Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lost
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Con Lokk
Con Lokk (ing. John Locke, İngiliscə tələffüz: [/d͡ʒɒn lɒk/]; 29 avqust (8 sentyabr) 1632, Rinqton[d], Somerset qraflığı – 28 oktyabr (8 noyabr) 1704, Hay-Leyver[d], Esseks[d]) — İngiltərə filosofu və həkimi. O, adətən Maarifçilik dövrünün ən təsirli mütəfəkkirlərindən biri hesab edilir və "liberalizmin atası" olaraq tanınır. Lokk Ser Frensis Bekonun ənənəsini izləyərək İsaak Nyuton (1642–1727) və Devid Yum (1711–1776) ilə birlikdə ilk britaniyalı empirik filosoflarından biri hesab edilir. O, sosial müqavilə nəzəriyyəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Lokk Tomas Hobbs (1588–1679) və Yum ilə birlikdə Maarifçilik dövrünün ilk kontraktualistlərindəndir. Onun fəaliyyəti epistemologiya və siyasi fəlsəfənin inkişafına böyük dərəcədə təsir göstərmişdir. Onun yazıları Volter (1694–1778) və Jan Jak Russoya (1712–1778), Maarifçilik dövrünün şotland mütəfəkkirlərinin əksəriyyətinə, o cümlədən amerikan inqilabçılarına təsir etmişdir. Onun klassik respublikaçılıq və liberal nəzəriyyəyə verdiyi töhfələr Birləşmiş Ştatlar İstiqlaliyyət Bəyannaməsində əks olunur. Lokkun idrakın nəzəriyyəsi müasir kimlik və mənlik anlayışlarının mənşəyi kimi qəbul edilir.
Devin Lisk
Koşk saray
Köşksaray — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,439 nəfər və 1,858 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Köşk (dəqiqləşdirmə)
Köşk — xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. Köşk (Şəbüstər) — İranda kənd.
Köşk (Şəbüstər)
Köşk (fars. كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (157 ailə).
Loik Badiaşil
Loik Badiaşil Mukinayi (5 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Badiaşil Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Badiaşil öz peşəkar karyerasında debütünü Monako klubu ilə 27 iyul 2016-cı ildə etmişdir. O, görüşdən 13 dəqiqə sonra Fənərbağça klubu ilə qarşılaşmada Morqan De Sanktisi əvəz etmişdir. Həmin görüşdə Monako UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Fənərbaxçaya 2-1 hesabı ilə məğlub olmuşdur. Badiaşil Liqa 1-də debütünü 20 may 2017-ci ildə 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Seydu Sunu əvəz etmişdir. == Şəxsi həyatı == Badiaşilin valideynləri Konqo vətəndaşlarıdır. Badiaşil Monako klubunda peşəkar futbolçu kimi çıxış edən Benua Badiaşilin böyük qardaşıdır.
Loik Notte
Loik Notte (fr. Loïc Nottet d. 10 aprel 1996, Kursel, Belçika) — Belçika müğənnisi, rəqqası və bəstəkarı. Loik Notte 2014-cü ildə Belçikanın The Voice səs yarışmasında iştirak edərək 2-ci yerdə qərarlaşmışdır. Müğənni eyni zamanda Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 217 xalla dördüncü yeri qazanmışdır. == Musiqi karyerası == Belçika tamaşaçıları Loik Notte ilə ilk dəfə ölkədə keçirilən The Voice səs yarışmasında tanış olmuşdur. Gənc müğənni yarışmanın münsifləri və ümumilikdə Belçika tamaşaçılarından əsasən müsbət rəylər qazanmış və yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır. Loik Notte yarışmada Beverli Co Skottun komandasına yer almışdır. Belçikanın səs yarışmasında qazandığı uğurdan sonra Loik Notte Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.. Gənc müğənni müsabiqədə ifa etdiyi "Rhythm Inside" mahnısı ilə müsabiqənin final mərhələsinə uğurla yüksəlmiş və finalda isə 217 xalla 27 iştirakçı arasında 4-cü yerdə qərarlaşmışdır.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Lose Yourself
Amerikalı reper Eminemin baş rolda oynadığı 8 Mil filmi üçün yazdığı mahnıdır. Mahnının hazırlanmasında Luis Resto və Jeff Bass-ın da əməyi var. Mahnı dəfələrlə zirvəyə çıxmağı bacardı. Bu sıralar arasında Billboard Hot 100 və UK Singles Chart mövcuddur. Ən Yaxşı Mahnı Akademiya Mükafatı və iki Qremmi Mükafatı qazanan mahnı həmçinin, iki Qremmi mükafatına da namizəd göstərilib. VH1 bu mahnını son 25 ilin ən yaxşı 100 mahnısı sırasında 4-cü yerə qoymuşdu. Həmçinin Rolling Stone jurnalı mahnını "Tarixin ən yaxşı 500 mahnısı" siyahısında 166-cı yerə qoymuşdur. 2009-cu ilin martında ABŞ-də 2 milyon dəfə endirilərək bu sayda satan ikinci ən köhnə mahnı oldu. Həmçinin Eminem-in bu qədər çox endirilən ilk mahnısıdır. Bununla yanaşı mahnı Birləşmiş Ştatlarda 13 həftə ərzində 1-ci yerdə qalmıb.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Lost Frequencies
Feliks Safran De Laet ( 30 noyabr 1993 ,Brüssel) belçikalı DJ və musuqi prodüseri. O, 2014-cü il Are You With Me və 2015-ci il Reality ilə məşhurdur.
