Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Nəbz
Nəbz (lat. pulsus — zərbə) — ürəkdə qan dövranı ilə əlaqədar arteriya divarlarının təkanvari rəqsi və ya qanı ürəkdən aparan damarların arteriyaların ritmik zərbələri nəbz adlanır . Daha geniş anlamda nəbz dedikdə qan-damar sistemində ürəyin fəaliyyəti ilə bağlı istənilən dəyişikliklər başa düşülür və buna görə də klinikada nəbzi arterial, venoz və kapilyar nəbzlərə ayırırlar. İnsan bədənində dəri səthinə yaxın yerləşən aşağıdakı arteriyalar üzərində nəbzi əllə təyin etmək mümkündür: sağ və sol daxili yuxu arteriyaları boğaz nahiyəsində sağ və sol qoltuq arteriyaları qoltuq çuxuru nahiyəsində sağ və sol dirsək arteriyaları — dirsək çuxuru nahiyəsində sağ və sol mil arteriyaları — bilək nahiyəsində sağ və sol bud arteriyaları — qasıq nahiyəsində sağ və sol dizaltı arteriyaları — dizaltı çuxur nahiyəsində sağ və sol dal qamış arteriyları — topuq nahiyəsində lat. Arteria dorsalis pedis sinistra et dextra — ayaqdarağı nahiyəsində Nəbzin əllə təyin edildiyi nahiyələr tibbi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edirlər.
Qəbz
Qəbz – 1)alınmış şey – pul, qiymətli şey və s.-nin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Məsələn, pulu verib qəbz almaq; 2)köhnəlmiş söz: həbs etmə; 3)bir şəxsin digər şəxsə verdiyi və ondan pul, sənəd, qiymətləri qəbul etdiyini təsdiqləyən, müəyyən edilmiş formalı, həmçinin, yazan şəxsin başqa şəxsdən pul, əşya, maddi qiymətlilər aldığını və onları qaytaracağını yazılı şəkildə təsbit edən sənəd; 4)imza edilmiş sənəd; 5)imza edilmiş şəxsin nə isə əldə etməsini təsdiq edir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Səbz
Səbz (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Dərə Səbz — İranda kənd.
Depozitar qəbz
Depozitar qəbz (ing. depositary receipt) — xarici şirkətin səhm və ya istiqrazlarının mülkiyyət hüququnu təsdiq edən qiymətli kağız. == Tətbiqi == Özündə bu, xarici şirkətlərin səhmlərinə (istiqrazlarına) investisiya qoyuluşu qadağanını aradan qaldırmağa imkan verən ikinci dərəcəli qiymətli kağızdır. Depozitar qəbzləri daxili qiymətli kağızlar statusunda qalmaqla əsas aktivlərin bütün hüquqlarını təmin edir. Bir ölkədə ilkin qiymətli kağızlar depozitar bankın adına kastodian banka yerləşdirilir, digər ölkədə isə emitent bu qiymətli kağızlardan imtiyazlardan istifadə etmək hüququ verən depozitar qəbzlər verir. Nəticədə qəbzin alıcısı onu istənilən vaxt depozitə qoyulmuş səhmlərin müvafiq məbləğinə dəyişmək hüququnu əldə edir. == Depozitar qəbzlərin növləri == Depozitar qəbzlərinin ən məşhur növləri: Amerika depozit qəbzləri (ADR — American Depositary Receipt); Avropa depozit qəbzləri (EDR — European depository receipts); qlobal depozitar qəbzləri (GDR — Global Depositary Receipt); digər az yayılmış növlər. Emitent şirkətin ölkəsindən kənarda iki və ya daha çox ölkənin bazarlarında yerləşdirilir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kristofer Kerz
Kristofer Metyu Kerz (ing. Christopher Matthew Kerze, 19 fevral 1973) — sonuncu dəfə 20 aprel 1990-cı ildə görünən Minnesota ştatının İqan şəhərindən itkin düşümüş amerikalı yeniyetmə. Tərkedilmiş nəqliyyat vasitəsi itkin düşdükdən iki gün sonra tapıldı. O, amerikan rok qrupu Soul Asylumun "Runaway Train" adlı musiqi videosunda yer alıb. == İtkin düşməsi == 20 aprel 1990-cı ildə Kerzin xəstə olduğu üçün evdə qaldığı bildirildi. 1988-ci ilə məxsus mavi rəngli Dodge Caravan markalı ailə avtomobili həmin gün valideynləri evə qayıdarkən yoxa çıxdı. Onlar Kerzdən itkin düşməsə 6-ya kimi geri qayıdacağını bildirən qeyd tapdılar — bu qəribə idi, çünki qeyddə "itkin düşmək" sözünün altından iki dəfə xətt çəkilmişdi. Kerz baxmayaraq ki, heç bir sursat götürməmişdi, onunla bərabər 20 ölçülü O. F. Mossberg & Sons ov tüfəngi var idi. Səlahiyyətlilər onun silahdan imtina edə biləcəyini düşündülər, lakin bundan əmin deyildilər. Furqon iki gün sonra 22 aprel 1990-cı ildə Minnesota ştatı, Qrand-Rapids şəhəri yaxınlığında tərk edilmiş şəkildə tapıldı.
