Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kembric
Kembric (ing. Cambridge) — Böyük Britaniyada universitet şəhəri. Kembric şəhəri Londondan 80 km şimalda yerləşir. Kembric bütün dünyada öz universitet və kollecləri ilə, eləcə də, bənzərsiz memarlığına görə məşhurdur. Şəhərdə tarixi özündə əks etdirən abidələr vardır. Ən böyük və məşhur universiteti isə Kembric Universitetidir. Buraya bir çox ölkələrdən tələbələr gəlir. Bu baxımdan şəhər İngilis dili öyrənmək üçün ideal bir yerdir. Kembrici əhatə edən yaşıllıqlar, bağlar, çaylar, körpülər bura gələnləri heyran edir.
Kembric (Massaçusets)
Kembric (ing. Cambridge) — Massaçusets ştatının Midlseks qraflığında şəhər və Bostonun əsas şəhərətrafı ərazisi kimi Boston metropoliteninin bir hissəsi. 2020-ci ilin Amerika Birləşmiş Ştatlar Siyahıyaalmasına görə, şəhərin əhalisi 118403 nəfərdir və bu, onun Boston, Vuster və Sprinqfilddən sonra ştatın dördüncü ən sıx şəhəri olması deməkdir. Bu, Midlseks qraflığının iki de-yure qraflığından biridir, baxmayaraq ki, mahalın hökuməti 1997-ci ildə ləğv edilib. Bostonun birbaşa şimalında, Çarlz çayının o tayında yerləşir. Şəhər onun qurucuları tərəfindən puritan teologiyasının mərkəzi qəbul edilən İngiltərədəki Kembric Universitetinin şərəfinə adlandırılmışdır. Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT), Lesli Universiteti və Hult Beynəlxalq Biznes Məktəbi, Harvard ilə birləşmədən əvvəl Redklif kolleci kimi Kembricdə yerləşir. Kembricdəki Kendall Meydanı 2010-cu ildən bəri meydanın yaxınlığında meydana çıxan uğurlu startapların yüksək konsentrasiyası sayəsində "planetin ən innovativ kvadrat mili" adlandırılıb. == Tarixi == Yerli amerikalılar Amerika qitəsinin Avropa tərəfindən kolonizasiyasından minlərlə illər əvvəl, Kembric olacaq ərazidə məskunlaşmışdılar. Avropa ilə əlaqə və kəşflər zamanı bu ərazi şimalda Naumkeaq və ya Pawtucket, cənubda Massaçusetdə məskunlaşmışdı və ola bilər ki, sonrakı Avropa hekayələrində yaxşı təsvir olunmayan Totant kimi digər qruplar da yaşayırdı.
Kembric Universiteti
Kembric Universiteti (ing. University of Cambridge, lat. Universitas Cantabrigiensis) — Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universiteti, Rassell qrupunun üzvü. == Tarixi == Universitet 1209-cu ildə bir Oksford tələbəsinin qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk etmiş və Kembricdə universitet təsis etmişdir. 1214-cü ildə universitet qaydaları tərtiv edilmişdir. Bu qaydalarda rektorun təyini və imtahanların verilmə qaydaları müəyyən edilmişdi. Orta əsrlərdə ətraf mühit haqqında biliklər monastrlarda tədris edilirdi. monastrlardan fərqli olaraq universitetdə elm, fəlsəfə, məntiq və riyaziyyat öyrədilirdi. Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir. Onları birlikdə "Oksbric" adlandırırlar.
Komorin burnu
Komorin burnu (tam. கன்னியாகு) Kanniyakumari, Kumari (tam. கன்னியாகுமரி, ing. Cape Comorin) — Hindustan yarımadasının cənub qutaracağında yerləşən daşlı burun. Burun Qərbi və Şərqi Qat dağlarınınbutaracağı olmaqla yanaşı Ərəbistan dənizi, Benqal körfəzi və Hind okeanının qovuşduğu yerdir. Komorin burnu Hindistanın tarixi Malabar və Koromandel sahilləreini əhatə edir. Burunun şimal hissəsində kanyakumari şəhəri yerləşir. Komorin yaxınlığında adada zəvvarlar arasında məşhiur olan Vivekanandanın məqbərəsi vardır. belə ehtimal edilir ki, əfsanəvi Lemuriya Komorin burnundan cənubda yerləşir. Hindistanın materik ərazisinin ən ucqar cənub nöqtəsi olsa da, ölkənin ən ucqar cənub nöqtəsi İndira burnudur.
Kembri dağları
Kembri dağları (ing. Cambrian Mountains, vall. Mynyddoedd Cambria) - Böyük Britaniyanın alçaq dağlarını əhatə edir. Uelslə İngiltərəni bir-birindən ayırır. Ən yüksək nöqtəsi Plinlimon-Vaurdur. == Coğrafiyası == Kembri dağlarının uzunluğu 60 km-dir. Dağ cənub hissədə Uels və Mayaki Brekona, şimal hissədə isə Karmartenşira və Kerediqiona və Snoudoniyu və Şimali Uels daxildir. İlk növbədə Kembri dağları termini Uels alçaq dağları ilə bağlıdır. == Xarici keçid == Сайт Общества Кембрийских гор (Cambrian Mountains Society). (англ.) Сайт проекта «Инициатива Кембрийских гор» (Cambrian Mountains Initiative) Arxivləşdirilib 2014-12-18 at the Wayback Machine (англ.) Туристическая информация о Кембрийских горах на сайте iKnow Wales.
Kembri dövrü
Kembri dövrü - davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir.
