Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır.Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlılar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. I.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Böyük Oktyabr Sosialist inqilabının şərəfinə Noyemberyan qoyulmuşdur. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur İncəsu çayının adı ilə əlaqədar olaraq İncəsu da adlanmışdır.
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parazoa
Parazoa (lat. Parazoa) — heyvanlar aləminə aid heyvan yarımaləmi.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Raraka
Raraka (fr. Raraka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan 40 km şərqdədir. == Coğrafiya == Ensiz üzük formasına malikdir. Atollun sahəsi 7,2 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Fakarava kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Sarata
Sarata (ukr. Сарата; keçmişdə – Qura-Kuruder) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Sarata rayonunun inzibati mərkəzi. == Etimologiya == Sarata (rus. duzlu) adı eyniadlı bir çaydan törəyir. Əvvəllər qəsəbənin adı Qura-Kuruder idi. Bu qəsəbə tatarlar tərəfindən qurulmuşdur. == Coğrafiyası == Qəsəbə şurasının ərazisinin ümumi sahəsi 2187 hektardır, qəsəbənin ərazisinin ümumi sahəsi isə 1132 hektardır. == İnfastruktur == Qəsəbədə 1,022 fərdi ev və 2,193 mənzil var. Kənd ərazisində regional əhəmiyyətli büdcə təşkilatları var. Qəsəbədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi də fəaliyyət göstərir.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Tarava
Tarava — Sakit Okeanında yerləşən Kiribati ada dövlətinin paytaxtıdır.Paytaxt Tarava Mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Xaraba
Xaraba Gilan (film, 1991)
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Zarasay
Zarasay (lit. Zarasai, pol. Jeziorosy) — Litvada şəhər. == Tarixi == Arxeoloji və yazılı mənbələrdə təsdiqinin tapılmamasına baxmayaraq, əksər tədqiqatçılar deyirlər ki, Zarasay şəhərinin yaradılması XV əsrin sonu-XVI əsrin əvvəllərinə aiddir. Ona kimi isə burada selon tayfaları yaşayırdı. Həmin mərhələdə (XV–XVI əsrlər) şəhər ərazisində yepiskop mülkanəsi tikilmişdi. Əfsanəyə görə bir zamanlar Zarasay şəhərinin yanında iri təpədə nəhənglər ailəsi yaşayırdı. Həmin ailədə şən, cəld olan və gizlənpaç oynamağı çox sevən nəhəng oğlan Azerasay böyüyürdü. Bir gün ailəsi meşəyə gedərkən o, elə gizlənmişdi ki, heç kim onu tapa bilmirdi. Ailəsi onu haylayırdı: " Azerasay, Azerasay, Azerasay", exo isə "Zarasay, Zarasay, Zarasay" kimi təkrarlayırdı.
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. == Coğrafiyası və iqlimi == Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Elman Məmmədov — kimya elmləri doktoru, professor. == İqtisadiyyatı == Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Zarqava
Zarqava — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Varaha
Varaha — Vişnunun donuz şəklində üçüncü avatarıdır. Rəvayətə görə, Yeri götürüb kosmik okeanın dibinə aparan Rakşasa (cin) Hiranyakşaya qalib gəlmək üçün ortaya çıxdı. İlahi Varaha ilə sonda qalib gələn Hiranyakşa arasındakı müharibənin min il davam etdiyi güman edilir. Onu uzun dişləri arasında aparan Varaha Yeri okeandan çıxarır və onu kainatdakı yerinə qaytarır. Bu avatarda olarkən Vişnu Prithvi (Bhudevi) ilə evləndi. Rəsmlərində Varaha ya sırf heyvan kimi, ya da insan bədənində donuz başı ilə təsvir edilmişdir. Onun insan bədəni formasında dörd qolu var, bir əlində təkər, digərində dişli, digər iki əlində gürz, qılınc, lotus tutur və ya xeyir-dua (mudra) jesti edir. Dünya donuzun uzun dişləri arasında dayanır. Bu avatar Yerin daşqından xilas olmasını və yeni kosmik dövrün başlanğıcını təmsil edir. == Etimologiyası == Sanskrit dilindən tərcümədə Varaha (Skt.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Alagəyin (Marağa)
Alagəyin — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağc bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 39,5 km cənub-şərqdədir.
Alovkəndi (Marağa)
Alovkəndi (fars. ‎‎علوكندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Alılı (Marağa)
Alılı (fars. اللو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.