Kəbi Sanıyev
Kəbi Sanıyev (azərb. Kəbi Hacı Murad oğlu Sanıyev; d. 1902 Qazax rayonu, Çaylı kəndi - ö. 13 oktyabr 1937-ci il‎) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun üzvü, Sovet İttifaqının 77-ci Gəncə diviziyasının 230-cu alayın taqım komandiri və kapitanı. == Həyatı == Kəbi Sanıyev 1902-ci ildə Qazax rayonunun Çaylı kəndində mülkədar ailəsində anadan olmuşdur. === Ailəsi === Atası Hacı Murad Sanıyev, anası Xanım Bədəl qızı Sanıyevanın üç övladı olmuşdur: Kəbi Sanıyev, Sədi Sanıyev və Səyalı Sanıyeva. Sədi Sanıyev 1905-ci ildə dünyaya gəlmişdir. Onu evini, torpağını əlindən alan şəxs qətlə yetirmişdir. Kəbi Sanıyev 1927-ci ildə öz kəndindən olan Məşədiyeva Hənifə Məhəmmədhəsən qızı ailə qurmuşdur. Ailə Gəncə şəhərində yaşamışdır.
Müqəddəs Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Stiven Keyz
Stiven Keyz (ing. Stephen McConnell "Steve" Case; 21 avqust 1958[…], Honolulu) — ABŞ milyarderi, "America Online" (AOL) nəhəng internet korporasiyasının yaradıcısı. == Həyatı == Stiven Keyz 21 avqust 1958-ci ildə Havay adalarının Honolulu şəhərində anadan olmuşdur. 1980-ci ildə Uiliams kollecini siyasi elmlər ixtisası üzrə bitirib. İki il "Procter & Gamble" şirkətində brend menecer vəzifəsində çalışıb. 1982-ci ildən isə "Pizza Hut Inc."-də marketinq üzrə menecer kimi fəaliyyət göstərib. 1970-ci illərin sonlarında Keyz kompüter şəbəkələri ilə çox maraqlanırdı. O, 1983-cü ildə onlayn rejimində videooyunları təklif edən şirkətə işə düzəlir. Şirkətin oyun kompüterinə qoşulmaq modemin köməyi ilə mümkün idi. O zaman "Atari" oyunları xüsusilə məşhur idi.
Səbz (Miyanə)
Səbz (fars. سبز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,198 nəfər yaşayır (304 ailə).
Deh Səbz rayonu
Deh Səbz rayonu - Əfqanıstanın mərkəzi Kabul şəhərindən şimal-şərqdə yerləşən rayon. == Haqqında == Deh Səbz rayonu qərbdə Şəkərdərə və Mir Baça Kot rayonları, şimal-qərbdə Kəlakan və Qarabağ rayonları, şimal və şərqdən Pərvan vilayəti, cənub-şərqdən Surobi, cənubdan isə Bəgrami və Kabil rayonları ilə hüdudlanır. == Əhalisi == 100,136 nəfər əhalisi var. Əhalisinin 70%-ni puştunlar, 30%-ni isə taciklər təşkil edir.
Kəbə basqını (1979)
Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma. Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib. == Basqın öncəsi == Basqına rəhbərlik edən Cuheyman əl-Uteybi Nəcdin köklü bədəvi qəbilələrindən biri olan Uteybə qəbiləsindən idi. Babası olduğu iddia edilən Sultan ibn Bəcad əl-Uteybi bu bölgədə 1920-ci illərin sonunda Səud sülaləsinə qarşı üsyan qaldıran Sələfi Müsəlman QardaşlığıQardaşlıq hərəkatına rəhbərlik etmişdi. Əsgərlikdən ayrıldıqdan sonra 1973-cü ildə Mədinədə universitet təhsilinə başlayan Uteybi, gələcəkdə bacısı ilə evlənəcəyi, basqının digər mühüm üzvü olan Məhəmməd Abdullah əl-Kəhtani ilə tanış olur. Təhsil aldığı müddətdə mehdilik və fitnə hədislərinə diqqət yetirmiş, dünyanın sonu ilə bağlı hədisləri o dövrün dünya şəraiti ilə uyğunlaşdırmışdır. Sələfi və vəhhabi inanclarına uyğun olaraq İslama dəvət adlı qrup təşkil edib və tərəfdarlar toplayıb. 1978-ci ilin yayında Uteybinin başçılığı ilə onun yüz nəfər ardıcılı Səudiyyə rəhbərliyinə qarşı nümayiş təşkil etsə də, sorğu-suallardan sonra “zərərsiz” olduqları qəınaətinə gələrək sərbəst buraxılıblar.
