Korçay Dövlət Təbiət Qoruğu

Korçay dövlət təbiət qoruğuAzərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində yaradılmış qoruq.[1]

Yaradılmasında məqsəd

[redaktə | mənbəni redaktə et]

Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.

Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran məskunlaşdırılmışdır.[2]

  • Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir.[1]
  • Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir.[1]
  • Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir.[1]
  • Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan əsasən ceyranıturac buranın daimi sakinləridir. Burada həmçinin məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.[1][3]

Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir.[4]

Torpaq örtüyü və relyefi

[redaktə | mənbəni redaktə et]

Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir.

  1. 1 2 3 4 5 "DÖVLƏT TƏBİƏT QORUQLARI: Korçay Dövlət Təbiət Qoruğu" (az.). eco.gov.az. 2011. 2014-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  2. İlham Əliyev ilk ceyran sürüsünün buraxılması prosesini izləmişdir Arxivləşdirilib 2017-10-14 at the Wayback Machinepresident.az saytı
  3. ARB Şəki. "Qoruqlarda nə qorunur?" (az.). Youtube.com. 09.12.2016. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  4. İbrahimov Tahir . Azərbaycanın qoruqları. Bakı 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]