Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözəlli
Gözəlli (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Gözəlli (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Köcəkli
Köcəkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əkinçilik və maldarlıq. == Din == Kənddə Köçəkli kənd məscidi dini icması fəaliyyət göstərir.
Köləlik
Quldarlıq - İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul - bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Azərbaycanda köləlik
Azərbaycanda köləlik— Azərbaycanda tarixən kölələrin (qulların) əməyindən istifadə. == Tarixi == === Alban çarlığı === Qafqaz Albaniyası məbədlərində məbəd qulları işlədilirdi. Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində "kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir". === Məsqət (Maskut) === "Hüdud əl-aləm"də verilən məlumatlara görə müstəqil şəhər olan Məsqətdən islam ölkələrinə çoxlu qul gətirilirdi. === Şirvanşahlar dövləti === IX əsrin ikinci yarısından Abbasilər xilafətinin zəifləməsi və tənəzzülə uğramağa başlaması, habelə onda mərkəzdənqaçma meyllərinin güclənməsilə əlaqədar bəzi vilayətlər ayrılaraq müstəqil məlikliklər yaratmağa başladılar. Şirvanın əhalisi feodal zadəganlardan, neftverən və şumluq torpaq, duzlu göl, bağ və üzümlük sahiblərindən, şəhər məmurları, tacir və ruhanilərdən, sənətkarlardan, şəhər rəiyyətindən, kəndlilərdən və qullardan ibarət idi.X əsrin ortalarında Şirvanşah Salar Mərzuban ibn Məhəmməd ibn Müsafirə ildə 1000 000 dirhəm xərac ödəyirdi.64 İbn Havqəlin yazdığına görə, vergi kimi qul, pul, təsərrüfat ləvazimatı, qatır, yük heyvanları və bəzək əşyaları alınırdı.Məhəmməd ibn Yəzid çiçək xəstəliyindən ölüm ayağında olarkən hakimiyyət hərisliyi onun vəziri İbn əl-Mərağini başqa yolla hasilə gətirilə bilməyəcək bir işə sövq etmişdir. O, Məhəmmədin iki qulunu Əhməd ibn Yəzidin işgəncə çəkdiyi həbsxanaya göndərib, onu öldürmək əmri vermişdir. Onlar əmri yerinə yetirmiş və cənazəni gizlətmişlər.Şirvanın və Arranın səlcuqlar tərəfindən istila olunması türk tayfalarının bu ölkələrə axınını artırdı. Həmin ölkələrdə türk qul və kənizləri ucuz qiymətə satılırdı. X əsrin farsca anonim coğrafiyasında xəbər verilir ki, Şirvanşahın möhkəmləndirilmiş iqamətgahının yaxınlığındakı dörd kəndinin əkinçiliklə məşğul olan bütün azad edilmiş rəiyyəti (mövlayan) - kişilər və qadınlar - bir dağdakı qalada yaşayırdılar.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Gözəlli (Pərsabad)
Gözəlli (fars. گوزلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (50 ailə).
Gözəlli (Qoşaçay)
Gözəlli (fars. گوزلي‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (12 ailə).
Kotelnı (ada)
Kotelnı (saxa Олгуйдаах арыы) — Yeni Sibir adalarıının Anju qrupuna daxil olan ən iri adadır. Onun sahəsi 23,200 km² təşkil edir. Bunqe Torpağı və Faddeyevski yarımadası istisna olarsa sahəsi 11700 km² -dir. Adanın ən hündür nöqtəsi — Malakatın-Tas dağıdır (361 м) 074°52′18″ şm. e. 138°45′26″ ş. u.(339 m). Ada 1773-cü ildə rus taciri İvan Lyaxovski tərəfindən kəşf edilir. Ada Ust-Lensk dövlət təbiət qoruğunun ərazisinə daxildir. Bunqe Torpağı və Faddeyevski yarımadası bəzi xəritələrdə ayrı göstərilir.
Köməkli intihar
Köməkli intihar — başqasının köməyi ilə intihar aktı. Bir çox yurisdiksiyalarda bir insanın intihar edərək ölməsinə kömək etmək cinayətdir. Köməkli intiharın qanuni olduğu əksər ölkələrdə fərdlər müəyyən meyarlara cavab verməlidirlər. Bunlara ölümcül xəstəliyə sahib olmaq, sağlam düşüncəli olduqlarını sübut etmək, ölmək arzusunu könüllü və dəfələrlə ifadə etmək, müəyyən edilmiş ölümcül dozanı özlərinin əl ilə qəbul etməsi daxildir. Qanunların əhatə dairəsi yerdən yerə dəyişir. Birləşmiş Ştatlarda köməkli intihar sadəcə yaşamaq üçün altı ay və ya daha az müddətə malik olanlar üçündür. Almaniya, Kanada, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Belçika və Niderland kimi digər ölkələrdə ölümcül diaqnoz tələb olunmur və könüllü evtanaziyaya əlavə olaraq icazə verilir.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Sen-Bozeli
Sen-Bozeli (fr. Saint-Beauzély, oks. Sent Bausèli) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12213. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 520 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 325 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə bu 69.8%).
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi.1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi.1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Laknau gözəli (dəqiqləşdirmə)
Laknau gözəli (film, 2006) – 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Laknau gözəli (film, 1981) – 1981-ci ildə çəkilmiş hind bədii filmidir.
Sen-Bozeli (kanton)
Sen-Bozeli (fr. Rignac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1231. Sen-Bozeli kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Sen-Bozeli kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 062 nəfər təşkil edirdi.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës}) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker(en) sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.
Laknau gözəli (film, 1981)
Laknau gözəli və ya Sevimli Umrao (urduca: امراؤ جان‎, hindcə: उमराव जान, İngiliscə: Umrao Jaan) — 1981-ci ildə çəkilmiş hind bədii filmidir, filmin orijinalı urdu dilində çəkilmiş, sonradan isə hind dilinə dublyaj olunmuşdur. Filmin süjet xətti XIX əsrin məşhur hind şairəsi və rəqqasəsi Umrao-Can-Adanın həyatından bəhs edən və real hadisələrə əsaslanan və Mirzə Məhəmməd Hadi Rusvanın qələmə aldığı “Rəqqasə” (1899) romanının ekranlaşdırılmış versiyasıdır.
Laknau gözəli (film, 2006)
Laknau gözəli və ya Lakxnau gözəli (urduca امراؤ جان‎, hindcə: उमराव जान, ingiliscə Umrao Jaan) 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Filmin premyerası 2 noyabr 2006-cı ildə baş tutmuşdur. Filmin süjet xətti XIX əsrin məşhur hind şairəsi və rəqqasəsi Umrao-Can-Adanın həyatından bəhs edən və real hadisələrə əsaslanaraq yazılmış Mirzə Məhəmməd Hadi Rusvanın “Rəqqasə” romanının ekranlaşdırılmış versiyasıdır.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır.Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.