisaslaşmışdır. Herbarium. 1533. Cosmographica in astronomiam et geographiam isagoge. 1548. Den nieuwen herbarius, dat is dboeck van den cruyden. 1549. De frugum historia.
Senecio dodrans
Senecio dodrans (lat. Senecio dodrans) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Solomon Dodaşvili
Solomon İvanoviç Dodaşvili (gürc. სოლომონ დოდაშვილი);17 may 1805 – 20 avqust 1836, Kirov) — gürcü yazıçısı, pedaqoq, ictimai xadim, filosofu. Kasıb kəndli keşişinin oğlu idi. Tiflisdəki ilahiyyat məktəbini bitirdikdən sonra tövsiyə məktubu ilə Sankt-Peterburqa gəlir. İ.Xelaşvilinin dəstəyinivə himayəsini görür. 1827-ci ildə Sankt-Peterburq Universitetini bitirib. Dekambristlərə yaxın idi. 1828-1832-ci illərdə "Ədəbi Əlavə" ilə birlikdə "Tpilisis utskebani" ("Tiflis Vedomosti") qəzetinin redaktoru olur. Zadəgan ailəsi sui-qəsdində iştirak etdiyi üçün 1832-ci ildə tutuldu və Vyatkaya sürgün edildi və orada sürgündə olarkən A.İ.Herzenlə tanış olur. Dodaşvili vərəmdən vəfat edir.
Xarici dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Dodmor Kotton
Dodmor Kotton və ya Ser Dodmor Kotton (ö. 23 iyul 1628) — ingilis diplomatı və İngiltərə hökuməti tərəfindən Səfəvi imperiyasına göndərilmiş ilk səlahəiyyətli səfir. O, İngiltərə kralı I Karl tərəfindən Səfəvi şahı I Abbasın sarayına göndərilmişdir. == Həyatı == Dodmor Kotton Ser Robert Kotton ilə Elizavet Kottonun oğludur. Elizavet isə Con Dormerin qızı idi. O, Kembric Kral Kollecindən 1607-ci ildə məzun olmuş və 1608-ci ilin noyabrında Linkolnun daxili sarayında işə başlamışdı. Sarayda Dodmor kralın şəxsi kabinetində vəzifə əldə etmiş və I Karl tərəfindən yaxşı tanındığı üçün 1627-ci ildə onun tərəfindən I Abbasın Səfəvi sarayına səfir kimi göndərildi. O, martda Rose adlı gəmi ilə İran körfəzində yerləşən Gembruna (Bəndər Abbasa) yollandı. Onunla səyahətə çıxanlar arasında Tomas Herbert, Nəğdəli bəy (I Karlın yanına göndərilmiş keçmiş Səfəvi elçisi) və Robert Şirli (Nəğdəli bəyin məsləhətçisi, ingilis) müşahidə edirdi. Bu nümayəndə heyəti Səfəvi sarayına göndərilməmişdən əvvəl oraya göndərilmiş qızılbaş elçiləri uğursuzluğa uğramışdılar.
Dodonaea
Dodonaea (lat. Dodonaea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Dodaq sinxronizasiyası
Dodaq sinxronizasiyası və ya ing. lip sync ( /sɪŋk/, sink), nitq və ya ifa zamanı ifaçının dodaq hərəkətlərinin oxunan və ya danışılan vokallarla uyğunlaşdırması üçün istifadə olunan texniki termindir. Dodaq sinxronizasiyası üçün audio canlı performansda səs gücləndirici sistem vasitəsilə və ya televizor, kompüter, kinoteatr dinamikləri və ya digər audio avadanlıqlar vasitəsilə yaradılır. Termin canlı ifalar və audiovizual əsərlər kontekstində bir sıra müxtəlif texnika və proseslərdən hər hansı birinə aid edilə bilər. Film istehsalında dodaq sinxronizasiyası çox vaxt istehsaldan sonrakı mərhələnin bir hissəsidir. Xarici dildə filmlərin dublyajı və cizgi personajlarının danışan kimi görünməsi üçün mükəmməl dodaq sinxronizasiyası tələb olunur. Bir çox video oyunlarda ekrandakı personajların danışdığı kimi görünməsi üçün dodaqla sinxronlaşdırılmış səs fayllarından geniş istifadə edilir. Musiqi sənayesində dodaq sinxronizasiyası müğənnilər tərəfindən musiqi videoları, televiziya və film çıxışları, eləcə də bəzi canlı konsertlər üçün istifadə olunur. Müğənnilər tərəfindən dodaq sinxronizasiyası canlı ifaya baxmağa gələn pərəstişkarlar üçün mübahisəli ola bilər. == Musiqidə == Dodaq sinxronizasiyası əslində təqlid forması hesab olunur.
Dodaq sinxronizasiyası (Lip sync)
Dodaq sinxronizasiyası və ya ing. lip sync ( /sɪŋk/, sink), nitq və ya ifa zamanı ifaçının dodaq hərəkətlərinin oxunan və ya danışılan vokallarla uyğunlaşdırması üçün istifadə olunan texniki termindir. Dodaq sinxronizasiyası üçün audio canlı performansda səs gücləndirici sistem vasitəsilə və ya televizor, kompüter, kinoteatr dinamikləri və ya digər audio avadanlıqlar vasitəsilə yaradılır. Termin canlı ifalar və audiovizual əsərlər kontekstində bir sıra müxtəlif texnika və proseslərdən hər hansı birinə aid edilə bilər. Film istehsalında dodaq sinxronizasiyası çox vaxt istehsaldan sonrakı mərhələnin bir hissəsidir. Xarici dildə filmlərin dublyajı və cizgi personajlarının danışan kimi görünməsi üçün mükəmməl dodaq sinxronizasiyası tələb olunur. Bir çox video oyunlarda ekrandakı personajların danışdığı kimi görünməsi üçün dodaqla sinxronlaşdırılmış səs fayllarından geniş istifadə edilir. Musiqi sənayesində dodaq sinxronizasiyası müğənnilər tərəfindən musiqi videoları, televiziya və film çıxışları, eləcə də bəzi canlı konsertlər üçün istifadə olunur. Müğənnilər tərəfindən dodaq sinxronizasiyası canlı ifaya baxmağa gələn pərəstişkarlar üçün mübahisəli ola bilər. == Musiqidə == Dodaq sinxronizasiyası əslində təqlid forması hesab olunur.
