Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) == Ədəbiyyat == "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
Madonna Litta
Madonna Litta - Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilmişdir. Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir. Əsərin müəllifinin kim olması ilə bağlı alimlərin müxtəlif fikirləri olsa da, əksər hallarda o, Leonardonun Covanni Antonio Boltraffio və ya Marko d’Occono kimi tələbələrinə aid edilir; Ermitaj muzeyi isə “Madonna Litta”nı Leonardonun avtoqraf əsəri hesab edir. XIX əsrə kimi əsər Milanın zadəgan nəsillərindən olan Litta ailəsinin kolleksiyasına daxil olduğuna görə əsər “Madonna Litta” adlandırılmışdır. == Süjet == Rəsmdə əlində tutduğu uşağı əmizdirən qadın təsvir olunub. Rəsmin fonunda iki tağlı pəncərəsi olan divar təsvir edilib. Pəncərələrdən işıq izləyiciyə düşür və buna görə divar daha da qaranlıqlaşır.
Limosa limosa
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU) Təhlükə həddindədir. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir). == Qısa təsviri == Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır.
Bitola
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Lifosa
"Lifosa" Açıq Səhmdar Cəmiyyəti- Litvanın Kedainiai şəhərində yerləşən, ortofosfat sənayesi üzrə ixtisaslaşmış şirkət. AB "Lifosa" Şərqi Avropada ən böyük gübrə istehsal edən şirkətlərdən biridir. Məhsullar 40-45 ölkəyə və Avstraliya istisna olmaqla bütün materiklərə ixrac edilir.
Limosa
Oxcüllüt (lat. Limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Litsea
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Ziqota
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Lipoma
Lipoma — Səthi dərialtı lipomalar ən geniş yayılmış xoşxassəli yumşaq toxuma törəmələridir. Səthi lipomaların çox nadir hallarda hansısa simptomlarla müşahidə edilir. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir. Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər. Onlar adətən səthi olaraq dərialtı toxumada geniş müşahidə edlir, lakin bəzən fassiya və ya daha dərin əzələ qatlarında da əmələ gələ bilər. Lipomaların inkişafı etiologiyası hələ ki, dəqiq anlaşılmayıbdır. Lipoma çox zaman dəri altı müəyyən edilən kiçik "tennis şarı" kimi xarakterizə edilir. Lakin, tennis şarından fərqli olaraq lipomalar yumşaq olur.
Latata
Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir. Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi, ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır. == Musiqi və sözlər == "Latata" mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir. Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır. Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı". == Tanıtım == Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Seymdəki əsas siyasi partiyalar == Vətən Birliyi - Litva Xristian Demokratları Liberallar Hərəkatı Litva Kəndlilər və Yaşıllar İttifaqı Litva Sosial Demokrat Partiyası "Litva Uğrunda" Demokratlar İttifaqı Azadlıq Partiyası Litva Regionlar Partiyası Litvada polyakların seçki aksiyası – Xristian Ailələr Alyansı == Əhali == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Litva əhalisi 3199,8 min nəfər idi. Onlardan 2142,8 min nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayırdı. 1 mart 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi 2 milyon 939 min 431 nəfər təşkil edir. === Din === 2011-ci ilin senzi göstərmiş ki, əhalinin 77,2%-i Roma katolikləridir.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. İtotu:The Plant List saytında takson barədə məlumat.
Hitoa
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Emilia limosa
Emilia limosa (lat. Emilia limosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio limosus O.Hoffm.
Fatixa Aitova
Fatixa Aitova (tatar. Фатиха Габделвәли кызы Аитова (Яушева) 1886, Troitsk[d], Orenburq quberniyası[d] – 1942, Kazan) — Tatar xeyriyyəçisi və maarifçisi, Kazanda ilk qadın gimnaziyasının qurucusu. == Bioqrafiyası == Fatixa Aitova Troitsk şəhərindən olan gildiya taciri Abdulvəli Yuşevin ailəsində anadan olmuşdur. Yuşevlər ailəsi yenilənmiş Müsəlman Cədidizm hərəkatının fəal iştirakçıları və sponsorları arasında idi. Onlar yeni metodik məktəblərin açılmasını fəal olaraq dəstəkləyirdi. 1887-ci ildə Fatixa, sahibkar və ictimai xadim, varlı Kazan Aitov ailəsinin nümayəndəsi Süleyman Aitovla evlənir. 1897-ci ildə Aitova öz hesabına Qazanda yoxsul ailələrdən olan qızlar üçün ibtidai məktəb açır. Məktəb Paltar salonunda yerləşirdi. Əvvəlcə məktəbdə zərgərlik, tikmə, toxuculuq tədris olunurdu. 1899-cu ildə Aitova təhsil ocağını genişləndirir, orada dörd sinifdə təlimlər aparılırdı.
Inula limosa
Inula limosa (lat. Inula limosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Latoya Cekson
La Toya Cekson (29 may 1956[…], Geri, İndiana) — Maykl Ceksonın bacısı.
Latoya Jackson
La Toya Cekson (29 may 1956[…], Geri, İndiana) — Maykl Ceksonın bacısı.
Limosa lapponica
Kiçik oxcüllüt (lat. Limosa lapponica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü.
LitSat-1
LitSat-1 — Litvanın ilk iki peykindən biridir. Wallops adasında Orta Atlantika Regional Kosmos Mərkəzində 0B platformasından uçan Antares 120 fırlatma anbarı üzərindəki 28 Flock-1 CubeSats ilə birlikdə ikinci Cygnus kosmik gəmisindən buraxılmışdır. Launch 2013-cü ilin dekabr ayına planlaşdırılıb, lakin daha sonra 9 yanvar 2014-cü il tarixinə təxirə salınıb. Peyk 28 Fevral 2014 tarixində NanoRacks Cubesat Deployer vasitəsilə Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi .Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi. Litvanın üç sözü "Lietuva myli laisvę" (Litva azadlığı sevir) kosmosdan yayımlanacaq. Lituanica SAT-1 və LitSat-1 peyklərinin buraxılması Litvada canlı yayımlandı. 6 mart 2014-cü ildə Kaunas Texnologiya Universitetinin (KTU) peyk radio stansiyası ilk dəfə LitSat-1 ilə iki yollu ünsiyyət qurdu.
Litoral departamenti
Litoral departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Litoral departamentinin ərazisi 80 km2-dır. Litoral departamentinə 1 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Litoral departamentinin əhalisi 678 874 nəfərdir.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.