Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağaqçi (Eçmiadzin)
Ağakiçik, Zovasar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Toponimik izah == Ağaqçi İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Digər adı Ağa-Kiçik. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrə, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsində Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsində Aqay-Qol çay adı və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir.
Aşağı Bağlaçı (Çaldıran)
Aşağı Bağlaçı (fars. بغلچي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (49 ailə).
Yuxarı Bağlaçı (Çaldıran)
Yuxarı Bağlaçı (fars. بغلچي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 226 nəfər yaşayır (45 ailə).