Hrair Tovmasyan
Hrayr Tovmasyan (erm. Հրայր Թովմասյան; 8 iyul 1970, Hacı Elləz[d], Zəngibasar rayonu) — Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri, keçmiş Ədliyyə naziri və Milli Məclisin üzvü.
== Həyat və fəaliyyəti ==
Hrayr Tovmasyan 8 iyul 1970-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Zəngibasar rayonu tərkibindəki Hacı Elləz kəndində anadan olmuşdur. O, analitiklər tərəfindən Robert Köçəryanın müttəfiqi adlandırılmışdır. Tovmasyan keçmiş prezident Serj Sarkisyanın Baş nazir kimi hakimiyyətdə qalmasını təmin edən 2015-ci il refenduma çıxarılmış konstitusiya dəyişikliyinin müəllifidir. 2018-ci ildə o, Ermənistan Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir. Məxməri inqilabdan sonra hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan Tovmasyana qarşı kampaniya başlatmışdır. O, əvvəlcə Tovmasyanı könüllü istefa verməyə çağırmış, sonradan isə ona qarşı iki cinayət işi açılmışdır. 2019-cu ilin ilin iyununda Ermənistan Milli Məclisinin qəbul etdiyi yeni qanunla Konstitusiya Məhkəməsinin 12 ildən artıq işləmiş 3 hakimi məhkəmədən uzaqlaşdırılmış, Tovmasyan sədrlikdən çıxarılmış, lakin məhkəmədə hakim kimi işində qalmışdır.
== Cinayət mühakiməsi ==
2019-cu ilin dekabrında ER baş prokuroru Artur Davtyanın qərarı ilə 2010-cu ildə Hrayr Tovmasyan ER Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilib.