Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kortala
Kortala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı türk dilindəki kora (təzə doğulmuş quzuların saxlandığı yer) və tala (meşədə açıq sahə)komponentlərindən düzəlib. Kəndin ərazisi keçmişdə maldarların qışlaq yeri olmuş, ona görə də kənd belə adlandırılmışdır. Kortala kəndinin tarixi hələ eramızdan əvvəllərə gedib çıxır. Kortala kəndinin dəqiq tarixi məlum olmasa da, kənd tarixini iki hissəyə bölmək olar. İlkin dövr və müasir dövr. İlkin dövr eramızdan əvvəl VII–IV yüzilliklərə aid arxeolojo tapintilardan məlum olur ki, bu ərazilərdə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşma isə, XVIII əsrin əvvəllərinə təsadüf edir. Bunu kəndin mərkəzindəki qəbiristanlıqdakı XVIII əsr qəbirlərinə nəzərən demək olar. Kortala kəndinin əhalisi bu ərazilərdə bir neçə dəfə məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Kоrçulа
Kоrçulа (xorv. Korčula) — Korçula, Adriatik dənizində Xorvatiyaya bağlı olan bir ada və bu adada yerləşən ətrafı divarlarla əhatə olunmuş köhnə bir şəhərdir. Adanın sahəsi 276,03 km², uzunluğu 46,8 km və eni 7,8 km-dir. Ən yüksək nöqtəsi 568 m hündürlüyü olan Klupcadır. Korçula şəhəri yerli hökumət olaraq Dуbrоvniçkо-Nеrеtvаnskаya bölgəsində yerləşir. 2011-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 5,663 nəfərdir. Əhalinin 96,77%-i xorvatlardan ibarətdir. Krkdan sonra ən çox nüfuza sahib olan ikinci Xorvat adasıdır.
Çorçana
Çorçana (gürc. ჩორჩანა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 80 nəfər idi. 2014-cü ildə 62 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Dağ korcası
Dağ korcası (lat. Ellobius lutescens ) — Rodentia dəstəsindan bir məməli növü. Talışın dağüstü çöllərində və nadir halda Naxçıvanın şimalında yaşayır. == Təsviri və yayılması == Bədənin uzunluğu 115 mm-ə qədər olub, üstünün rəngi tünd - oxra qumdur. Yayılması: Türkiyədə, Qərbi İranda, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda mozaik məskənləri Talışın Zuvand (Diyabar), Naxçıvan vadisində, d.s-dən 100 — 2540 m hüdudlarında rast gəlinir. Yaşayış yeri və həyat tərzi: Dağ korçası dağlıq yarımsəhralarda efemer bitkilər bitən yumşaq topraqlarda yaşamağa uyğunlaşmışdır. Əsasən bitki növləri ilə qidalandığından başı və güclü kəsici dişləri ilə uzun yeraltı yollara malik yuvalar qazır və belə yuvaların çıxış yolları olmur. Çünki bu zaman heyvan torpağı, 20 — 25 sm diametrli topaları bir — birindən müxtəlif məsafələrdə yer üzərinə atır. Yuvalarında ehtiyat qidanı toplamaq üçün anbar olur.
Inga porcata
Inga porcata (lat. Inga porcata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kortala bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Spiraea koreana
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Çində, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. == Ekologiyası == Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.
Berberis koreana
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Koreyada geniş əraziləri əhatə edir. == Botaniki təsviri == Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Yanuş Korçak
Yanuş Korçak , əslində ''Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti. Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi. Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di. Bütün həyatı boyu iki xalqa da mənsubiyyətini elan edən polyak yəhudisi idi.
Torpağa Məhəbbətlə (1975)
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi.
Korqa adası
Korqa adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Sverdlov burnundan 11,5 km aralıda yerləşir. Adadan 4 km şimalda Xitrıy adası, 4 km cənubda isə Bolşoy adası yerləşir. Ada 200 m uzunluğa malikdir. Bütünlüklə buzla örtülüdür. Gözlə seçiləcək yüksəkliyə sahib deyildir.
Orcaq (Mahnişan)
Orcaq (fars. اورجك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (29 ailə).
Cucumis conomon var. koreana
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Spiraea koreana var. macrogyna
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Çində, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. == Ekologiyası == Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.
Spiraea koreana var. rosea
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Çində, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. == Ekologiyası == Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.
Torpağa məhəbbətlə (film, 1975)
== Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıq ustası Qızqayıt Həsənovanın həyat və fəaliyyətindən danışır.
Skenderbu Korça FK
Skenderbu – Albaniyanın Korça şəhərini təmsil edən futbol klubu.
Korçay Dövlət Təbiət Qoruğu
Korçay dövlət təbiət qoruğu — Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində yaradılmış qoruq. == Yaradılmasında məqsəd == Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran məskunlaşdırılmışdır. == Coğrafiyası == Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turac buranın daimi sakinləridir.
Korçay Dövlət Təbiət Yasaqlığı
Korçay Dövlət Təbiət Yasaqlığı - 1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.