Kembri partlayışı
Kembri partlayışı — Kembri dövrünün başlanğıcında (təxminən 542 milyon il əvvəl) Dünyadakı canlı müxtəlifliyində yaşanan ani artımdır. Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600–800 milyon il sonra, 3.8–4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8–3.46 milyard il əvvəlinə aiddir. İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700–900 milyon il əvvəl rast gəlirik. Təxminən 160–360 milyon il ərzində, ilk çox hüceyrəli canlılar yumşaq bədən formalarıyla təkamülləşmişdir. Bundan 542 milyon il əvvəl isə ilk dəfə sərt qabıqlı canlılar təkamülləşməyə başlamışdır. Kompleks quruluşlu və çox hüceyrəli ən qədim fosil 600–580 milyon il əvvəlinə aiddir.
Kombre (Averon)
Kombre (fr. və oks. Combret) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12069. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 60 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Kembric Universiteti Nəşriyyatı
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Marsiyya-an-Kombray
Marsiyya-an-Kombray (fr. Marcillat-en-Combraille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 907 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 514 nəfər (15-64 yaş) arasında 376 nəfər iqtisadi cəhətdən fəal, 138 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.2%, 1999-cu ildə 72.0%) olmuşdur. Fəal olan 376 nəfərdən 345 nəfəri (180 kişi və 165 qadın), 31 nəfəri işsiz (13 kişi və 18 qadın) idi. 138 hərəkətsiz 41 nəfər arasında şagird və ya tələbə, 44 nəfər təqaüdçü, 53 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Triniti Kollec (Kembric)
Triniti Kolleci (ing. Trinity College, Üç üqnum kolleci) — Kembric Universitetinin 31 kollecindən biri. Bu kollecin Kembric və ya Oksforddakı hər bir digər kollecdən daha çox üzvü olmuşdur (tələbələri və müəllimləri bir yerdə sayırıqsa), lakin eyni universitetin Homerton Kollecinə nisbətən tələbələrin sayından bir qədər azdır. == Tarixi == VIII Henri kilsə və monastır torpaqlarının dünyəviləşməsini həyata keçirirdi. Oksford və Kembric universitetləri də onun təqib obyektləri ola biləcək dərəcədə zəngin idilər. Kral parlamentdən hər hansı bir kollecin əmlakını müsadirə etməyə icazə verən bir qanun qəbul etdi. Universitet, kralın altıncı həyat yoldaşı Yekaterina Parr ilə təmaslarından istifadə etdi. Kraliça ərini onları bağlamamağa, yeni bir kollec yaratmağa inandırdı. Kral bir neçə köhnə kollec və pensiya əsasında yeni Üçlük Kollecinin yaradılması haqqında əmr verdi. Kollec 1546-cı ildə VIII Henri tərəfindən əvvəlcədən mövcud olan iki kollecin – Mayklhauz kolleci (1324-cü ildə Hervi de Stenton tərəfindən təsis edilmiş) və Kinqs Holl (1317-ci ildə II Kral Evardın fərmanı ilə yaradılmış və III Kral Evardın əmri ilə yaradıldı) birləşməsi nəticəsində təsis edilmişdir.
Triniti Kolleci (Kembric)
Triniti Kolleci (ing. Trinity College, Üç üqnum kolleci) — Kembric Universitetinin 31 kollecindən biri. Bu kollecin Kembric və ya Oksforddakı hər bir digər kollecdən daha çox üzvü olmuşdur (tələbələri və müəllimləri bir yerdə sayırıqsa), lakin eyni universitetin Homerton Kollecinə nisbətən tələbələrin sayından bir qədər azdır. == Tarixi == VIII Henri kilsə və monastır torpaqlarının dünyəviləşməsini həyata keçirirdi. Oksford və Kembric universitetləri də onun təqib obyektləri ola biləcək dərəcədə zəngin idilər. Kral parlamentdən hər hansı bir kollecin əmlakını müsadirə etməyə icazə verən bir qanun qəbul etdi. Universitet, kralın altıncı həyat yoldaşı Yekaterina Parr ilə təmaslarından istifadə etdi. Kraliça ərini onları bağlamamağa, yeni bir kollec yaratmağa inandırdı. Kral bir neçə köhnə kollec və pensiya əsasında yeni Üçlük Kollecinin yaradılması haqqında əmr verdi. Kollec 1546-cı ildə VIII Henri tərəfindən əvvəlcədən mövcud olan iki kollecin – Mayklhauz kolleci (1324-cü ildə Hervi de Stenton tərəfindən təsis edilmiş) və Kinqs Holl (1317-ci ildə II Kral Evardın fərmanı ilə yaradılmış və III Kral Evardın əmri ilə yaradıldı) birləşməsi nəticəsində təsis edilmişdir.
İranın Kembric tarixi
İranın Cambridge Tarixi, Cambridge University Press tərəfindən nəşr olunan İran tarixinə həsr olunmuş 7 cildlik bir tədqiqat əsəridir. Çıxarılan cildlərdə bugünkü İranın tarixdən əvvəlki dövrlərdən günümüzə qədər ki, tarixi və tarixi coğrafiyasından başqa, İran mənşəli xalqların yaşadıqları regionlarda daxil edilmişdir. == Cildlər == Vol. 1. The Land of Iran, edited by William B. Fisher (1968) Vol. 2. The Median and Achaemenian Periods, edited by Ilya Gershevitch (1985) Vol. 3. The Seleucid, Parthian and Sasanian Periods, edited by Ehsan Yarshater (1983) Vol. 4.