Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Svetlana Kuzina
Svetlana Kuzina (d. 8 iyun 1975) — Rusiyanı təmsil edən su poloçusu. Svetlana Kuzina, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Kuzinellus kuzini
Kuzinellus kuzini (lat. Kuzinellus kuzini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Marina Kuzmina
Marina Kuzmina (d. 7 oktyabr 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Marina Kuzmina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Marina Kuzmina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Yelena Kuzmina
Yelena Kuzmina (4 (17) fevral 1909, Tiflis – 15 oktyabr 1979, Moskva) — Aktrisa. Mavi dənizin sahilində (film, 1935)-Mariya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 44-46.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Kubinka
Kubinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Kuçinq
Kuçinq (ing. Kuching) — Malayziyanın şərqində, Kalimantan adasının şimal-qərbində şəhər. Saravak ştatının inzibati mərkəzidir. Kuçinq çayının Cənubi Çin dənizinə töküldüyü yerdə limandır. Ticarət mərkəzidir. Kauçuk, istiot, kopra emal olunur. Gəmi tərsanəsi, doklar var.
Lüzine
Lüzine (fr. Luzinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38215. Kommunanın 1999-cu il üçün əhalisi 2157 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Kuhnia
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). == Əhalisi == Əhalisi 561 nəfərdir.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuins
Kuins — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Əhalisinə görə Nyu-Yorkda üçüncü yerdədir. ABŞ-nin ən vacib aeroportlarından olan Con Kennedi aeroportu məhz burada yerləşir.
Entoni Kumiya
Anthony Cumia (ing. Anthony Cumia; 26 aprel 1961) — aktyor, "Oskar" mükafatı laureatı.
Euphorbia supina
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Fyodor Kuzmin
Fyodor Kuzmin (17 aprel 1983) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fyodor Kuzmin Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Harvi Kuşinq
Harvi Vilyams Kuşinq (ing. Harvey Williams Cushing; 8 aprel 1869[…], Klivlend, Ohayo – 7 oktyabr 1939[…] və ya 8 oktyabr 1939, Nyu-Heyven, Konnektikut) — ABŞ neyrocərrahı, patoloqu, yazıçısı və rəssamı. Beyin cərrahiyyəsinin qabaqcıllarından biri, ilk müstəsna neyrocərrah və Kuşinq xəstəliyini təsvir edən ilk insan idi. Üç cilddə olan Vilyam Oslerin bioqrafiyasını yazmışdır. == Erkən həyatı == Harvi Kuşinq Ohayo ştatının Klivlend şəhərində anadan olub. Valideynləri Elizabet Maria "Betsey M." Uilliams və Henri Kirke Kuşinqdir, Əcdadları 17-ci əsrdə Puritanlar kimi Massaçusets ştatının Hingham şəhərinə gəlmişlər. Harvi on uşağın ən kiçiyi idi. === Təhsili === Uşaq ikən Kuşinq Klivlend Manual Təlim Məktəbində oxudu və bu, onun elmə və tibbə marağını genişləndirdi. Məktəbin eksperimental təlimə xüsusi diqqət yetirməsi və təhsilə "fizika yönümlü" yanaşması Kuşinqin tibbi cərrahiyyə sahəsində karyerasına doğru irəliləməsində mühüm rol oynadı. Məktəbin əl çevikliyi təlimi proqramı da Kuşinqin cərrah kimi gələcək uğuruna öz töhfəsini verdi.
Karina Aznavuryan
Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur. == Həyatı == Karina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşqul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.
Karina Kapur
Karina Kapur - Hindistan kino aktrisası. == Həyatı == Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır .
Karina Lipiarska
Karina Lipiarska (16 fevral 1987) — Polşalı oxatan. Karina Lipiarska Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Lipiarska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Yasəmən Əcəm Anagöz ilə üz-üzə gəldi. Həmin görüşdə Karina Lipiarska rəqibinə 5:6 hesabı ilə uduzdu.
Karina Lixvar
Karina Lixvar (11 dekabr 1998) — İsraili təmsil edən bədii gimnast. Karina Lixvar 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Lixvar həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Karina Lixvar 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Karina Maruyama
Karina Maruyama (d. 26 mart 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 79 oyun keçirib, 14 qol vurub.
Karina Qarsiya
Karina Qarsiya (3 yanvar 1984) — Boliviyalı atıcı. Karina Qarsiya Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 405.6 xal toplayaraq 44-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kuşinq sindromu
Cushing sindromu kortizol kimi qlükokortikoidlərə uzun müddət məruz qalma nəticəsində yaranan əlamətlər və simptomlar toplusudur. Simptomlar və əlamətlər arasında yüksək qan təzyiqi, qarın piylənməsi, lakin nazik qollar və ayaqlar, qırmızımtıl uzanma izləri, yuvarlaq qırmızı üz, çiyinlər arasında piy kütləsi, zəif əzələlər, zəif sümüklər, sızanaqlar və zəif sağalmış kövrək dəri ola bilər. Qadınlarda daha çox saç və nizamsız menstruasiya ola bilər. Bəzən əhval dəyişikliyi, baş ağrıları və xroniki yorğunluq hissi oluna bilər. Cushing sindromu ya həddindən artıq kortizol kimi dərmanlar, məsələn, prednizon, ya da böyrəküstü vəzilər tərəfindən həddindən artıq kortizol istehsal edən və ya onun istehsalı ilə nəticələnən bir şişdən qaynaqlanır. Hipofiz adenoması ilə əlaqəli hallar Cushing xəstəliyi kimi tanınır və bu, Cushing sindromunun dərman qəbulundan sonra ikinci ən çox yayılmış səbəbidir. Hipofizdən kənarda yerləşdiyinə görə tez-tez ektopik adlandırılan bir sıra digər şişlər də Cushing xəstəliyinə səbəb ola bilər. Bunlardan bəziləri çoxlu endokrin neoplaziya tip 1 və Carney kompleksi kimi irsi xəstəliklərlə əlaqələndirilir. Diaqnoz bir sıra addımlar tələb edir. İlk mərhələ bir insanın qəbul etdiyi dərmanları yoxlamaqdır.