Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kandela
Kandela işıq şiddətinin vahididir. Beynəlxalq BS sistemindəki 7 əsas vahiddən biridir. == Dalğa uzunluğu və tezlik == Şüalanma dalğa uzunluğu və ya tezlik ilə ifadə oluna bilər. İkisi arasındakı əlaqə: λ = c f {\displaystyle \lambda ={\frac {c}{f}}} Burada λ dalğa uzunluğu, f tezlik və c də işığın sürətidir. Vakuumda işığın sürəti 299,792,458 m/s təşkil edir. BS sistemində dalğa uzunluğu vahidi metr (m) və tezlik vahidi Hertzdir (Hz), (yuxarıdakı ifadədə tezlik GHz ilə verilirsə, dalğa uzunluğu da nm ilə hesablana bilər). == Elektromaqnit güc və işıq gücü == Bütün işıq mənbələri elektromaqnit spektrində şüalanır. Bu şüalanmanın gücü vattla ölçülür. Ancaq bu şüalanmanın tamamı insan gözü ilə görülə bilməz. İşıq insan gözü ilə qəbul edilən şüalanmaya verilən addır.
Beka Kandelaki
Beka Kandelaki - gürcüəsilli 2019 ilindən etibarən Azərbaycan adına yarışan güləşçi. == Kariyera == Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2024-cü il Avropa Güləş Çempionatında kişilər arasında Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə norveçli Oskar Marviklə 2-2 bərabərə qalıb və son xal üstünlüyü ilə görüşdən qalib ayrılaraq bürünc medal qazanıb. Birinci raundda fin Konsta Mäenpäänı 8-6, 1/4 finalda macar Dáriusz Vitek üzərində 9:0 texniki üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda Rıza Kayaalpla 2-2 bərabərə qalıb və rəqibinin son xal üstünlüyünə malik olduğu üçün matçı uduzaraq bürünc medal uğrunda görüşə yüksəlib.
Vensan Kandela
Vensan Kandela — Fransa futbolçusu. "Tuluza" və "Genqam"da bir neçə mövsüm keçirən fransız 1997-ci ildə ölkə xaricinə çıxmaq qərarına gəldi, nəticədə növbəti komandası "Roma" oldu. Romalıların heyətində ardıcıl səkkiz mövsüm, üstəgəl bununla üst-üstə düşən yığmaya çağırışlar (40 oyun, 5 qol) müdafiəçinin karyerasının zirvəsidir. Avropa və dünya çempionu titulları, eləcə də "skudetto" – oyunçuların böyük əksəriyyəti belə kolleksiyanı yalnız arzulaya bilər. Romadan sonra Vensan iki il ərzində dörd komandada – "Bolton", "Udineze", "Syena" və "Messina"da olub. Yəqin ki, Kandelanın ən pis mövsümü. Zəif "Syena" və "Messina"da çıxış etməklə o, heç əvvəlki etibarlılığına yaxınlaşa da bilmirdi. Bu azmış kimi Siciliya klubu "A" Seriyasını tərk etməli oldu. Dünya (1998) və Avropa çempionu (2000), İtaliya çempionu (2001) və Superkubokunun sahibi (2001). Sentyabrın əvvəlində Kandela rəsmi şəkildə karyerasını bitirdiyini açıqladı: "Mənim vaxtım çatıb, yolu gənclərə verməyin zamanıdır.