Populus tremula var. dodeana
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Salix dodecandra
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
İsti dodaqlar
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.
Dodekanes adaları (On iki ada)
Dodekanes adaları və ya On iki ada (Δωδεκάνησα Dodekanesa) — Egey dənizində yerləşən adalar qrupuna verilən addır. == Dodekanes anlayışının mənşəyi == Dodekanes - On iki ada adını Osmanlı imperiyasının qeyri-müsəlman ərazilərində tətbiq etdiyi idarəetmə formasına əsasən alıb. “12-lik” adlanan bu sistemə görə, hər on ailə bir nümayəndə seçir və bu nümayəndələr regionu idarə etmək üçün öz aralarından “on iki nəfərlik ağsaqqal şurası” müəyyənləşdirirdilər. Türk dilində "On iki ada" kimi təqdim olunan bu coğrafi ərazinin adı daha sonra yunan dilinə və başqa dillərə hərfi tərcümə edilmişdir. "On iki ada" adlanan adalar qrupunda adından fərqli olaraq on iki ada yoxdur. Adalar qrupuna 14 böyük, 20-dən çox kiçik ada vardır. == Coğrafiya == Dodekanes adaları Egey dənizinin cənub-şərqində yerləşir və şərqdə Türkiyə, cənub-qərbdə Krit və qərbdə Siklad adaları ilə həmsərhəddir. == Adalar == Türklər bu adların bir qismini türk dilinə uyğunlaşdırmış, bəzilərinə isə türk adları vermişlər.
Molla İbrahimxəlil Dodui
Molla İbrahimxəlil Dodui (tam adı: Molla İbrahimxəlil Məhəmməd oğlu, d. 1860, Şəki - ö.1900, Şəki) — “İbrahim” və ya “Dodui” təxəllüslü Şəki şairi. == Haqqında == Molla İbrahimxəlil Məhəmməd oğlu 1860-cu ildə Şəki şəhərinin Dodu məhəlləsində anadan olub. Dodu məhəlləsində doğulduğuna görə də təxəllüsünü Dodui qoyub. Şeirlərini “İbrahim” və ya “Dodui” təxəllüsü ilə qələmə alıb. Ərəb, fars dillərini mükəmnəl bilmiş, məhəllə mollası təyin olmuş, ruhani şair kimi tanınıb. Molla İbrahimxəlil klassik şeirin ayrı-ayrı şəkillərində şeirlər yazıb, lakin əsərləri divan halında toplanmayıb. Şairin əsərlərində diqqət çəkən məqamlardan biri də odur ki, özü ruhanilik etsə də, bəzi mollaların, ruhanilərin naqisliyini, eyiblərini açıq tənqid edib. Buna baxmayaraq o Küdudlu qәryәsindә prixod mollalığına tәyin olunub, ruhanilәr silkinә də daxil olmuşdur. Molla İbrahimxəlil Dodui 1900-cu ildə 40 yaşında vəfat edib.
Dodekanes adaları
Dodekanes adaları və ya On iki ada (Δωδεκάνησα Dodekanesa) — Egey dənizində yerləşən adalar qrupuna verilən addır. == Dodekanes anlayışının mənşəyi == Dodekanes - On iki ada adını Osmanlı imperiyasının qeyri-müsəlman ərazilərində tətbiq etdiyi idarəetmə formasına əsasən alıb. “12-lik” adlanan bu sistemə görə, hər on ailə bir nümayəndə seçir və bu nümayəndələr regionu idarə etmək üçün öz aralarından “on iki nəfərlik ağsaqqal şurası” müəyyənləşdirirdilər. Türk dilində "On iki ada" kimi təqdim olunan bu coğrafi ərazinin adı daha sonra yunan dilinə və başqa dillərə hərfi tərcümə edilmişdir. "On iki ada" adlanan adalar qrupunda adından fərqli olaraq on iki ada yoxdur. Adalar qrupuna 14 böyük, 20-dən çox kiçik ada vardır. == Coğrafiya == Dodekanes adaları Egey dənizinin cənub-şərqində yerləşir və şərqdə Türkiyə, cənub-qərbdə Krit və qərbdə Siklad adaları ilə həmsərhəddir. == Adalar == Türklər bu adların bir qismini türk dilinə uyğunlaşdırmış, bəzilərinə isə türk adları vermişlər.
Edvard Dodvell
Edvard Dodvell (ing. Edward Dodwell; 30 noyabr 1767, Dublin – 13 may 1832, Roma) — İrlandiya səyyahı, arxeologiyaya dair kitabların müəllifi. İrlandiyada məşhur ilahiyyatçı Henri Dodvell ilə eyni ailədə anadan olub. Kembricdəki Trinity Kollecində oxuyub. 1801–1806-cı illərdə Yunanıstanı gəzdi, sonra həyatının qalan hissəsini İtaliya, Neapol və Romada keçirdi. Romada 1830-cu ildə Sabina dağlarına səyahət zamanı keçirdiyi xəstəlikdən sonra aldığı ağırlaşmalardan vəfat etmişdir.

Digər lüğətlərdə