Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çan Kayşi
Çan Kayşek (ing. Chiang Kai-shek, çin 蔣介石, pinyin 蒋介石; 31 oktyabr 1887 Çjetszyan əyaləti, Fınxua şəhəri — 5 aprel 1975, Taybey) — Çin hərbi və siyasi xadimi, 1925-ci ildən Çində xalq inqilabı nəticəsində devrilmiş (1949) Qomindan rejiminin başçısı, marşal, generalissimus. == Bioqrafiya == Çan Kayşi 31 oktyabr 1887-ci ildə Çjetszyan əyalətinin Fınxua şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1903-1906-cı illərdə Fınxuada yerləşən qəza məktəbində Avropa təhsili almışdır. 1906-cı ildə o, ilk dəfə Yaponiyaya getmiş və burada o, Sun Yatsenlə və onun əhatəsində olan inqilabçılarla tanış olmuşdur. 1907-1909-cu illərdə Baodin və Sinbu hərbi məktəblərini bitirdikdən sonra kadet rütbəsində hərbi xidmətə başlamışdır. 1915-1916-cı illərdə Çan Kayşi Şanxayda Yuan Şikay hakimiyyətinə qarşı silahlı çıxışlarda fəal iştirak edərək Sun Yatsenin yaxın silahdaşına çevrilmişdir. 1918-ci ildə o, inqilabi qüvvələrin mərkəzi olan Quançjouda əməliyyat ordusunun rəisi, daha sonra Qomindan ikinci birləşməsinin komandanı, 1923-cü ildə baş qərargah rəisi, 1924-cü ildə Quançjouda açılmış Vampu hərbi məktəbinin rəisi təyin olunmuşdur. Sun Yatsenin vəfatından (1925) sonra Çan Kayşi birinci milli inqilabi ordunun komandanı seçilərək Homindan partiyasının əsas fiquruna çevrilmiş, 1926-cı ildə Homindan partiyasının Mərkəzi İcra Komitəsinin üzvü seçılmışdı. 1926-1927-ci illərdə Şimal yürüşü zamanı Milli İnqilab Ordusunun baş komandanı idi.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. == Həyatı == Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Kayli Vatson
Kayri İrvinq
Kayri Örvinq (23 mart 1992, Melburn) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Boston Seltiks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.
Keysi Andrinqa
Keysi Andrinqa (6 oktyabr 1995, Miluoki, Viskonsin) — ABŞ-lı fristaylçı. Keysi Andrinqa ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Keysi Andrinqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Andrinqa ümumilikdə 75.25 xal toplayaraq öz cığırında 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Keysi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Qaysı qurusu
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir.Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir. == Hazırlanması == === Günəşdə qurutma üsulu === Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır. === Sobada qurutma üsulu === Birinci üsul – folqa üzərində ortadan kəsilmiş, iç tərfələri yuxarı olaraq, 60 dərəcədə 1 saat qurutmaq.
Tayşi Taquçi
Tayşi Taquçi (d. 16 mart 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Dion Kassi
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.
Kassi Dion
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.
Kayli Ray Harris
Kylie Ray Harris (15 may 1989 – 4 sentyabr 2019) — ABŞ müğənnisi.
