Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brüssel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Kressel
Kressel (fr. Creissels, oks. Creissèls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12084. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1486 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına (Rokfor və Peray pendirlərinin istehsalı üçün südlü qoyun yetişdirirlər), həmçinin kənd turizminə əsaslanır.
Bernd Drexsel
Bernd Drexsel (28 Oktyabr 1953 – 21 Yanvar 2017) — 1972 Yay Olimpiya Oyunlarında iştirak edən Almaniyalı güləşçi. Drexsel Almaniyanın Karl-Marks-Stad şəhərində anadan olmuşdur.
Brüssel birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Martina Ştossel
Martina Stoessel (isp. Martina Stoessel; 21 mart 1997, Buenos Ayres) — argentinalı müğənni, aktrisa, rəqqasə. == Həyatı == 21 mart 1997-ci ildə dünyaya gəlib. Anasının adı Mariana Muzlera, atasının adı Alejandro Stoessel, qardaşının adı isə Francisco Ştosseldir. 2016-cı ildə Pepe Barroso ildə partnyor olub.
Bertran Rassel
Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[…], Treleç[d] – 2 fevral 1970[…], Penhindedra[d], Quinet[d]) — ingilis riyaziyyatçı, filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950). == Həyatı == İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular. Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi.
Ceyn Rassel
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Con Rassel
Con Rassel (ing. John Russell; 18 avqust 1792[…], Meyfer[d], Böyük London – 28 may 1878[…], Pembruk-Lodj[d], Böyük London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1846–1852-ci illərdə Böyük Britaniyanın baş naziri və viqlərin lideri olmuşdur. Filosof Bertran Rasselin babasıdır. == Həyatı == Rassel, 18 avqust 1792-ci ildə ingilis aristokratiyasının ən yüksək eşelonlarında, 6-cı Bedford hersoqu Con Rasselin üçüncü oğlu olaraq dünyaya gəlmişdir. Rasselin ailəsi 17-ci əsrdən bəri İngiltərədəki əsas viq sülalələrindən biri idi və bu ölkənin aristokratik torpaq sahiblərinin ən varlı ailələrindən biri idi, ancaq Bedford 6-cı hersoqunun ən kiçik oğlu olaraq, miras qalmış ailəyə sahib olmamalıdı. Hersoqun ən kiçik oğlu kimi, "Lord Con Rassel" nəzakət tituluna sahib idi.1861-ci ildə qraf olana qədər İcmalar Palatasında oturmuşdur. == Siyasi karyerası == 1813-cü ildə viq olaraq parlamentinə daxil olmuşdur. Viq hökumətlərində daxili və xarici işlər naziri vəzifəsini icra etdi. 1828-ci ildə parlamentə sözdə ləğv təklifini təqdim etdi.
Droste effekti
Droste Effekti — holland terminidir və 1904-cü ildə "Droste" kakao markasının şərəfinə ilk dəfə istifadə olunub. Droste effektli şəkildə həmin şəklin kiçildilmiş variantı yerləşdirilir. Kiçildilmiş şəklin özündə də həmin şəklin özünün daha da kiçildilmiş variantı əks etdirilir. Nəzəri olaraq bu proses sonsuz olaraq davam edə bilər, ancaq praktiki cəhətdən bu proses şəklin imkanları ilə məhdudlaşdırılır.
Euseius dossei
Euseius dossei (lat. Euseius dossei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hersşprunq-Ressel
Hersşprunq-Ressel diaqramı-Spektr-işıqlıq diaqramı XX yüzilliyin əvvələrində artıq yüzlərlə ulduzun illik parallaksı, başqa sözlə bu ulduzlara qədər məsafə məlum idi. Odur ki, həmin ulduzların görünən ulduz ölçülərini bilməklə onların mütləq ulduz ölçüləri, mütləq ulduz ölçüləri bilməklə ulduzların işıqlıqlarını, nəhayət, spektral sinifləri, yaxud effektiv temperaturları təyin edilmişdi. Bütün statistik məlumatlar əsasında XX yüzilliyin 5-13-cü illərində danimarkalı astrofizik Hersşprunq və amerikalı astrofizik Ressel ulduzların işıqlığı ilə onların spektral sinifləri arasında maraqlı əlaqə olduğunu müəyyən etmişlər. Bu aslılıq "spektr-işıqlıq" diaqramı, yaxud Hersşprunq-Ressel (H.-P.) diaqramı adlanır. Hersşprunq diaqramda baş ardıcıllıq və ondan altda cırtdan ulduzları yerləşdirmiş, Ressel isə sonra üstdəki ulduzları diaqrama əlavə etmişdir. Sonralar "spektr-işıqlıq" diaqramı təkmilləşdirilmiş, sol və sağ ordinat oxunda işıqlıq və mütləq ulduz ölçüsü, alt və üst absis oxunda isə spektral siniflər (yaxud əsas rəng göstəricisi) və effektiv temperatur olmaqla diaqramda ulduzların vəziyyəti müəyyən edilmişdir.
Kurt Rassel
Kurt Rassel (17 mart 1951)—ABŞ aktyoru. == Həyatı == Kurt Rassel 1951-ci il martın 17-i Spriqfild, Massaçusets ştatında anadan olmuşdur.
Meike Droste
Meike Droste (5 fevral 1980) — alman aktrisa.
