Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yo-yo
Yo-yo və yoyo — bir-birinə bərkidilmiş iki diskdən və onların ortasından uzanan uzun bir ipdən ibarət olan oyuncaq. İpin ucundan tutub diski aşağı və yuxarı yellətmək lazımdır. Yo-yo sözü, ehtimal olunurki, Ilocano termini olan yóyo, ya da Filippin dilindən koqnate sözündəndir Yo-yo ilə bağlı ilk qeyd e.ə 500-cü ilə aiddir. Bu qədim yunan sənədində taxta və terrakottadan hazırlanmış yo-yo-lar haqqında danışılır. Ancaq yo-yo Çində bundan xeyli əvvəl meydana gəlmişdir. 1928-ci ildə ABŞ-yə gəlmiş filippinli mühacir olan Pedro FloresKaliforniyanın Santa Barbara şəhərində Yo-yo istehsalatı şirkətini açdı.1929-cu ilin Noyabrda biznes əl istehsalı oyuncaqlarla başladı Flores Los Anceles və Hollivudda iki əlavə fabrik açdı bununla birlikdə 600 işçi olmaqla gündəlik 300.000 ədəd yo-yo istehsal edirdilər. "Yo-yo" adı 1932-ci ildə Sam Dubiner tərəfindən ticarət nişanı kimi qeydiyyata alındı. Londonda keçirilən ilk yo-yo müsabiqəsini Harvey Lav qazanmışdı bundan sonra İsveçdə yo-yo istehsalına başladı. 1933-cü ildə Suriyada yo-yo qadağan edildi, buna səbəb bir sakinin yo-yo oynamağın quraqlıq gətirdiyini iddia etməsi oldu.
Yo Hyo-Bi
Yo Hyo-Bi (15 iyul 1991, Seul) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yo Hyo-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Yo Hyun-Yi
Yo Hyun-Yi (d. 16 iyul 1984) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yo Hyun-Yi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yo Kan
Yo Kan (韓陽, Kan Yo, 19 oktyabr 1978, Şenyan) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Yo Kan Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Yo Xan
Yo Xan — türk, monqol və altay mifologiyasında yeraltı ilahı. Yox Xan da deyilir. Yeraltını qoruyar. Yox olmanı işarələr. Doqquz qat olan yeraltını (cəhənnəmi) idarə edər. Qaranlıqlar içindədir. Kimsəyə görünməz. Yaşadığı yer Uluqayının köklərinin altındadır. Oğlunun adı isə So Han'dır. (Yo/Yox/Yoğ) kökündən törəmişdir.
Ao no Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
Ho Sun-Yon
Hu Sun-Yon (d. 28 sentyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. == Şəxsi həyatı == Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Hu Yon-So
Hu Yon-So (d. 2 iyul 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hu Yon-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Hu Yon-So Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li Ho-Yon
Li Ho-Yon (d. 3 may 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ho-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li On-Yo
Li On-Yo (d. 25 mart 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li On-Yo Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
VL:VO/YM
Aşağıda sadalanan video oyun mövzulu məqalələr Yaxşı məqalə statusuna layiq görülüb. Bu məqalələr Seçilmiş məqalələrdən bir dərəcə az keyfiyyətə malikdirlər. Hansısa bir statusa layiq görülmüş və ya statusu əlindən alınmış məqalələr üçün Tanınmış məzmun səhifəsinə baxın.
Yon So-Kyun
Yon So-Kyun (d. 19 yanvar 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yon So-Kyun Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yon Ya-Yun
Yon Ya-Yun (5 fevral 1983) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Yon Ya-Yun Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub.
Yu So-Yon
Yu So-Yon (d. 4 iyun 1996) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yu So-Yon Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Ço İm-Yon
Ço İm-Yon (d. 14 fevral 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ço İm-Yon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Ço İm-Yon Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı. Ço İm-Yon Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Do Ya Do Ya (Wanna Please Me)
Do Ya Do Ya (Wanna Please Me) – Samanta Foks tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Nömrə-yi do (Həftkel)
Nömrə–yi do (fars. نمره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 49 ailədə 98 nəfəri kişilər və 93 nəfəri qadınlar olmaqla cəmi 191 nəfərdir. Kəndin əhalisini qaşqaylar təşkil edir, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar. Nömrə-yi do kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Ümmül Safiyyə-yi do
Ümmül Safiyyə-yi do (fars. ام‌الصفایه دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 12 ailədə 33 nəfəri kişilər və 33 nəfəri qadınlar olmaqla cəmi 66 nəfərdir.
Əbu Təbarə-yi do
Əbu Təbarə-yi do (fars. ابوطباره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 73 ailədə 148 nəfəri kişilər və 151 nəfəri qadınlar olmaqla cəmi 299 nəfərdir.
No Time to Die
"No Time to Die" — 2021-ci ildə buraxılmış Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur"un soundtreki. Mahnı amerikalı müğənni Billi Ayliş tərəfindən ifa olunmuşdur. O, mahnını qardaşı Finneas ilə birlikdə yazıb. Orkestr Hans Zimmer tərəfindən idarə olunub, prodüserliyi Finneas O'Konnell və Stiven Lipson tərəfindən edilib. Mahnı 13 fevral 2020-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Billi Ayliş Ceyms Bond filmi üçün mahnı yazan ən gənc sənətçi olmuşdur. Billi mahnıya görə "Qremmi", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına layiq görülmüşdür.
Hai to Gensou no Grimgar
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 21 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
Never Say No to Panda
Never Say No to Panda (azərb. Pandaya heç vaxt yox deməyin‎) - "Panda Cheese" adlı pendir markasının istehsalçısı olan Arab Diary üçün "Advance Marketing" adlı şirkət tərəfindən hazırlanan və ilk dəfə 2010-cu ildə Misir televiziyalarında yayımlanan reklam seriyası. Hər bir reklam ona təklif olunan "Panda Cheese" markalı pendiri rədd edən şəxsin yer aldığı hissə ilə başlayır. Dərhal sonra arxa planda çalan, Baddi Holliyə məxsus olan "True love ways" mahnısının sədaları altında nəhəng bir panda peyda olur. Pendiri rədd edən şəxsə bir neçə saniyə baxan panda, sonra ətrafına zərər vurmağa başlayır. Yenidən gözlərini pendiri rədd edən şəxsə dikdikdən sonra məhsulun qısa reklamı gedir və "Never Say No to Panda" (pandaya heç vaxt yox deməyin) yazısı ilə birlikdə reklam bitir. Televiziyalarda yayımlanmasının ardından reklamlar internet mühitində olduqca populyar oldu. Bu günə qədər beş fərqli reklam yayımlandı. Ofisdə baş tutan ilk reklamda işçilərdən birinin düzəltdiyi pendirli sandviçi rədd edən işçinin masasını dağıdan panda, sonra kompüter klaviaturasını qırır. İkinci reklam xəstəxanada baş tutur.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.