TƏZƏ

TƏZƏ [Usta:] Amma mənim üçün bu təzə bir şey deyil (M.Hüseyn); CƏDİD (kl.əd.) Vah!.. Bu imiş dərsi-üsuli-cədid? Yo...x! Yo...x! Oğul, məktəbi üsyandı bu! (M.Ə.Sabir); TƏR İlk məhəbbətə salam; Uzaq dosta teleqram; Göndərilər təzə, tər; Bahar çiçəkləriylə (Ə.Cəmil); YENİ Yeni mahnılarla kim maraqlanmır?! (H.Abbaszadə).

TƏZADLI
TƏZƏDƏN
OBASTAN VİKİ
Təzə-Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Alvadı
Təzə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 6429 nəfərdir. Qarşılığı Köhnə Alvadıdır. Oykonim təzə (yeni) və Alvadı (oykonim) sözlərindən ibarət olub, “yeni Alvadı, yeni salınmış Alvadı” mənasındadır. Jindi Kıncıvo Monidigah Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları vardır.
Təzə Hindkəndi
Təzə Hindkəndi (az-əbcəd. تزه هیندکندی‎, fars. هندی‌کندی جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 772 nəfər yaşayır (237 ailə).
Təzə Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə il
Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Təzə Ay fazası
Yerdən Ay müxtəlif şəkillərdə : tam dairə, yarımdairə, oraq və s. şəkillərdə görünür. Bunlar dövrü olaraq bir-birini əvəz edir və təkrarlanır.Günəşdən Aya və Aydan Yerə olan istiqamətlər ara-sındakı bucağa faza bucağı y deyilir.I vəziyyətində Ayın Yerə tərəf çevrilmiş yarısı işıqlanmır və ona görə Yerdən Ay görünmür. Buna təzə Ay deyilir. Təzə Ay fazasında Ay Yerlə Günəş arasında olur. Bu fazada Ay birləşmə konfiqurasiyasındadır, onun fazası və faza bucağı Ф =0, y = 180o olar. Təzə Ay fazasından 2-3 gün sonra Ay Günəş batan kimi qabarıq tərəfi Günəşə tərəf çevrilmiş nazik oraq şəklində görünür. II vəziyyətində Yerdən baxdıqda Ay yarım disk şəklində görünür. Yarımdiskin qabarıq tərəfi Günəşə doğru yönəlib. Bu fazaya I rüb deyilir.
Təzə Kənd (Maku)
Təzə Kənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (34 ailə).
Təzə Kənd (Xoy)
Təzə Kənd (fars. سرابدال‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (91 ailə).
Təzə Kənd (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Pir məscidi
Təzə Pir məscidi — Abşeron ərazisində yerləşən, bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikili. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir. Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub.
Haçakənd-i Təzə (Germi)
Haçakənd-i Təzə (fars. هاچاكندتازه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 355 nəfər yaşayır (64 ailə).
Təzə evlənənlər üçün çətir
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Təzə Kənd-i Madan (Bicar)
Təzə Kənd-i Madan (fars. تازه كندمعدن‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təzə Qala
Təzəqala (Bukan)
Təzə İbiş
Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.
Təzə Şilyan
Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2931 nəfərdir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyçay çayının keçmiş yatağında salınmışdır. Oykonim təzə və Şilyan sözlərindən ibarət olub, “yeni Şilyan, təzə salınmış Şilyan” mənasındadır. Kənddə Təzə Şilyan kənd məscidi dini icması fəaliyyət göstərir. Şilyan: özü, sözü, çeşmənin gözü.
Təzə Ənzər
Təzə Ənzər (az-əbcəd. تزه انذر‎, fars. انذر جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 634 nəfər yaşayır (202 ailə).
Təzə Qala (Sulduz)
Təzə qala (fars. تازه قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 725 nəfər yaşayır (143 ailə).
Təzə həyat (qəzet)
"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet. İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi. "Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.
Təzə kənd (Çaldıran)
Təzə kənd (fars. تازه كند‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Təzə məhəllə məhəlləsi
Təzə məhəllə məhəlləsi — 19-cu əsrdə salınmış Şuşanın yuxarı məhəllələrindən biri. Bu məhəllə şəhərin azərbaycanlılar tərəfindən salınmış sonuncu məhəlləsi olduğundan, dövrünə görə belə adlandırılmışdır.
Təzə məhəllə məscidi
