Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blumea
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Columba
Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar. Ağ Göyərçinlər sülhü və saflığı simvolizə edir. Böyük göyərçinlərə "pigeon", daha kiçik göyərçinlərə isə "dove" deyilir.
Kalimba
Kalimba — Afrikada (xüsusilə, Mərkəzi və Cənubi Afrika, bəzi Antil adalarında) ən geniş yayılmış və ən qədim musiqi alətidir. Onun geniş populyarlığı haqda kalimbanın müxtəlif tayfa və qəbilələrin dilində çoxsaylı adları xəbər verir, məsələn : tsantsa və ya sanza, mbira, mbila, ndimba, lukembu, lala, malimba, ndandi, ijari, mqanqa, likembe, selimba və s. Bu adlardan Qərbdə yalnız biri — tsantsa — kalimbanın digər rəsmi adı kimi tanınır. Kalimba ənənəvi mərasimlərdə və peşəkar musiqiçilər tərəfindən istifadə edilir. Onu "Afrikanın əl fortepianosu" adlandırırlar; bu alət olduqca virtuoz alətdir, daha çox melodik parçaların ifası üçün nəzərdə tutulsa da, onda həm də akkordlar ifa etmək mümkündür. Daha çox müşayiətçi alət kimi istifadə olunur. Böyük ölçülü kalimbalar Afrika musiqisinin ritmlərinə təkrarolunmaz bəm səsli küy verir, kiçik ölçülüləri isə tamamilə sehrli, kövrək səslənmə yaradır ki, bu da onu daraqlı musiqi mücrüsünə yaxınlaşdırır. == Quruluşu == Müxtəlif formalı rezonatorlu korpus üzərində bir və ya bir neçə sıra taxta, bambuk və ya metallik lövhəcik-dilçəklər yerləşir ki, bu da səsin mənbəsidir. Ən sadə nümunələrdə hamar, mürəkkəb nümunələrində isə tısbağa çanağından, parçalanmış ağac gövdəsindən , balqabaq gövdəsinin oyuğundan hazırlanmış rezonator səthi üzərinə 4-dən 30-a qədər dilçəklər bərkidilir. Hündür astana dilçəklərin səslənməsini məhdudlaşdırır.
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Kolumb
Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón; ən tezi 25 avqust 1451 və ən geci 31 oktyabr 1451[…], ehtimal ki, Genuya, Genuya Respublikası – 20 may 1506[…], Valyadolid, Kastiliya krallığı, Kastiliya krallığı) — Amerika qitəsini kəşf edən ilk səyyah. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. == Həyatı == Kolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-cı ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxdı.İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı. Xristofor Kolumb Portuqaliyada ailə həyatı qurdu.
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Plumea
Guarea (lat. Guarea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinə aid bitki cinsi.
Kulmbax
Kulmbax (alm. Kulmbach‎; "kulm" - zirvə, "bach" - mənbə) — Almaniyada şəhər, Bavariya əyalətində Fixtelgebirge təbiət parkının (Yuxarı Frankoniya) mərkəzində mənzərəli təpələr arasında yerləşən rayon mərkəzi. Yuxarı Frankoniya inzibati rayonuna tabedir. Kulmbax rayonunun bir hissəsidir. Əhalisi 26768 nəfərdir (31 dekabr 2010-cu il), sahəsi 92,77 km²-dir. Rəsmi kodu: 09 4 77 128 . Şəhər 37 şəhər rayonuna bölünür. Şəhərin məşhur simvolu var: şəhərin üzərində ucalan və onun simvolu olan Plassenburq hersoq qalası. Qalada 300 mindən çox unikal heykəlcik kolleksiyası olan dünyanın ən böyük qalay əsgərləri muzeyi yerləşir. Kulmbachın güclü pivə mədəniyyəti dünyanın ən güclü pivələrindən biri olan Kapuziner el və EKU 28, eləcə də bir çox başqa növlər istehsal edən Kulmbacher Brauerei pivə zavodları tərəfindən dəstəklənir.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Columba albinucha
Columba albinucha (lat. Columba albinucha) — göyərçin cinsinə aid heyvan növü.
Columba albitorques
Columba albitorques (lat. Columba albitorques) — göyərçin cinsinə aid heyvan növü.
Columba argentina
Columba argentina (lat. Columba argentina) — göyərçin cinsinə aid heyvan növü.
Columba arquatrix
Columba arquatrix (lat. Columba arquatrix) — göyərçin cinsinə aid heyvan növü.
Columba bollii
Columba bollii (lat. Columba bollii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Columba delegorguei
Columba delegorguei (lat. Columba delegorguei) — göyərçin cinsinə aid heyvan növü.
Eugenia plumbea
Eugenia plumbea (lat. Eugenia plumbea) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Harpactes kasumba
Harpactes kasumba (lat. Harpactes kasumba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
Leucopternis plumbea
Cryptoleucopteryx plumbea (lat. Cryptoleucopteryx plumbea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin cryptoleucopteryx cinsinə aid heyvan növü.
