Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Kevin Borg
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Borq
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Conas
Pol Kevin Conas II (ing. Paul Kevin Jonas II; 5 noyabr 1987) — amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun ifaçısı.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Bruklin Netsdə forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Kevin Fayqi
Kevin Fayqi (2 iyun 1973, Boston) – amerikalı film prodüseri və Marvel Studios-un prezidenti. Fayqi tərəfindən istehsal olunan filmlər ümumilikdə bütün dünyada 10 milyard $ gəlir əldə etmişdir. == Həyatı və karyerası == Fayqi həyatının 10 ilini Nyu-Cersidə keçirib. Babası 1950-ci illərdə televiziya prodüseri olub, "Yol göstərən işıq" və "Dünya dönən kimi" sabun operalarında işləyib. Liseyi bitirəndən sonra sevimli rejissorları Robert Zemekis, Ron Hovard və Corc Lukasın da oxuduğu Cənubi Kaliforniya Universitetinə müraciət edib. İlk beş müraciəti rədd olunsa da, altıncı cəhddə universitetə qəbul olunub. Onun ilk işləri Louren Şoler Donnerə "Sizə məktub var" və "Vulkan" filmlərində kömək etmək olub. 2000-ci ildə Marvel tərəfindən prodüser kimi işə alınıb. == Film prodüserliyi == İlk İks-adamlar filminin istehsalı zamanı Donner onun Marvel kainatı sahəsində biliklərinə görə Fayqini prodüser təyin edib. Avi Arad onun fəaliyyətindən təsirlənib və Fayqi Marvel Studios üçün işləməyə başlayıb.
Kevin Filips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Fillips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Şimali Filadelfiya[d], Pensilvaniya və ya ABŞ), Amerikalı komediyaçı, aktyor və prodüser. == Həyatı == Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Kevin Karter
Kevin Karter (ing. Kevin Carter; sentyabr 1960 və ya 13 sentyabr 1960, Yohannesburq, Transvaal[d] – 27 iyul 1994[…], Yohannesburq) — Cənubi Afrika Respublikasından (CAR) olan fotojurnalist və 1993-cü ildə Sudanda aclığı təsvir etdiyi fotoya görə Pulitser mükafatının sahibi. O, 1990-1994-cü illərdə Cənubi Afrikada fəaliyyət göstərmiş “Bang-Bang Club”un üzvü olmuşdur. 33 yaşında intihar etmişdir. Onun hekayəsi 2010-cu ildə çəkilmiş “Bang-Bang Club” filmində nümayiş olunmuşdur. Bu filmdə onun obrazını Teylor Kits canlandırmışdır. == Erkən illəri == Kevin Karter Yohannesburq şəhərində anadan olmuşdur. Karter orta sinfə məxsus rayonda böyümüşdür. Bu rayonda ancaq ağdərili insanlar yaşamışdır. O, uşaqlıqda bu rayonda qeyri-qanuni yaşayan qaradərililərin həbs edilməsi üçün həyata keçirilən bir sıra polis reydlərinin şahidi olmuşdur.Orta məktəbi bitirdikdən sonra o əzcaçı olmaq üçün təhsil almaqdan imtina etmiş və orduya çağırılmışdır.
Kevin Klayn
Kevin Delani Klayn (d. 24 oktyabr, 1947) — ABŞ kino aktyoru.
Kevin Kostner
Kevin Kostner (18 yanvar 1955, Linvud[d], Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi. Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü. == Film karyerası == Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.
Kevin Kubemba
Kevin Kubemba (d. 23 mart 1993, Kulommiye, Fransa) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sabah" klubunda hücumçu kimi çıxış edən peşəkar Konqo Respublikası futbolçusu. == Karyerası == Kubemba Fransanın Kulommiye şəhərində anadan olmuşdur. O, karyerası ərzində "Amyen", "Lill", "Brest" və "Sint-Truyden" klublarında çıxış etmişdir. === ÇSKA Sofiya === 31 yanvar 2017-ci ildə Kubemba Bolqarıstan təmsilçisi olan "ÇSKA Sofiya" klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin yanvar ayında o, klubu tərk etmişdir. === Səbail === 23 iyul 2018-ci ildə Kubemba Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Səbail" klubu ilə müqavilə imzalamışdır. === Sabah === 7 iyun 2019-cu ildə Kubemba Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sabah" klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Kubemba Konqo Respublikası ilə debütünü 2014-cü ildə etmişdir. O, millinin 2015 Afrika Millətlər Kuboku üçün tərtib etdiyi 38 nəfərlik müvəqqəti heyətə daxil edilmişdir.
Kevin Medina
Kevin David Medina Rentería (9 mart 1993, Kolumbiya) — Kolumbiyalı peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunda müdafiəçi kimi çıxış edir. == Klub karyerası == 19 iyul 2020-ci ildə Medina Ağdamın "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayıb.