Lost Worlds
Forgotten Worlds (azərb. Unudulmuş dünyalar‎), Yaponiyada Lost Worlds — "Capcom" tərəfindən yayımlanan, ilk dəfə 1988-ci ildə arkada oyunu kimi buraxılmış sayd-skroller atıcı videooyunu seriyası. Bu, "Capcom" tərəfindən "CP System" arkada oyun avadanlıqları üçün yayımlanan ilk buraxılış olması ilə diqqət çəkir. == Süjet == XXIX əsrdə Bios kimi tanınan şər tanrısı Yer kürəsinin çox hissəsini məhv edərək onu Toz dünyası kimi tanınan kimsəsiz çöllərə çevirmişdir. Bios və ona xidmət edən səkkiz şər tanrısını məğlub etmək üçün insanlar tərəfindən iki adsız super əsgər yaradılmışdır.
Paradise Lost
Paradise Lost — 1988-ci ildə yaranmış doom metal qrupudur. Qrup adını, 17-ci yüzillikdə yaşamış John Milton'un Paradise Lost adlı epik şerindən almışdır. Qrup, 1988-ci ildə gitarada Gregor Mackintosh və Aaron Aedy, bas gitarada Stephen Edmondson, barabanda Matthew Archer və vokalda Nick Holmes'dan ibarət heyətiylə İngiltərənin Halifax şəhərində yaranmışdr. Günümüzdə bu orijinal heyətdən yalnız barabançı Matthew Archer qrup ilə birlikdə deyil, digər 4 musiqiçi quruluşundan bu yana qrupda fəaliyyət göstərir. Paradise Lost'un 1990-cı ildə yayımladığı debüt albomu "Lost Paradise" və 1991-ci tarixli "Gothic" albomları dövrünə görə olduqca fərqli albomlar hesab edilirdi. Xüsusilə "Gothic" albomundakı riff'lər, sözlər və albomun tutqun atmosferi alboma ayrı bir hava qatırdı. Qrup bu albomdan sonra bəziləri tərəfindən Gotik metalın qabaqcılı olaraq qəbul edilməyə başlamışdı. 1992-ci ildə "Shades of God", 1993-cü ildə "Icon" və 1995-ci ildə yayımlanan "Draconian Times" kimi dövrünün olduqca fərqli albomlarıyla metal aləmində yaxşıca tanınan qrup, məşhur metal qruplarının arasına girmiş və underground bazardan çıxaraq böyük səhnələrə addım atmağı bacarmışdı. Draconian Times albomundan sonra daha təcrübəli işlərə əl atan qrup 1997-ci ildə "One Second" adlı albomu yayımladı. 1999-cu ildə qrup artıq yaracılığının zirvəsində idi.
