Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lavaldan
Lavaldan (fr. Lavaldens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38207. Kommunanın 1999-cu il üçün əhalisi 139 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 959 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Livarcan (Culfa)
Livarcan (fars. ليوارجان‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,519 nəfər yaşayır (426 ailə).
Şarl Laveran
Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[…], Paris – 18 may 1922[…], Paris) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi. == Həyatı == Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır. Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar - qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.