HİNDUŞKÁ

is. [ rus. ] Qırqovul ailəsinə mənsub ətlik iri ev quşu; loş. Hinduşka əti. Hinduşka ferması.
– Gülsəhər Müşgünazgilin qapısını döyəndə həyətdəki qazlar çığırışdı, hinduşkalar bərkdən səs elədi. Ə.Vəliyev.
Gözünü yumub qulaq asırsan, gah elə bilirsən otağa bir sürü xoruz-toyuq dolub, gah da sənə elə gəlir ki, ətrafında qaz, ördək, hinduşka gəzir. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HİNDUŞKA hinduşka bax hindtoyuğu

Etimologiya

  • HİNDUŞKA “Hind quşu” deməkdir. Farslar ona “filquşu” (pilmorğ) deyirlər. Görünür, böyük olduğu üçün belə adlandırılıb
HİNDU
HİNLƏMƏ
OBASTAN VİKİ
Hinduşka
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Adi hinduşka

Digər lüğətlərdə