Tension (Kayli Minouqun albomu)
Tension — avstraliyalı müğənni Kayli Minouqun on altıncı studiya albomudur. Albom 22 sentyabr 2023-cü ildə BMG Rights Management və Minogue Darenote şirkəti tərəfindən buraxılmışdır. == Tarix == Minouqun 2020-ci ildə disko, dans-pop janrlarında Disco adlı albomundan sonra yeni işi olaraq albomun yayımlanacağı 2023-cü ilin may ayında elan edilmişdi. Padam Padam albomun baş sinqldır, albomun adı ilə bağlı olan Tension sinqlı 2023-cü il avqust ayının sonlarında yayımlandı, holland DJ və elektron musiqi prodüseri Oliver Heldensin Minouq ilə olan sinqlı — "10 Out of 10" da albomda yer alır. Hələ 2022-ci ilin iyununda Vogue jurnalına verdiyi müsahibədə Minouq, yeni material üçün istinad nöqtəsi kimi 2003-cü ildəki "Slow" adlı sinqlının janrında yəni albomun işıq üzü görə biləcəyinə işarə etmişdi. Jurnal həmçinin yeni albom haqqında digər məlumatları qeyd etmişdi. Lakin 2023-cü ilin may ayında Kayli yeni albomu haqqında danışarkən, o, son iki studiya albomu Golden və Disco- dan fərqli olaraq konkret mövzunun olmadığını bildirdi və "Hər mahnının fərdiliyini qeyd etmək və bu azadlığa dalmaq istədiyini" dedi.O, albom üzərində işləmək üçün əvvəllər çalışdığı əməkdaşlar Riçard Biff Stannard və Dak Blekvela müraciət etmişdi.Ümumiyyətlə Kayli Minouq bu albomu işləmək üçün Danimarkanın paytaxtı Kopenhagen, İngiltərədə kurort şəhəri Brayton, eləcə də paytaxt London, Xorvatiya və Fransanın paytaxtı Parisə səyahətlər etmişdi. == Albomun tərkibi və yayımlanması == Albom " Padam Padam " adlı mahnı ilə başlayır və onun klipi albom yayımlanmadan bir neçə ay öncə təqdim edilmişdi. Ina Vroldsen və Peter Raykroft tərəfindən yazılmış və "hipnotik elektro " trek kimi təsvir edilmişdir. Mahnı tam formada Lostboy kimi tanınan Raykroft tərəfindən hazırlanmışdır.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Ayuşi
Ayuşi (monq. Ард Аюуш; tam adı Aldarjavın Ayuş) — 1903–1907-ci illərdə Xarici Monqolustanda arat azadlıq hərəkatının rəhbəri. Təhkimli kəndli olmuşdur. 1903-cü ildə arat çıxışlarına başçılıq etmiş, 1911–1918-ci illərdə feodal və müstəmləkəçi qüvvələrə qarşı üsyanın rəhbəri olmuşdur. 1921-ci il inqilabında və Monqolustan Xalq Respublikasındakı quruculuq işində fəal iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Нацокдоржи Ш. Из истории аратского движения во Внешней Монголии. — М., 1958. Чойжилсүрэн Л. Ард Аюуш. — Улаанбаатар, 2002.
Banşi
Banşi (ing. Banshee) - İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Baxşi
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Dayki
Dayki — Yaponiya adı. Dayki Niva — Yaponiya futbolçusu. Dayki İvamasa — Yaponiya futbolçusu. Dayki Takamatsu — keçmiş Yaponiya futbolçusu. Dayki Sakamoto — Dayki Kamikava — Yaponiya cüdoçusu.
Hamsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur.Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir. Ağız açılışı çox genişdir.
Hatsi
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Qarşi
Qarşi (özb. Qarshi/Қарши , pronounced [qarʃɨ] ; fars. نخشب‎ Nəxşab) — Özbəkistanın cənubunda yerləşən şəhər. Qaşqadərya vilayətinin paytaxtı. İnzibati cəhətdən Qarşi şəhər tipli Qaşqədərya qəsəbəsini əhatə edən rayon səviyyəli şəhərdir. 278,300 nəfər əhalisi var (2021-ci il təxmini). Təxminən 520 km Daşkənddən cənub-cənub-qərbdə, təxminən 335 km şimalda, Özbəkistanın Əfqanıstanla sərhədində 38° 51' 48N enində, 65° 47' 52E uzunlğunda, 374 metr yüksəklikdə yerləşir. Şəhər təbii qaz istehsalında əhəmiyyətlidir, lakin Qarşi toxunmuş düz xalça istehsalı ilə də məşhurdur. Əslən Soqdiyanın Naxşab şəhəri (bu, Yunan-Baktriya Krallığının hakimiyyəti dövründə Eucratideiya adlandırıla bilərdi və İslam özbəklərinin (türklərin) Nəsəf şəhəri və Monqolun Qarşi şəhəri (Xarş tələffüz olunur), Qarşi idi. Buxara əmirliyinin ikinci şəhəri.
Qaysa
Qaysa — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilmişdir.
Qayğı
Qayğı (film, 1943)
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.