Lümbal punksiya
Lümbal punksiya az invaziv diaqnostika növüdür. Müalicəvi və ya diaqnostik məqsədlə punksiya aparılan zaman az miqdarda onurğa beyin maddəsi xaric olunur və yaxud da praparatlar lümbal sahəyə yeridilir. Lümbal punksiya anesteziya məqsədilə də istifafə olunur. Onurğa beyni mayesi-likvor rəngsiz və şəffaf maye olub, onurğa beyni və baş beyin üçün lazımlı maddələrin transportunu həyata keçirir. == Punksiyanın aparılmasına göstərişlər == diaqnostika məqsədilə: neyroinfeksiyaya şübhə olduqda(meningit, ensefalit, neyrosifilis və başqa etiologiyada olan mərkəzi sinir sisteminin xəstəlikləri) müalicə məqsədilə: antibiotiklərin və kimyaterapiya maddələrinin qabıqaltı yeridilməsi üçün; xoş xassəli kəllə-beyin hipertenziyası və ya hidrosefaliyada təzyiqi aşağı salmaq üçün istifadə olunur. == Punksiyanın aparılmasına əks göstərişlər == Onurğa beyninin dislokasiyası zamanı punksiyanın aparılması qəti əks göstərişdir. Çünki bu zaman orada təzyiq aşağı enərsə onda intrakranial ödem əmələ gələ bilər və ölümlə nəticələnə bilər. == Ağırlaşmaları == Punksiyanın aparılma texnikasında yanlışlıqlar olduqda onurğa beyninin postpunksionar xolestiatoması əmələ gələ bilər. Çünki onurğa beyninjğin epitelial hüceyrələri destruksiyaya uğrayır. Xolestiatoma tırkibində ölmüş epitelial hüceyrələrdən və başqa maddələrdən(xolesterin kridtalları, keratin toplusu) ibarət olan fibroz kapsuladır.
Tatenda Tsumba
Tatenda Tsumba (12 noyabr 1991) — Zimbabveli sprinter. Tatenda Tsumba Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, Pekində keçirilən 2015 Dünya Çempionatında 200 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur.
Xristofor Kolumb
Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón; ən tezi 25 avqust 1451 və ən geci 31 oktyabr 1451[…], Genuya, Genuya Respublikası – 20 may 1506[…], Valyadolid, Kastiliya krallığı, Kastiliya krallığı) — Amerika qitəsini kəşf edən ilk səyyah. Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Kolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-cı ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxdı.İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı. Xristofor Kolumb Portuqaliyada ailə həyatı qurdu.
Cryptoleucopteryx plumbea
Cryptoleucopteryx plumbea (lat. Cryptoleucopteryx plumbea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin cryptoleucopteryx cinsinə aid heyvan növü.
Bartolomeo Kolumb
Bartolomeo Kolumb (it. Bartolomeo Colombo, isp. Bartolomé Colón; 1460, Genuya – 1515, Santo-Dominqo) — Xristofor Kolumbun kiçik qardaşı, adelantado titulu ilə onun müavini. Yeni dünyanın ən qədim şəhəri Santo-Dominqonun əsasını qoymuşdur. == Həyatı == Gəncliyində Lissabonda kartoqraf işləmişdir. Kristofer İspaniyanın katolik padşahlarını öz layihəsinin mümkünlüyünə inandırmağa çalışarkən, Bartolomeo Fransada eyni üzərində işləyirdi. Qardaşının kəşflərindən xəbər tutan Bartolomeo 1493-cü ildə İspaniyada onunla görüşməyə çalışmış, lakin Kristofer artıq ikinci səyahətinə çıxmışdı. Hökumətin köməyi ilə Haiti adasına qədər onun ardınca getmiş və altı il yarım (1494–1500) orada qubernator kimi xidmət etmişdir. Kral prokuroru Fransisko de Bobadilya Kolumbu mənimsəməkdə ittiham etmiş, Bartolomeo onunla birlikdə həbs olunmuşdur. Daha sonra qardaşını Yeni dünyanın sahillərinə son səfərində müşayiət etmişdir.
Dieqo Kolumb
Dieqo Kolon və ya Kolumb (isp. Diego Colón; 1 aprel 1479, Lissabon – 23 fevral 1526) — Yeni İspaniyanın 4-cü vitse-kralı (1511–1518), Kristofer Kolumbun böyük oğlu, eyni zamanda Hindistan adelantadosu və admiral. Dieqonun ölümündən sonra onun nəslinə Yamayka markizi və Veraqua hersoqu titulları verilmişdir. == Həyatı == Dieqo gəncliyini kral sarayında keçirmişdir. O, atası Amerikanı kəşf etdiyi ildə paj olaraq xidmət etməyə başlamışdır. Kolon 1500-cü ildə atasının məhrum etdiyi titul və imtiyazları geri qaytarmaq ümidi ilə kral ailəsi ilə qohum olan Alba hersoqunun qardaşı qızı ilə evlənmişdir.