Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hinduşka
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Adi hinduşka
Anuşka Şarma
Anuşka Şarma(hind अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Nduka Usim
Nduka Çarlz Usim (23 mart 1985) təqaüdə çıxmış Nigeriya əsilli azərbaycanlı futbolçudur, AZAL-da müdafiəçi kimi çıxış edib, xüsusən də Azərbaycan Premyer Liqasında. == Karyera == === Klub === Nduka Nigeriyada gənclər komandaları üçün futbol oynamağa başlayıb. 2004-cü ildə AZAL PFK-da sınaqlara çıxıb və bir illik müqavilə imzalayıb. Növbəti mövsüm üçün o, müqaviləsini yeniləyib və Azərbaycan Premyer Liqasında debüt edib. O vaxtdan bəri Nduka AZAL PFK-da çıxış edir və 200-dən çox oyun keçirən oyunçuya çevrilir.2013-cü ilin iyulunda AZAL-da keçirdiyi 208 oyundan sonra Usim bir illik müqavilə ilə TFF Birinci Liqa təmsilçisi "Tavşanlı Linyitspor"a keçdi. Türkiyədə cəmi 6 ay qaldıqdan sonra Usim 25 yanvar 2014-cü ildə Simurqla 6 aylıq müqavilə imzaladı. === Beynəlxalq === 2007-ci ilin əvvəlində Usim 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Usim UEFA Avro 2008-in seçmə mərhələsinin A qrupunda Finlandiya və Belçikaya qarşı keçiriləcək oyunlar üçün Azərbaycan milli komandasına çağırılıb. O, 2010-cu il Dünya Çempionatının seçmə oyunlarında da çıxış edib. == Futboldan sonra == Futboldan ayrıldıqdan sonra Usim Nigeriyada tikinti biznesi ilə məşğul olub.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir.Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.