Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Kəlvəz
Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 271 nəfərdir. Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. == Toponimiyası == Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Kəkrə
Kəkrə (lat. Acroptilon) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Kervens Belfort
Kervens Fils Belfort (16 may 1992-ci ildə anadan olub) — Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubunda hücumçu kimi çıxış edən Haitili peşəkar futbolçudur. == Karyerası == === Klub === Belfort Haiti, Fransa və İsveçrənin Tempete, Le Mans B, Le Mans, Sion, Qrenobl və Frejus Sent-Rafael klublarında çıxış etmişdir. 16 iyun 2017-ci ildə Belfort Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. 2018-ci ilin avqust ayında adı Başundara Kinqs klubu ilə çəkilsə də, Belfort Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Belfort Haiti milli komandası ilə debütünü 2010-cu ildə FİFA Dünya Çempionatının təsnifat mərhələsi oyunlarında etmişdir. == Karyera statistikası == === Milli komanda qolları === Nəticələr və qollar Haiti hesablamasının birinci siyahısındadır.
Kəlkeş (Miyanə)
Kəlkeş (fars. كلكش‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
Kərgəs (Hurand)
Kərgəs (fars. كرگس‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
Nekres monastrı
Nekres monastırı — 6-cı yüzillikdə qurulan Kaxeti rayonunda yerləşən bir gürcü monastırıdır. Monastr 1811-ci ildə Rusiya İmperiyası tərəfindən qaldırılmasından qısa bir vaxt sonra bağlanıb. Təxmini iki əsrdən sonra monastır 2000-ci ildə yenidən fəaliyyətinə başlayıb. Nekres monastırı, Şilda kəndindən təxmini 3,7 km qərbdə yerləşir. == Tarixi == Nekres monastırı 6-cı yüzillikdə qurulub. Kompleksin ilk kilsəsinin 4-cü yüzilliyə aid olduğu arxeoloji qazıntılar zamanı aşkar edilib. === Başmələk kilsəsi === Başmələk kilsəsi, Nekres monastır kompleksinin cənub-şərq hissəsində yerləşir. 8–9-cu yüzilliklərdən qalma bir tikilidir.
Qara kərkəs
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
İmre Kertes
İmre Kertes (mac. Kertész Imre; 9 noyabr 1929[…], Budapeşt – 31 mart 2016[…], Budapeşt) — macar yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2002). == Həyatı == Macarıstanın ədəbiyyat sahəsində ilk Nobel laureatı İmre Kertes yəhudi əsillidir. Budapeştdə yoxsul ailədə doğulmuşdur. 1944-cü ildə, 15 yaşında ikən faşistlər onu da minlərlə həmvətəni kimi indiki Polşa ərazisindəki Auşvits-Birkenau (Osvensim) həbs düşərgəsinə salmışdılar. Məhrumiyyət həyatı sonra Buhenvald əsir düşərgəsində davam etmişdi. 1945-ci ildə sağ qalan digər hərbi əsirlərlə birlikdə azadlığa çıxmışdı. Ancaq ana tərəfdən qohumlarının hamısı həbs düşərgələrində məhv edilmişdi. Budapeştə qayıtdıqdan sonra o, müxtəlif macar qəzet və jurnallarında müxbir kimi çalışmışdı. Alman əsarəti və yəhudilərin həbs düşərgələrindəki həyatı yaradıcılığının aparıcı xətti olaraq qalmaqdadır.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Keks
Keks — şirin un məmulatı. Adətən üzüm, qoz və müxtəlif giləmeyvələrlə bişirilir. Kekslar müxtəlif formalarda bişirilir: Dördbucaq, yumru, halqavari, uzunsov və s. == Tarixi == İlk keks reseptlərinə qədim Roma yazılarında rast gəlmək olar. O dövrün mətbəxində kekslar çovdar unu istifadə etməklə üzüm və qozla bişirilirdi. Keks sözü orta əsrlərdə "meyvə" və "piroq" sözlərinin birləşməsindən yaranmışdır (Fructus, kechel). XV-ci əsrin sonlarında şəkər istehsalının inkişafı ilə əlaqədar keks müxtəlif ölkələrin mətbəxində yayılmağa başladı. == Ədəbiyyat == В. В. Похлебкин. Большая энциклопедия кулинарного искусства. Все рецепты В. В. Похлебкина,Центрполиграф, 2009 (rusca) Л. Ф. Захарова, Е. И. Толчинская.
Bekeş (medye)
Bekeş (mac. Békés) — Macarıstanın medyesi, Rumıniya ilə sərhəddə Cənubi Alföldə yerləşir . İnzibati mərkəzi — Bekeşçaba. Həmçinin Yas-Nadkun-Solnok, Çonqrad və Xaydu-Bixar medyeləri ilə sərhəddir. == Demoqrafiya == 2001-ci ilin əhalinin siyahıya alınması nəticəsində 392 nəfər təşkil edirdi. Əhalinin 60 % çoxu şəhər şəraitində yaşayır. Dominant millət - macarlar. Onlardan əlavə slovaklar (təx. 7000), qaraçılar (5000), rumınlar (4000), almanlar (1500) və serblər (400) yaşayırlar. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi.
Joqorku Keneş
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. == Tarixi == Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. == Formalaşma prosesi və quruluşu == 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.
Kələş (Şəbüstər)
Kələş (fars. كلاش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (82 ailə).
Kəvis (Soyuqbulaq)
Kəvis (fars. كاويس‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (8 ailə).
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kəvər (şəhər)
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Kəvər rayonu
Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir. == Tarixi == 1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləri – Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Toponimi == Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır. == Əhalisi == 1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.