Rassel Krou
Rassel Ayra Krou (ing. Russell Ira Crowe; 7 aprel 1964) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. == Həyatı == Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zellandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var - Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Rassel adası
Rassel adası (ing. Russell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Rassel adası Uels Şahzadəsi sahillərindəki ən böyük adadır. Ada böyük cənub qonşusunun şimal sahillərində yerləşir və ondan eni 5 km olan Berinq boğazı ilə ayrılır. Adanın şimal sahili Barrou boğazı ilə yuyulur. Şimal qonşuları Kiçik Yanq, Lauter, Qarret adalarıdır, daha şimalda böyük Baterst adası, şimal-şərqdə Qriffit və Kornuallis adaları, şərqdə Somerset adası yerləşir. Adanın sahəsi 940 km²-dir. Sahil xəttinin uzunluğu 214 km-dir. Adanın maksimum uzunluğu 57 km, eni isə 23,5 km-dir.
Rassel dalamazı
Typhlodromus dossei
Typhlodromus dossei (lat. Typhlodromus dossei) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus dossei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
2016 Brüssel partlayışları
2016 Brüssel partlayışları (ing. 2016 Brussels bombings) — 2016-cı ilin 22 mart tarixində Belçikanın paytaxtı Brüssel şəhərində yerli vaxtla saat 08:00-da və 09:11-də baş vermiş terror aktları.
Brüssel Vrije Universiteti
Brüssel Vrije Universiteti (nid. Vrije Universiteit Brussel) — Belçika Krallığının Brüssel şəhərində yerləşən tədqiqat universiteti. Ali təhsil müəssisəsi 1834-cü ildə vəkil Piyer Teodor Verhaqen tərəfindən Azad Brüssel Universiteti olaraq təsis edilmişdir. 1970-ci ildə isə sözügedən qurumun bölünməsi nəticəsində meydana çıxmış iki universitetdən biri kimi Vrije Universiteti fəaliyyətini müstəqil davam etdirmişdir. Hazırda, 8 fakültədə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil alan 19245 tələbəsi vardır. Brüssel şəhərinin tələbə sayına görə ən böyük universitetlərindən biri olmaqla yanaşı, İksel, Jet, Anderlext və Qoyk şəhərlərində yerləşən kampuslara malikdir. Brüssel Universitetlər Assosiyasiyasının üzvü olan ali təhsil müəssisəsinin dərc etdiyi məqalələr ortalama istinad sayına görə Belçikada ilk sırada yerləşir. QS World University Rankings-in 2021-ci il üçün dərc etdiyi siyahıya görə Brüssel Vrije Universiteti dünya sıralamasında 200-cü sırada yerləşir. Bununla yanaşı, Vrije Universiteti Belçika üzrə milli sıralamada ilk beşlikdə mövqe tutmuşdur.Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Brüssel Vrije Universitetinin məzunları sırasında çoxsaylı alim, siyasətçi və incəsənət xadimləri vardır.
Brüssel fond birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Brüssel konfransı (1937)
Brüssel Konfransı 1937 -ci il - Yaponiyanın Çinə təcavüzü ilə əlaqədar SSRİ, ABŞ, Çin, Belçika, Fransa, Portuqaliya, Niderland, İtaliya, Böyük Britaniya, Danimarka, İsveç, Meksika, Boliviya, Avstraliya, Cənubi Afrika İttifaqı, Kanada, Norveç, Hindistan və Yeni Zelandiya nümayəndələrinin noyabrın 3–24-də Brüsseldə keçirilmiş konfransıdır. Yaponiya və Almaniya Brüssel konfransında iştirakdan imtina etdilər. Konfransda Yaponiyaya qarşı iqtisadi tədbirlərin görülməsinə dair Çinin tələbini yalnız SSRİ müdafiə etdi. Yaponiyanın Vaşinqton konfransı (1921–1922) qərarlarını pozmasını qeyd etməklə kifayətlənən ABŞ, Böyük Britaniya və Fransanın Brüssel konfrasındakı mövqeyi üzündən, Yaponiyanın təcavüzkarlığının qarşısını almaq üçün, əslində, heç bir tədbir görmədi.
La Roşel
La Roşel — Qərbi Fransada, Atlantik okeanının Biskay körfəzində yerləşən liman şəhəri. Şaranta departementinin paytaxtı.
Kelli Rassel Aqodon
Kelli Rassel Aqodon (ing. Kelli Rassel Aqodon; 1969, Sietl, Vaşinqton) — Sietldə anadan olmuş amerikalı şair, yazıçı və redaktor. O, Two Sylvias Pressin həmtəsisçisidir və Pasifik Lüteran Universitetində aşağı səviyyəli XİN rezidentura proqramı olan Rainier Writing Workshopda poeziya şöbəsində xidmət edir. == Həyatı == O, Seattleda böyüyüb və Vaşinqton Universitetində və Sakit Okean Lüteran Universitetində Rainier Yazı Emalatxanasını yazıçılıq üzrə magistr dərəcəsi ilə bitirib. O, Vaşinqton ştatında yaşayır. Onun işi Atlantic Monthly, American Poetry Review, Prairie Schooner, North American Review, Image, 5 am, Meridian, Calyx.,Poets.org, və The Los Angeles jurnallarında dərc olunub. Nəzərdən keçirin.Şimal-qərbdə yaşayır.[10] O, 2009–2014-cü illərdə Crab Creek Review jurnalının baş redaktoru olub. O, Two Sylvias Pressin həmtəsisçisidir. O, Sahildəki Şairlər: Qadınların Həftəsonu Yazıçılarının Retreatının həmdirektorudur. == Etiraf == Onun ən son kitabı, Qum Saatı Muzeyi (Ağ Şam Mətbuatı, 2014) Vaşinqton Dövlət Kitab Mükafatının finalçısı və Julie Sook Poeziya Mükafatının qısa siyahısına daxil edilmişdir.