Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klimaks
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.Klimaks, klimakterik dövr – qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrüdür. Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilməsi prosesinin tədricən pozulması ilə başlayır. İlk zamanlarda yumurta hüceyrəsi özünün tam yetişkənlik səviyyəsinə çatmadığı üçün ovulyasiya da baş vermir. Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda isə aybaşı tamamilə və həmişəlik olaraq yox olur. Qadının yumurtalıqlarında yumurta hüceyrələrinin yetişdirilməsi, ovulyasiya və sarı cismin yaranması prosesi də dayanmış olur.
Mitre Ulimaks
Mitre Ulimaks — futbol topu Bu top 1998-ci ildə istehsal olunub. Saatda 100 km sürətə malik olan bu top dünyanın ən sürətli topu kimi tarixə düşüb.
İvanna Klimpuş-Sinsadze
İvanna Klimpuş-Sinsadze (ukr. Іванна Орестівна Климпуш-Цинцадзе) — Ukraynalı siyasətçi, Ukraynanın xalq deputatı (2019-cu ildən və 2014-2016-cı illərdə). 14 aprel 2016-cı il - 29 avqust 2019-cu il tarixləri arasında Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə baş nazirinin müavini. VIII çağırış Ukraynanın xalq deputatı (2014-2016). == Bioqrafiya == Yaroslav və Orest Klimpuşun qızı olmuşdur. O, uşaq ikən jurnalist olmaq istəyirdi, lakin anasının təkidi ilə defektoloq-loqoped kimi təhsil almağa başlayır. 1991-1993-cü illərdə Starokiyevski rayon uşaq ərazi tibb birliyində loqoped işləyir. 1992-ci ildə Harvard Universitetinin (ABŞ) Harvard Ukrayna Tədqiqat İnstitutunun Yay Məktəbində kurs keçib. 1994-cü ildə Mixail Draqomanov adına Milli Pedaqoji Universiteti defektologiya və loqoped ixtisası üzrə bitirir. Mütəxəssis diplomu (fərqlənmə ilə) alır.