Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kərgəlan
Kərgəlan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 3114 nəfərdir. == Toponimiyası == Bu toponim yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonimi talış dilindəki kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət "toyuq hini" mənalı söz kimi izah edirlər. Bəzi tədqiqatçılara görə isə, kəndin əsl adı Kəqolondur və "ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən" mənasını bildirir (talış kə - "ev", qo - "yer", lon "əkilməmiş, münbit torpaq" deməkdir). == Tarixi == 1918-ci ilin mart hadisələri zamanı Lənkəran rayonu ərazisində, eləcə də Kərgəlan kəndində erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Respublika üzrə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmin soyqırım hadisələri zamanı Kərgəlan kəndində onlarla sakin qətlə yetirilmişdir. Azərbaycanın Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Kətəban
Kətəban — e.ə. I minilliyin əvvəllərindən b.e. I–II əsrlərinə qədər mövcud olmuş qədim Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Bu, səbailər, məinlilər, həzrəmövtlülər, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan krallığından biri idi. == Coğrafiya == Kətəban Bəyhan vadisi ətrafında mərkəzləşmişdi və paytaxtı Timnə şəhəri idi.Kətəbanın qonşuları şimal-qərbdə və qərbdə səbailər, cənubda əvsanlılar və şərqdə həzrəmövtlülər idi. Kətəbanın ərazisi maksimum dərəcədə cənub-qərbdə Babül-Məndəb, şimalda Ramlat-əs-Sabataym və şərqdə Həzrəmövtün qərb sərhədlərinə qədər uzanırdı.
Kərgəlan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.