Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aaron Koplend
Aron Koplend (ing. Aaron Copland; 14 noyabr 1900[…], Bruklin, Nyu-York ştatı – 2 dekabr 1990[…]) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq. == Həyatı == Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir. 15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır. == Fəaliyyəti == Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir.
Vladimir Köppen
Vladimir Petrovic Keppen - alman və rus coğrafiyaçısı, meteoroloq, iqlimşünas və botanikdir. O sankt-Peterqburda alim-etnoqraf ailəsində anadan olmuşdur. Balaca qardaşı akademik Fyodor petrovic Köpplendir. Sankt-Peterburq universitetində və Qeydelberq və Leypçiqada universitetlərində oxumuşdur. 1870-ci ildə dissertasiyasını müdafiə etmişdir. 1872-1875-ci illərdə Əsas geofizika observatoriyasında işləmiş, Rusiya imperiyasının coğrafiya cəmiyyətinin meteoroloq komissiyasının katibi olmuşdur. Sonra öz xidmətinin alman dəniz observatoriyasında Hamburqda keçirmişdir. == Əsərləri == «Über die Abhängigkeit des klimatischen Charakters der Winde von ihrem Ursprunge» («Repert. für Meteorologie», том IV); «Tägliche Perioden der Windgeschwindigkeit» (там же, 1879); «Wolken Atlas» (Гамбург, 1890); «Klimalehre» (Лейпциг, 1906); «Maritime Meteorologie» (1909). Его труд «Geographisches System der Klimate» (1936), в котором он разработал объективную классификацию климата на земле, по сей день имеет большое значение.
Vilyam Koplend (pivəçi)
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir. == İlk illəri == Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur. == Yaponiyada fəaliyyəti == === 1864–1880 === Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.
Leyli köçən
Leyli köçən və ya Leyliqaçan— İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. "Leylinin köçünün düşdüyü yer" mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Mənbədə Leylikaçan kimidir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.