Təzə məhəllə məscidi — XIX əsrdə Şuşanın Təzə məhəllə məhəlləsində tikilmişdir.Şuşa şəhərinin Səməd bəy Mehmandarov küçəsində yerləşir. Təzə məhəllə məscidi Şuşa şəhərində, paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşən bir azərbaycanlı məscididir. Şuşanın 17 məhəlləsinin nisbətən yeni qonşuluqda yerləşməsindən bəhs edən "Yeni Qonşuluq" deməkdir. Bu məhəllələr Böyük Qurdlar, Kiçik Qurdlar, Seyidli, Cülfələr, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Göyülüg, Xoca Mərcanlı, Mamayı, Saatlı, Köçərli, Merdinli, Çol qala, Hacı Yusifli, Çukhur məhəlləsi, Ağa dədəlilər Məscid 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşanın Təzə Mahalla məhəlləsinin Firudin bəy Köçərli küçəsində yerləşirdi.
Təzə evlənənlər üçün çətir (film, 1986)
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
II Təzəkənd yaşayış yeri (Şərur)
II Təzəkənd yaşayış yeri — Şərur rayonunda, eyniadlı kəndin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri. Əsas sahəsi əkin yerinə çevrilmişdir; qalan hissəsinin sah. 2 ha-dır. Yaşayış yerinin mərkəzi hissəsi yer səthindən 1-1,5 m hünd.-də olan təpə şəklindədir (mədəni təbəqənin qalınlığı 1-2,5 m). Bəzi yerlərdə aşınma nəticəsində dağılmış mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, gil qab (küpə, dolça, çıraq, çölmək və kasa tipli qablar) qırıqları, osteoloji və tikinti qalıqları ilə zəngindir. Şirli saxsı məmulatı kasa və nimçə tipli qablardan ibarətdir. Abidənin VII-XVII əsrlərə aid olması ehtimal edilir.
I Təzəkənd yaşayış yeri (Şərur)
I Təzəkənd yaşayış yeri — Şərur rayonunun eyni adlı kəndindən cənub-qərbdə, Araz çayının sağ sahilində arxeoloji abidə. Yaşayış yerinin ərazisi su kanallarının çəkilməsi zamanı tamamilə dağılmışdır. Abidənin ərazisində qara rəngli tuf daşlarından hazırlanmış dən daşları aşkar olunmuşdur. Kür-Araz mədəniyyəti üçün xarakterik olan dən daşlarının arxa tərəfində qulplar yonulmuşdur. Təzəkənd yaşayış yerini e.ə. IV-III minilliklərə aid etmək olar.
Sərvət Təzəgül
Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir. 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
Xol Təzəkənd
Xoltəzəkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Xoltəzəkənd oyk, mur. Neftçala rayonunun Xolqarabucaq inzibati ərazi vahidində kənd. Salyan düzündədir. 1918-20-ci illərdə ətraf kəndlərdən köçüb gəlmış ailələr Xol adlanan sahədə məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi Xoltəzəkənd adlanmışdır. Oykonim "Xolda salınmış təzə kənd" mənasındadır. İlk dəfə kənd əhalisi 1936-cı ildə məskunlaşıb. Əhalisi 1065 nəfər. 213 təsərrüfat mövcuddur.[mənbə göstərin] İlk ailələr Xol Qaraqaşlı kəndindən gələrək kəndin ərazisi genişləndirilərək yaranıb. Kəndin etnik tərkibi azərbaycanlılardır.
Şahsevən Təzəkənd
Şahsevən Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahsevən Təzəkənd kənd inzibati ərazi vahidi yaradılmışdır.
Şahsevən Təzəkənd bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təzəkənd-i Fəxrli (Mahnişan)
Təzəkənd-i Fəxrli (fars. تازه كندفخرلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 296 nəfər yaşayır (62 ailə).
Təzəköy (Aralıq)
Təzəköy — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Təzəkçi (Duzluca)
Təzəkçi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı XV əsrə aiddir. Əsrin əvvəllərində regionda əmir olmuş Tizək bəyin adından gəlir. 1928-ci il qeydlərində Təzəkçi kimi qeyd olunan kənd, 1968-ci il qeydlərində Özlü kimi qeyd olunur. Kənd 2014-cü ildə yenidən "Təzəkçi" adlandırılmışdır.
Təzəkənd (Qars)
Təzəkənd — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 86 nəfərdir (2022).
Təzəxurmatu
Təzəxurmatu (ərəb. تازة خورماتو, Tāzah Ḵūrmātū‎, türk. Tazehurmatu) İraqın Kərkük mühafəzəsinə bağlı şəhər. Kərkük şəhərindən cənubda yerləşir. Əhalisi şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. == Tarix == 1925-ci ildə şəhərin əhalisi əsasən türkmənlər idi. Qəsəbə Səddam dövründə ərəbləşməni yaşadı , burada türkmən torpaqları müsadirə edilərək ərəb köçkünlərinə verildi. 2009-cu ildə 20 iyun 2009-cu ildə Təzə partlayışının yeri olub və burada kamikadze tərəfindən 70-dən çox adam həlak olub. 2014-cü ilin iyun ayında yaxında etnik türkmənlərin yaşadığı Birovçulu, Bəşir, Qaranaz və Çardaqlı kəndləri ilə birlikdə İŞİD tərəfindən törədilən ən azı 40 kəndlinin qətliamını yaşadı. 2016-cı ilin mart ayında İŞİD tərkibində naməlum kimyəvi maddə olan minaatanlardan bura atəş açılaraq bir nəfəri öldürmüş və 600 nəfər yaralamışdır.

Digər lüğətlərdə