Kevin Mitnick
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kevin Qoden
Kevin Qoden (22 fevral 1999-cu ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Nürnberq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Köln === Qoden Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Qoden öz peşəkar karyerasında debütünü 19 dekabr 2017-ci ildə Şalke klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Kris Führixi əvəz etmişdir. Həmin görüşdə Köln kubok görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.2018-ci ilin may ayında Qoden Bundesliqa təmsilçilərindən olan Nürnberq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Kevin Sistrom
Kevin Sistrom (30 dekabr 1983) – Amerikalı kompüter proqramçısı və mütəxəssisi. Kevin Sistrom Mayk Kriqer ilə birlikdə dünyanın ən böyük foto paylaşma saytı olan İnstaqramın qurucusudur. Sistrom, 2016-cı ildə ABŞ üzrə tərtib olunmuş "Ən Zəngin Sahibkarlar" siyahısına daxil edilmişdir. Onun CEO-su olduğu İnstaqram, 2017-ci ilin sentyabr ayından etibarən aylıq 800 milyon istifadəçisi olan, o cümlədən sürətlə böyüyən bir platformaya çevrildi. 24 sentyabr 2018-ci ildə İnstaqramın baş direktoru vəzifəsindən istefa vermişdir. == Həyatı == Kevin Sistrom 1983-cü ilin 30 dekabrında Hollistonda (Massaçusets ştatı) anadan olmuşdur. Anası Diana "Zipcar" kompaniyasında marketoloq kimi çalışmışdır. O həm də birinci dot-kom balonu zamanı "Monster and Swaipt"də işləyib. Atası Duqlas isə, "TJX" kompaniyasında kadr xidmətləri üzrə vitse-prezident vəzifəsində çalışıb. Kevinin ana nənəsi və babası Henkokda Birinci icma kilsəsinin üzvləri idilər.
Kevin Speysi
Kevin Speysi (ing. Kevin Spacey; 26.7.1959) - ABŞlı aktyor, rejissor və ssenarist. Karyerasına 1980-ci illərdə "köməkci" aktyor kimi müxtəlif film və televiziya şoularında rol alaraq başladı. 1990-cı illərdə The Usual Suspects (1995) filmindəki roluna görə "Ən yaxşı köməkci aktyor" nominasiyasında ilk dəfə və sonra isə American Beauty (1999) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasına layiq görülərək karyerasında yüksəlişə keçdi. Həmçinin, komediya-dram filmi olan Swimming with Sharks (1994), psixoloji-triller janrında Seven (1995), kriminal-polisiyə janrında L.A. Confidential (1997), super-qəhrəman filmi Superman Returns (2006), aksiyon janrında Baby Driver (2017) kimi filmlərdə də rol aldı. 2013-dən 2017-ci ilə kimi Netflix-in siyasi-dram janrında olan House of Cards serialında Frank Underwood rolunu icra etdi. Underwood roluna görə Qızıl Qlobus mükafatını "Ən yaxşı aktyor" nominasiyasında çıxış edərək uğur qazandı. Oktyabr 2017-də, aktyor Anthony Rapp, 14 yaşında olarkən, yəni 1986-cı ildə, Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia etmişdir. Repin bu iddiasına Speysi Twitter üzərindən cavab olaraq bildirmişdir ki, bu hadisəni tam xatırlamır və ola bilsin ki, həmin vaxtı içkili olub. Nəticədə, Netflix Speysi ilə bütün əlaqələri kəsərək onu House of Cards serialından xaric etdiyini və serialın 6.
Kevin Trapp
Kevin Trapp (8 iyul 1990) — Almaniyalı futbolçu.
Kərin (Ərdəbil)
Kərin (fars. كرين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (153 ailə).
Kəsin (Vərziqan)
Kəsin (fars. كاسين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,917 nəfər yaşayır (430 ailə).
Kevin Mirallas
Kevin Antonio Joel Gislain Mirallas y Castillo (5 oktyabr 1987[…], Lyej, Valloniya[d])- Belçikalı peşəkar futbolçu, Kiprin AEL Limassol komandasında cinah yarımmüdafiəçisi kimi çıxış edir. Mirallas peşəkar karyerasına Fransada "Lill" və "Sent-Etyen" klublarında başlayıb, 2010-cu ildə Yunanıstanın "Olimpiakos" komandasına keçib. Mirallas "Olimpiakos"da oynadığı müddətdə uğur qazanıb, 52 liqa oyununda 34 qol vurub. O, "Olimpiakos"da keçirdiyi ikinci mövsümdə 25 oyunda 20 qolla bombardir olub. == Klub karyerası == === Erkən karyera === Mirallas gənclik karyerasını doğma şəhəri Standard Liège klubunda keçirib. Daha sonra o, Belçikanı tərk etdi və 2004–05 mövsümündə ilk komanda karyerasına Fransada Lille ASC ilə başladı. Mirallas "Lill"dəki ilk mövsümündə UEFA Kubokunda iştirak edib. Bundan sonra Mirallas AS Saint-Étienne-ə 4 milyon avroya transfer olundu. === Olimpiakos === 2010-cu ilin iyununda Mirallas Yunanıstanın "Olimpiakos" klubuna 2,5 milyon avro müqabilində bir illik icarəyə götürüldü. Mirallas UEFA Avropa Liqasının İkinci Təsnifat mərhələsində KS Besa Kavaje ilə oyunda 5:0 hesablı qələbə qazanaraq debüt etdi.