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir. Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir. Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
İra Losko
İra Losko (ing. Ira Losco; 31 iyul 1981, Slima[d]) — Malta müğənnisi. O, Maltanı 2002 və 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İra Losko indiyədək ümumilikdə 20-yə yaxın ölkədə çıxış etmiş və 20-də artıq mükafat qazanmışdır. O, Elton Con, Keti Melua, Maroon 5, Akon, Ronan Kitinq, Bob Qeldof, Tokio Hotel və Cici D'Alessio kimi beynəlxalq ulduzlarla bir səhnəni bölüşmüşdür. Losko musiqi karyerasını kollec qrupu olan Tiara ilə başlatmışdır. Qrup fəaliyyətini dayandırdıqdan bir müddət sonra Losko Maltanı Estoniyanın paytaxtı Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müsabiqədə ifa etdiyi "7th Wonder" mahnısı ilə İra finalda iştirak edən 24 ölkə təmsilçisi arasında Maltaya 164 xalla ikinci yeri qazandırmışdır. Bu Maltanın Avroviziyadakı ən yaxşı nəticəsi olaraq qalmaqdadır. 2003-cü ildə İra Losko Maltada keçirilən Kiçik Avropa dövlətlərinin idman oyunlarının açılışında "Reaching Higher" mahnısı ilə çıxış etmişdir.
Her Loss
Her Loss — Dreyk və 21 Savage tərəfindən birlikdə hazırlanmış studiya albomu. 4 noyabr 2022-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Rich Flex 02. Major Distribution 03. On BS4 04. BackOutsideBoyz (performed by Drake) 05. Privileged Rappers 06. Spin Bout U 07. Hours in Silence 08.
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Los-Anceles
Los-Anceles (isp. Los Ángeles ing. Los Angeles qısa adı ilə L.A., La La Land və City of Angels — Mələklər şəhəri) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Eyni zamanda Los-Anceles dairəsinin mərkəzidir. Ərazisi 1,290.6 km², əhalisi 3,844,829 nəfərdir (2005). İspan dilində "Los-Anceles" sözünün tərcüməsi mələklər deməkdir. Los-Anceles şəhərinin gerçək adı "el pueblo de nuestra senora la reina de los angeles de porciuncula"dır. Bu ən uzun şəhər adı sayılır. Los-Anceles, bir tərəfdən Sakit Okeanı ilə bağlı böyük bir hövzədə və digərində 10,000 metr (3000 m) qədər olan dağlarda yerləşir. Şəhərin özü, təxminən 469 kvadrat mil (1,210 km²), Los Angeles County, ölkənin ən sıx əhalisi olan bölgəsidir.
Los-Montesinos
Los-Montesinos (isp. Los Montesinos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 15,1 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 5147 nəfərə çatmışdır.
Los Anceles
Los-Anceles (isp. Los Ángeles ing. Los Angeles qısa adı ilə L.A., La La Land və City of Angels — Mələklər şəhəri) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Eyni zamanda Los-Anceles dairəsinin mərkəzidir. Ərazisi 1,290.6 km², əhalisi 3,844,829 nəfərdir (2005). İspan dilində "Los-Anceles" sözünün tərcüməsi mələklər deməkdir. Los-Anceles şəhərinin gerçək adı "el pueblo de nuestra senora la reina de los angeles de porciuncula"dır. Bu ən uzun şəhər adı sayılır. Los-Anceles, bir tərəfdən Sakit Okeanı ilə bağlı böyük bir hövzədə və digərində 10,000 metr (3000 m) qədər olan dağlarda yerləşir. Şəhərin özü, təxminən 469 kvadrat mil (1,210 km²), Los Angeles County, ölkənin ən sıx əhalisi olan bölgəsidir.
Los Maçukos
Los Maçukos və ya Kollau Espina – İspaniyanın Kantabriya şəhərində, Pas Dağları kimi tanınan Kantabria dağlarının ən şərq nöqtəsində bir dağ keçidi. Dəniz səviyyəsindən 921 metr yüksəkdədir və Bustablado və San Roque de Riomiera kəndləri ilə əlaqədədir. Yamaclarının meylliyi 15-20% arasaındadır, amma bəzi nöqtələrdə bu göstərici 28%-ə qədər çata bilir. İlk dəfə velosiped yarışlarında dağ 2017-ci ildə Vuelta a Espananın 17-ci mərhələsində istifadə olundu.Həmçinin 2019 Vuelta a Espananın final mərhələsidə Los Maçukosda nümayiş etdirilmişdi.
Loş (rayon)
Loş (fr. Loches) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Loş. Rayon əhalisi 2006-cı ildə 49 656 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 28 nəf / km². Rayon sahəsi — 1803 km².