Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Zarağan | |
---|---|
40°55′57″ şm. e. 47°48′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var.[1]
Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır.[3]
Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur. Kənddə mavi yanacaqdan istifadə edilir.
Kənddə kitabxana və ATS mövcuddur.
Kənddə 1 uşaq bağçası və 600 şagirdlik 1 №-li və 370 şagirdlik 2 №-li tam orta məktəb fəaliyyət göstərir.
Kənddə tibb məntəqəsi mövcuddur.
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |