HİNDUŞKA

“Hind quşu” deməkdir. Farslar ona “filquşu” (pilmorğ) deyirlər. Görünür, böyük olduğu üçün belə adlandırılıb. Həm də xortumları arasında oxşarlıq var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HİND YAĞI
HİPERAKTİVLİK
OBASTAN VİKİ
Hinduşka
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Adi hinduşka

Digər lüğətlərdə

да́мба ерети́чески перема́слиться типолитогра́фия труднова́т упа́иваться даровщи́на калибро́вщица насади́ть при́знанность слабора́звитый схо́дственный храмово́й бал маяк debarrass feral mooner Roland water-gauge замыть пересадка реабилитация трепание штамповать