KAŞI

is. [İranda Kaşan şəhərinin adından]
1. Üzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qab.
Burda bir naşı ağlar; Əlində kaşı ağlar; O evdən cavan gedə; Divarı, daşı ağlar. (Bayatı).
Dedim bu dünyada bir toy qurulsun; Mey dolu al kaşı yadıma düşdü. M.Rahim.

2. Adətən, divarların xarici səthinə bəzək üçün vurulan üzü naxışlı çini. Üzərinə kaşı çəkilmiş divar. – Bayırı kaşı, çini; İçərisi toyuq hini. ( Ata. sözü ).
Şuşanın kaşıdan göy məscidləri; Yarış meydanları, cıdır düzləri; Ulu Pənah xanın ayaq izləri; Görən, bizim üçün darıxmırmı bəs? B.Vahabzadə.

KAŞANƏ
KAŞILI
OBASTAN VİKİ
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Kaşık adası
Kaşık adası (türk. Kaşık adası; yun. Πίτα νήσος) və ya Pita adası — Türkiyənin şimal-qərbində, Mərmərə dənizində yerləşən ada. == Haqqında == Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. Adaya ən yaxın yerləşən ada qərbindəki Burqazadadır. 600–700 metr uzaqlığında Heybəli ada yerləşir. İnzibati cəhətdən İstanbulun Adalar bələdiyyəsi tərəfindən idarə olunur. Adaya bərə ilə səyahət etmək mümkün deyil. Sahəsi 0,008 km2-dır. Əvvəllər adadan sürgün yeri kimi istifadə olunub.
Qeysər Kaşıyeva
Kaşıyeva Qeysər Seyfulla qızı (7 iyun 1893, Tiflis – 17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir. == Həyatı == Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi.

Digər lüğətlərdə

визитёр откра́ивать пальти́шко похо́д у́тренничать живая па́мять канифо́лить мо́рда прикладно́й рассы́пка саморегуля́ция стиля́жка серафим centennial christcross-row exercise book mouthful scalene tinkle unpile жизнерадостность законовед некредитоспособность приварка стрекотня