Yeni nəbz (qəzet)
Yeni nəbz — Azərbaycandilli həftəlik müstəqil qəzet. Yeni nəbz qəzeti Mirzə Murtuzov tərəfindən 7 avqust 2014-cü il tarixində Bakıda təsis edilib. Qəzet Nəbz qəzetinin varisidir. Qəzetin redaksiyası Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 18-də fəaliyyət göstərir. Baş redaktoru Fuad Nəcəfovdur. Hər həftənin cümə axşamı, 2000 tirajla və 16 səhifə nəşr olunur. 2-ci səhifədə Xəbər, 3-5-də Müxtəlif, 6-da Ölkə içi, 7-də Baxış bucağı, 8-də Münasibət, 9-da Mövqe, 10-da Beynəlxalq, 11-də İqtisadiyyat, 12-də İbrətamiz, 13-də Sağlmamlıq, 14-də Nur yolu, 15-də Araşdırma başlıqları altında müxtəlif tip başlığa uyğun və 16-cı, yəni son səhifədə Son başlığı altında idman xəbərləri verilir.
Yeni nəbz qəzeti
Yeni nəbz — Azərbaycandilli həftəlik müstəqil qəzet. Yeni nəbz qəzeti Mirzə Murtuzov tərəfindən 7 avqust 2014-cü il tarixində Bakıda təsis edilib. Qəzet Nəbz qəzetinin varisidir. Qəzetin redaksiyası Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 18-də fəaliyyət göstərir. Baş redaktoru Fuad Nəcəfovdur. Hər həftənin cümə axşamı, 2000 tirajla və 16 səhifə nəşr olunur. 2-ci səhifədə Xəbər, 3-5-də Müxtəlif, 6-da Ölkə içi, 7-də Baxış bucağı, 8-də Münasibət, 9-da Mövqe, 10-da Beynəlxalq, 11-də İqtisadiyyat, 12-də İbrətamiz, 13-də Sağlmamlıq, 14-də Nur yolu, 15-də Araşdırma başlıqları altında müxtəlif tip başlığa uyğun və 16-cı, yəni son səhifədə Son başlığı altında idman xəbərləri verilir.
Ubeyy ibn Kəb
Ubeyy ibn Kəb (I minillik, Mədinə – 649 və ya VII əsr, Mədinə, ərəb. أبي بن كعب‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, Quranı gözəl oxumaq bacarığına görə o, Seyid əl-Qurra (qiraət edənlərin ağası) ləqəbini almışdır. == Bioqrafiya == Tam adı Ubeyy ibn Kəb ibn Qeys əl-Xəzrəcdir. Mədinədə doğulmuş və Xəzrəc qəbiləsindəndir. Müsəlmanların Mədinəyə hicrətindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci beyyətinin iştirakçısı olmuşdur. Bədr, Uhud, Xəndək döyüşü və digər müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə Ubeyy ağır yaralanır. Ubeyy ibn Kəb İslamı qəbul etməmişdən əvvəl oxuyub yazmağı bilən nadir insanlardan idi. Hicrətdən sonra Mədinə əhli arasından onun birinci katibi olur. O, Məhəmmədə nazil olan İlahi vəhyləri yazmış və Quranı ən yaxşı oxuyan şəxs olmuşdur.
AEBA
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir. Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Cəbr
Cəbr — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiətin elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. == Tarixi == Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər. Babilistanda müxtəlif yenidən qurmalar üzrə işlər bilirdilər.
Feba
Feba (yun. Φοίβη) — yunan mifologiyasında ayı təcəssüm edən ilahə, 12 titandan biri, Uran və Geyanın qızı, Leto və Asteriyanın anası, Apollon və Artemidanın nənəsidir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Gəbə
Gəbə (gəvə, qaba, qebe, kebe, kepe) — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə şəhəri və Qazax rayonunda), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad. "Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir. Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Heba
Heba (q.yun. Ἥβη q.yun. Ἥβη Ἥβη və Hebe) — in Yunan mifologiyası gənclik ilahəsi, Zevs və Heranın qızı. Heba Olimpdə tanrıların ruhanisi olaraq xidmət etmiş, daha sonra isə Hanimed onu əvəz etmişdir . Herakl ölümsüzlüyü əldə etdikdən sonra Hera ilə barışıq əlaməti olaraq ona ərə verilir. . Hera Heraklə övladlığa götürür və Hebanı ona ərə verir . Heba və Heraklın evliliyinin sübutu olan təsvir Mycenae yaxınlığındakı Gereionda yerləşirdi . Alexiaz və Aniket övladları idi. . Sərv gənc ilahənin müqəddəs ağacı hesab olunurdu. Heba məbədinə daxil olan qul azadlıq əldə edirdi. .
Hebe
Hebe (lat. Hebe) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hebe andersonii (Lindl. & J. Paxton) Cockayne Hebe benthamii (Hook.f.) Cockayne & Allan Hebe corriganii Carse Hebe epacridea (Hook.f.) Andersen Hebe franciscana (Eastw.) Souster Hebe haastii (Hook.f.) Cockayne & Allan Hebe macrocalyx (J.B.Armstr.) G.Simpson Hebe macrocalyx var.
Heyz
Menstruasiya qanaxması ― qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji vərdişinin nəticəsi olan uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması nəticəsində ifraz olunan qan.
Həbs
Həbs yaxud azadlıqdan məhrumetmə — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi. Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.