Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kababçı
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kazanlık qızılgülü
Pablo Tabaçnik
Pablo Tabaçnik (20 noyabr 1977) — Argentinanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Pablo Tabaçnik Argentinanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Pablo Tabaçnik Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Pablo Tabaçnik Argentinanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Anni Kibanci
Anni Kibanci (4 aprel 1989-cu ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kibanci 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. == Həyatı == Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Kabaçok dolması
Kabaçok dolması - Avropa mətbəxinə aid yeməklərdən biri. Kabaçok, toyuq əti (sümüksüz), soğan, kök, pendir günəbaxan yağı ilə hazırlanır, paprika, istiot kimi ədviyyatlar və duz əlavə olunur.
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km².İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Sabancı (Avurğazı)
Sabancı (başq. Һабансы, rus. Сабанчи) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlarlar (78%) üstünlük təşkil edir.
Sabancı Universiteti
Sabancı Universiteti (azərb. Sabancı Üniversitesi‎) — 1994-cü ildə Sabancı Cəmiyyəti tərəfindən Hacı Ömer Sabancı Vəqfinin rəhbərliyi ilə qurulan və ilk tələbələrini salamlayaraq 1999-cu ilin oktyabrında tədrisə başlamış bir özəl universitet. Sabancı Universiteti, Türkiyədə liberal elmlər tərzi təhsil verən tək ali təhsil təşkilatıdır. Bu sistemə əsasən, bütün tələbələr birinci sinifdə əsas sinif qrupuna məruz qalırlar, ikinci sinifdə müəyyən bir kafedraya fokuslandıqdan sonra ikinci sinifdəki təcrübələri nəticəsində proqramlarını ikinci sinifin sonunda seçə bilərlər. == Tarixçə == Sabancı Universitetinin qurulma prosesi, ali təhsil müəssisələrini özəl fondlara açmaq və fəaliyyət göstərmək hüququnun tanınması ilə başladı. Sabancı Qrupu, 1994-cü ildə Hacı Ömər Sabancı Vəqfinin rəhbərliyi ilə Sabancı Universitetinin təsis qərarını qəbul etdi. 1995-ci ilin avqustunda, 22 fərqli ölkədən, müxtəlif universitetlərdən, elm mərkəzlərindən 50-dən çox alim, tədqiqatçı, tələbə və iş adamı İstanbulda bir araşdırma konfransında bir araya gəldi. Konfrans salonunda qurulacaq universitetin fəlsəfəsinin "Birlikdə yaradılması və inkişaf etdirilməsi" qərara alındı. Bu konfrans tələbə istiqamətləri araşdırması və akademik proqramlar tərəfindən dəstəklənən dizayn komitələrinin işi ilə izlənildi. Sabancı Universitetinin yaradılmasına icazə verən qanun 5 iyun 1996-cı ildə qəbul edildi və Universitet şəhərciyinin təməli 31 iyul 1997-ci ildə qoyuldu.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı == Həyatı == Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Sabancı mərkəz məscidi
Sabancı mərkəz məscidi — Adananın Rəşadbəy bölgəsində, Mərkəzi parkın cənubunda və Seyhan çayının qərb sahilində yerləşir. 1998-ci ildə istifadəyə verilmişdir. 32 metr diametrli əsas günbəzi vardır. Məscidin layihə memarı Nəcib Dinçdir. Yaxın Şərqin və Türkiyənin ən böyük məscididir. Sabancı mərkəz məscidi tarixi bir struktur olmamasına baxmayaraq, monumental kütləsi, uğurlu arxitekturası və şəhər siluetində görkəmli duruşu ilə yerli və əcnəbi ziyarətçinin diqqətini cəlb edir. Sabancı mərkəz məscidi, Adana şəhərinin mərkəzində, Seyhan çayı sahilində yerləşən Türkiyənin ən böyük məscididir. 32 metr diametrli baş tağı ilə Türkiyənin ən böyük künbəzə malik məscidi oarak qəbul edilir. Yaxın şərqin ən böyük məscidi kimi də qəbul edilir. Sabancı mərkəz məscidi, mövqeyi etibarilə Adanada yerləşən baş arter-lərin, dəmir yolunun və Adana ətraf rayon və rayonlara birləşdirən yolların kəsim nöqtəsində və hündür minarələri kilometrlərlə uzaqdan görünür olması səbəbindən şəhərin sanki simvolu halına gəlmişdir.
Sakıp Sabancı muzeyi
Sakıp Sabancı muzeyi (türk. Sakıp Sabancı Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sabancı Universitetinin nərzində, xəttatlıq, dini və dövlət sənədlərinə, eləcə də Osmanlı dövrünə aid rəsmlərə həsr olunmuş özəl təsviri sənət muzeyi. 2002-ci ildə ziyarətçilərin üzünə açılan muzey İstanbulun Boğaziçi boyu ən qədim yaşayış məskənlərindən biri olan Əmirqanda yerləşən "Atlı Köşk" deyilən yerdə yerləşir. Muzey Pablo Pikassonun və Avqust Rodinin əsərlərini nümayiş etdirərək dünyanın diqqətini çəkmişdir. == Muzeyin binası == 1927-ci ildə italyan memar Eduard De Nari tərəfindən inşa edilən malikanənin ilk sahibləri Misirli xidivlər ailəsi olub. Uzun illər yay iqamətgahı kimi istifadə edilən villa bir müddət Monteneqro səfirliyi kimi də fəaliyyət göstərib. Hacı Ömər Sabancının 1950-ci ildə aldığı malikanə, elə həmin il bağçaya fransız heykəltəraş Lui Dümanın 1864-cü ildə qoyduğu at heykəlinə görə "Atlı Köşk" adlandırılmışdır. Binanın ərazisindəki 2-ci at heykəli İstanbulun Sultanəhməd meydanından götürülmüş, 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən talan edilmiş və San Marko Venesiya Kilsəsinin qarşısına qoyulmuş 4 atdan birinin heykəlidir. 1966-cı ildən malikanədə yaşayan Sakıp Sabancı 1998-ci ildə binanı və içindəki zəngin xəttatlıq və rəsm kolleksiyasını imuzeyə çevrilmək üçün Sabancı Universitetinə bağışladı. 2002-ci ildə müasir qalereya əlavə edilərək ziyarətçilərin ixtiyarına verilən muzeyin sərgi sahələri 2005-ci ildə genişləndirilərək texniki səviyyədə beynəlxalq standartlara çatdırılıb.