Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moqilnı adası
Moqilnı — 120 x 170 m ölçüsündə olan ada. Ada Barens dənizinə daxil olan Kislaya körfəzinin bir hissəsi olan Ura körfəzinin suları ilə əhatələnir. Ada uzunluğu 100 m, dəyinliyi isə 5 m olan dayazlıqla sahildən ayrılır. Adanın səthi mamır və kol bitkiləri ilə örtülmüşdür. Ətraf sularında Fukus yosunları geniş ərazini əhatə edir. Adada xaç quraşdırılmışdır. Adanın adı orada insanlartın bastırılması ilə əlaqədar olması ehtimal edilir. Ancaq ada səthinin sərt olması bu ehtimalı mümükünsüz edir. Böyük ehtimalla bu ad ona sahil sularının təhlükəli olması ilə əlaqədar verilmişdir.
Kiki Kogelnik
Kiki Kogelnik (alm. Kiki Kogelnik‎; 22 yanvar 1935, Qras – 1 fevral 1997, Vyana) — Avstriyalı rəssam, heykəltaraş, qrafika rəssamı. Avstriyanın cənubunda anadan olub, Vyana İncəsənət Akademiyasında təhsil alıb və 1961-ci ildə Nyu-Yorka köçüb. Kogelnik pop-art hərəkatının bir hissəsi olmasına baxmayaraq, Avstriyanın ən mühüm qadın rəssamı hesab olunur. == Həyatı == === 1960-cı illər === Kiki Kogelnik karyerasına 1961-ci ildə Vyanada "Nächst St. Stephan" qalereyasında abstrakt rəsmlərini nümayiş etdirməklə başlamışdır. Onun yaradacılığına Paris məktəbi nümayəndəsi Serj Polyakov ciddi təsir göstərmişdir. Lakin sonradan Kiki Nyu-Yorkda o zaman populyar olan pop-art hərəkatının təsiri ilə özünəməxsus janrını yarada bildi. Kiki Kogelnik avstriyalı abstrakt ekspressionist rəssam Arnulf Raynerlə nişanlı olub. Buna baxmayaraq, Kogelnik başqa bir mücərrəd ekspressionist amerikalı rəssam Sem Frensislə də yaxın münasibətlərdə olub.