Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Kani (dəqiqləşdirmə)
Kani — şair. Kani Bərdə (Nəqədə) — İranda kənd. Kani Mam Seyid (Nəqədə) — İranda kənd. Kani sur — Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. Kani dinar — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Kahı
Kahı (lat. Lactuca sativa) – süddəyən cinsinə aid bitki növü.Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür. Qəbizliyi aradan qaldırar.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Kana
Kanci
Kanci (yap.: 漢字; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Kann
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Kani Bərdə (Nəqədə)
Kani Bərdə (fars. كاني برده‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Kani Diraz (Bükan)
Kani Diraz (fars. كاني دراز‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (28 ailə).
Kani Gürgə (Bükan)
Kani Gürgə (fars. كاني گرگه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (20 ailə).
Kani Qala (Bükan)
Kani Qala (fars. ‎كاني قلعه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (23 ailə).
Kani Qanci (Qürvə)
Kani Qanci (fars. كاني گنجي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 584 nəfər yaşayır (143 ailə). Əhalisini kürdlər təşkil edir.