Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
JİT COMPİLER
JİT compiler(JİT ter)-(just-in-time compiler) proqramın ilkin mətnini bilavasitə icradan öncə maşın koduna çevirən kompilyator. Xüsusi halda, JİT-kompilyator aralıq dildə (intermediate language) olan Java- proqramı maşın koduna çevirir ki, nəticədə məhsuldarlıq 10-15 dəfə yüksəlir. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jit Bahadur Muktan
Jit Bahadur Muktan (31 avqust 1979) — Nepallı oxatan. Jit Bahadur Muktan Nepalı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Jit Bahadur Muktan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistan nümayəndəsi Atanu Das ilə üz-üzə gəldi. Həmin görüşdə Jit Bahadur Muktan rəqibinə 0:6 hesabı ilə uduzdu.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir baytın tək qiyməti 0 və ya 1-dir. Bir çox kompüter sistemlərində 8 bit bir baytdır. Bəzi sistemlərdə səkkiz bit bir bayt yerinə oktet olaraq istifadə edilir. Bir baytın yarısı (dörd bit) nibbl adlandırılır. Əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bit = 1 dərəcə (0 və ya 1); 1 bayt = 8 bit; 1 kilobayt = 1024 bayt; 1 meqabayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt 1 giqabayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt 1 terabayt = 1024 Gbayt.
Git
Git (/ɡɪt/ ) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlarHit kompüter oyunlarında zərbənin loru dildə adı.AdlarHit — ingilis ad və soyadı Edvard Hit (1916—2005) — Böyük Britaniyanın Baş Naziri (1970—1974) Lecer Hit (1979—2008) — Avstraliyalı aktyorKompüter və internetHit (internet) — brauzerin veb-serverə müraciəti.
JST
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nixon Xyo:dzündzi və ya中央標準時 Tyu:o: Xyo:dzündzi) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Jiy
Jiy — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Jiy kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim talış dilindəki "alt", "aşağı" mənasında işlənən jiy sözündəndir. Kənd dağ silsiləsinin aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Jır
Jır (tatar. җыр, qaz. жыр, qırğ. ыр, monq. ыр) — qazax, qaraqalpaq, qırğız və başqa türk xalqlarının folklorunda xalq şeir şəkli.Tatar və başqırdlar bu kəlməni “yır” şəklində, qırğızlar “ır” şəklində işlədir. Daha çox musiqi altında ifa edilir. Qopuz və dombradan jırların oxunuşunda istifadə edilir. Jırlar deklamasiya kimi də deyilir. Jırları ifa edənlər jırçılardır. Jırların ayrıca poetik qəlibi və konkret bənd forması yoxdur.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Tit
Tit (imperator)
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Andre Jid
Andre Jid (tam adı: Andre Pol Giyom Jid) (fr. André Gide; 22 noyabr 1869[…], Paris, İkinci Fransa İmperiyası – 19 fevral 1951[…], Paris, Dördüncü Fransa Respublikası) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1947). == Həyatı == Fransız romançısı, tənqidçi və esseist Andre Pol Giyom Jid Paris universitetinin professoru Pol Jidin oğlu idi. 11 yaşında atasını itirdiyindən təhsili və tərbiyəsi ilə anası Jülyetta Rondo-Jid məşğul olmuşdu. Səhhətindəki problemlər ucbatından Andre ardıcıl təhsil ala bilməmişdi. Paris protestant liseyində oxuduğu illərdə ədəbiyyata, xüsusən də qədim yunan poeziyasına böyük maraq göstərmişdi. Anasının məsləhəti ilə musiqi ilə də ciddi maraqlanmışdı. 1889-cu ildə liseyi bitirəndə yazıçı olmaq qərarı qəti idi. Atasından qalan maddi və mənəvi irs buna tam imkan verirdi. İlk kitabı – "Andre Valterin dəftərləri" 1891-ci ildə çap edilmişdi.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Bit doldurma
Bit doldurma (Bit stuffing) – ötürülən verilənlər axınına əlavə bitlərin artırılmasıdır. Bu ona görə edilir ki, hər hansı xüsusi bitlər ardıcıllığı yalnız qəti müəyyənləşdirilmiş mövqelərdə dursun. Məsələn, HDLC, SDLC və X.25 kimi verilənlərin ötürülməsi protokollarında bir sətirdə ardıcıl altı ədəd 1 yalnız kadrın (verilənlər blokunun) başlanğıcında və sonunda gələ bilər. Ona görə də axında ardıcıl beş bitin qiyməti 1 olursa, bit doldurma vasitəsilə axına qiyməti 0 olan bit əlavə edilir. Artırılmış sıfırlar qəbuledici stansiya tərəfindən uzaqlaşdırılır, bununla da verilənlərin ilkin şəkli bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.